Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Danışıqlar masasında Laçın və Zəngəzur dəhlizi, Xankəndi var...

Ekspert: "Soçi görüşündən nəticənin hasil olması Rusiyanın davranışlarından asılıdır"
2021-ci ilin yanvar ayının 11-dən sonra Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladmir Putinin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla bu gün ikinci dəfə bir araya gələcək.

Bu faktdır ki, 11 yanvar görüşündən keçən 10 ay müddətdə Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınıb, üstəlik, tez-tez, xüsusilə sərhəddə təxribatlar ara verməyib, tərəflər yenidən hətta ağır silahlardan istifadə ediblər. Onu da xatırladaq ki, hələ 2020-ci ilin 10 noyabr üçtərəfli razılaşmasından sonra Qarabağda sülhməramlıların məsuliyyət zonasında məskunlaşdıqları bölgədə də təxribatlar davam edib. Keçən ilin dekabrında 60-dan çox erməni diversant Azərbaycanın Hadrut qəsəbəsi istiqamətində terror aktları həyata keçirən zaman zərərsizləşdirildi, onların bir çox məhkumluq həyatı yaşayır. Sonrakı dönəmlərdə də mövqelərimiz atəşə tutulub, əsgərlərimizin həyatı risk altına düşüb, şəhid olan və yaralananlarımız olub, hətta mövqeyimizə sülhməramlıların gözü qarşısında əl qumbarası belə atılıb. Xankəndində hələ də silahlı dəstələrin mövcudluğuna son qoyulmayıb, separatizm meylləri hələ də əvvəlki tək qalır. Bütün bunlar o deməkdir ki, Soçi görüşündə müzakirə ediləcək məsələlər sırasında əsasən sərhəd və Zəngəzur dəhlizi ilə bağlı məsələ ön sırada olacaq. Təsadüfi deyil ki, görüşdən bir gün əvvəl Ermənistan parlamenti məhz delimitasiya və demarkasiya məsələsini müzakirə üçün toplaşıb.

O cümlədən Laçın dəhlizi ilə bağlı Azərbaycanın narahatlıqları var ki, bu barədə də müzakirələr gözləniləndir. Sülhməramlılarla bağlı da bəzi narahatlıqlar qalmaqdadır ki, Bakı onu da detallı masaya yatıra bilər. Ermənistanın da Azərbaycandan Putinə “şikayəti olacağı” mümkündür. Amma görüşdə əsas suallar təbii ki, Ermənistanın baş naziri Nikol Paşinyana olacaq. Görüşün nəticəsi olaraq yeni bəyanatın imzalanacağına ümid böyükdür. Ancaq ermənilərin narahatlığı buna görədir ki, burada da əsas “yük” yenə də Ermənistanın üzərinə qoyula bilər.

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, mövcud situasiyada Paşinyan hazırda hansısa sənədi imzalamaqdan yayınaraq Qərbin dəstəyini almağa çalışır: “Hesab edirəm ki, son təxribatlar da buna hesablanmışdı. Zəngəzur dəhlizinin açılmasını hazırda Rusiya da istəyir və hesab edirəm ki, Ermənistan buna məcbur ediləcək”. C.Məmmədovun qənaətinə görə, qarşıdakı görüşdə Azərbaycanın qaldıracağı məsələlər kifayət qədərdir: “Noyabr razılaşmasına əsasən, Zəngəzur dəhlizi açılmalı, Qarabağda qeyri-qanuni silahlı qüvvələr tərk-silah olunmalı, Laçın dəhlizinə nəzarət gücləndirilməlidir. Ermənistan bunu könüllü etməsə, yenidən məcburetmə əməliyyatına başlanılacaq. Ən ciddi məsələlərdən biri də Laçın dəhlizinə nəzarətin olması, Azərbaycanın razılığı olmadan buradan istənilən şəxsin Qarabağa sərbəst getməsinə son qoyulmasıdır”. Deputat bu məsələdə vaxtın uzadılmasını faydalı hesab etmir: “Ya Ermənistan noyabr razılaşmasını yerinə yetirməli, ya da buna məcbur edilməlidir. Azərbaycanın yenidən uzun illər Ermənistanın cığallığına və şıltaqlığına dözmək planı yoxdur. Məsələ tez bir zamanda həllini tapmalıdır”.

Politoloq Elçin Mirzəbəyli öncə diqqəti Ermənistanın anti-Rusiya fəaliyyətinə çəkdi: “Ermənistan 9 noyabrda Rusiyanın təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan görüşü iqnor etməklə və Avropa İttifaqına görüş təşəbbüsü üçün yalvarmaqla, nəticə etibarilə Rusiyanın prosesdəki dominant zəmanətçi rolunu şübhə altına alıb və Kremlin nüfuzuna zərbə vurub. Bütün bunlardan sonra növbəti dəfə Rusiyaya dönüklük nümayiş etdirən Ermənistanın Azərbaycanla bağlı Kremlə şikayətlənmək üçün hər hansı bir əsasının və üzünün olduğunu düşünmürəm. Doğrudur, ”üz" məsələsi bir az mübahisəlidir. Çünki biz ermənilərdən elə üzsüzlüklər görmüşük ki, bu, onun yanında, məşhur el məsəlində deyildiyi kimi, toya getməlidir. Digər tərəfdən, Paşinyanın bir müddət öncə Ermənistan parlamentində səsləndirdiyi fikirləri də diqqətə çatdırmağın yerinə düşəcəyi qənaətindəyəm. Azərbaycan mediasının da ətraflı yer ayırdığı çıxışında Paşinyan dünyanın Ermənistanın şikayətlərindən yorulduğunu bildirmişdi. Qənaətimə görə, əgər o, bunu başa düşməyi bacarıbsa, digər məsələləri də Soçi görüşündə ona və ermənilərə başa salmaq mümkün olacaq. Soçi görüşündən nəticənin hasil olması Rusiyanın davranışlarından asılıdır".

Elçin Mirzəbəyli

E.Mirzəbəyli digər məqama da diqqət çəkməyi vacib sayır: “Əgər Ermənistan baş nazirinin hər iki görüşlə bağlı fikirlərini əsas götürsək, o zaman diqqətin əsasən kommunikasiyaların açılmasına yönəldiləcəyini düşünürəm. Ola bilsin ki, görüşün nəticəsi olaraq, hansısa keçici bir sənəd imzalansın. Qənaətimə görə, Moskva buna Brüssel görüşünün əhəmiyyətini azaltmaq üçün cəhd göstərəcək. Ermənistanın baş naziri isə çalışacaq ki, nə Soçi, nə də Brüssel görüşlərində regiondakı mövcud reallıqları əks etdirən və Ermənistanın məğlubiyyətinin ruhuna uyğun olan sənəd imzalanmasın”.

Siyasi analitikin fikrincə, belə olacağı təqdirdə, Paşinyan Avropa İttifaqına Kremlin “yol xəritəsi”nə uyğun davranmadığını, Rusiyaya isə Avropa İttifaqının prosesdəki dominant rolunu qəbil etmədiyini nümayiş etdirəcək: “Beləliklə, müharibənin nəticələrinin və imzalanmış sənədlərin diktə etdiyi şərtlərin yerinə yetirilməsinin uzadılmasına imkan yaranacaq. Dekabrın 15-dən sonra hər hansı bir görüşün keçirilməsi ehtimalı yoxdur. Proses ən yaxşı halda fevral ayının ortalarından başlayaraq davam edə bilər. Bu zaman kəsiyində, yəni qışın ən sərt aylarında, Ermənistan Rusiyadan aldığı təbii qazla və Avropa İttifaqının verdiyi vəsaitlərlə bu qışı da yola verə bilər”.

Bugünlərdə erməni mediası və siyasi çevrələrində də Soçi görüşü ətrafında maraqlı müzakirələr aparılmaqdadır. Ermənistanın “Past” qəzeti yazıb ki, noyabrın 26-da Soçidə keçiriləcək üçtərəfli Əliyev-Putin-Paşinyan görüşü əvvəlcədən planlaşdırılmayıb. “Soçi görüşü dekabrın 15-də Brüsseldə keçiriləcək görüşün ”preambulası" kimi spontan şəkildə gündəliyə salınıb", qəzet yazır. “Üstəlik, məlumat var ki, Soçidə tərəflər sərhədlərini demarkasiya və delimitasiyası üzrə müvafiq komissiyanın yaradılması ilə bağlı ilkin razılığa gələcəklər. Yeri gəlmişkən, sonuncu mətbuat konfransında bunu faktiki olaraq Paşinyan da təsdiqləyib. İmzalanacaq potensial sənəd ErmənistanAzərbaycanın sərhədlərin müəyyən edilməsi ilə məşğul olan komissiyanın yaradılması haqda olacaq. Nikol Paşinyan artıq komissiya üzvlərinin ilkin siyahısını hazırlayıb və dekabrın 15-dək adlar rəsmən açıqlanacaq. Bununla belə, ekspertlərin fikrincə, Brüsseldəki görüş əsasən ”protokol" olacaq, çünki əsas məsələlər Soçidə həll ediləcək" - erməni nəşri belə yazır.

Beləliklə, Ermənistan aqoniya vəziyyətindədir. Burada həm Rusiyanı məğlubiyyətə görə söyürlər, həm də dar ayaqda nicatı Rusiyadan gözləyirlər. Eyni zamanda “Soros uşaqları”nın bir ayağı Avropadadır. Ancaq bu davranış Azərbaycanın öz hədəflərinə daha tez çatmasına da kömək edə bilər, biz tezliklə Laçın, Xocalı, Xankəndində olmaq, Laçın dəhlizinə nəzarəti əlimizə almaq, Zəngəzur dəhlizindən keçmək istəyirik... Bu hədəflər bizim üçün olmazsa, olmaz"dır... Əks halda, sözü ordumuz deyəcək!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar