Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daşınmaz əmlakın icbari sığortası... - Əlavə xərc, yoxsa?

Əhalinin artan xərclərinə əmlak sığortasının da əlavə olunması necə qarşılanacaq?..

İqtisadçı: “Daşınmaz əmlakın sığortasının könüllülükdən icbariyə keçirilməsi müəyyən söz-söhbətlər yaradır”.

Sığorta məbləginin əhalinin artan xərclərinə əlavə olunmasına haqqında deyə bilərəm ki, əslində bu xərclər əhaliyə ziyanlı deyil. Biz çalışıb əhalinin gəlirlərin artırmalıyıq ki, bu xərclər onlara problem yaratmasın”.

Bu sözləri iqtisadçı İlham Əzizov gələn ildən Azərbaycanda daşınmaz əmlakın icbari sığortalanmasını PİA.az-a şərh edərkən qeyd edib.

Gələn ildən daşınmaz əmlak sığortası icbarı olacaq. bu barədə İqtisadçı alim Qubad İbadoğlu bildirib. Qanuna görə, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansi formada itkisilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Göstərilən məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir. Bu o deməkdir ki, daşınmaz əmlak sahibləri onu məcburi sığorta etməli və Bakı şəhərində ildə ən azı 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində bu məqsədlə 40 manat, digər yaşayış məntəqələrində isə 30 manat ödəməlidirlər.

Həmçinin iqtisadçı deyib ki, əmlakını sığorta etdirməyənlər cərimə olunacaq.

Daşınmaz əmlakın məcburi sığortasının hansı müsbət və mənfi cəhətləri var? Ümumiyyətlə əhalinin artan xərclərinə əmlak sığortasının da əlavə olunması necə qarşılanacaq?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı İlham Əzizovla müzakirə edib.

İlham Əzizov: “Sığorta şirkətlərinə inamın olmadığı üçün əksər əhali və sahibkarlar bu növ sığortadan imtina edirlər”.

Ümumiyyətlə ölkədə sığorta bazarının yarıtmaz və təşəkkül halda olduğunu düşünən iqtisadçı əlavə edib ki, bu bazar formalaşandan sonra bu sığorta növünün forması dəyişilə bilər:

“Daşınmaz əmlakın icbari sığortası aşağıda sadalanan hallar nəticəsində əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkiyə məruz qalması ilə bağlı zərərlərin əvəzinin ödənilməsinə təminat verir. Bu sığorta növünün könüllülükdən icbariyə keçirilməsi müəyyən söz-söhbətlər yaradır. Beləki bir çox ölkələrdə bu sığorta növü könüllüdür. Lakin Bakı şəhərində yanğın , uçma və s. hallarda bu zərər üçüncü şəxsə dəydiyinə görə mənə elə gəlir ki, icbari sığorta məqsədə uyğundur.

Ümumiyyətlə ölkədə sığorta bazarı yarıtmaz haldadır və təşəkkül halındadır. Bu bazar formalaşandan sonra bu sığorta növünün forması dəyişilə bilər. Siz bilirsiz ki, cari ildə bir çox ticarət obyektləri yandı və insanlar, o cümlədən mülk sahibləri böyük ziyana düşdülər. Sığorta şirkətlərinə inamın olmadığı üçün əksər əhali və sahibkarlar bu növ sığortadan imtina edirlər. Və yaxud həmin mülklərin qanuni sənədləri olmadığı üçün sığortalamaq mümkün deyildir.

İlham Əzizov: “Bakı şəhərində yanğın, uçma və s. hallarda bu zərər üçüncü şəxsə dəydiyinə görə mənə elə gəlir ki, icbari sığorta məqsədə uyğundur”.

Sığorta məbləginin əhalinin artan xərclərinə əlavə olunmasına haqqında deyə bilərəm ki, əslində bu xərclər əhaliyə ziyanlı deyil. Biz çalışıb əhalinin gəlirlərin artırmalıyıq ki, bu xərclər onlara problem yaratmasın.

Keçid dövrü üçün bu sığorta növünün icbari olmasını məqsədəmüvafiq hesab etməklə, əhalinin bu xərcinin minimal əmək haqqı artımında nəzərə alınmasını arzu edirəm və bu nəzərə alınsa insanlar öz üzərilərində bu yükü hiss eləməzlər”.

Nərminə UMUDLU

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar