Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Damcılı düşərgəsində tədqiqatlara başlanıldı - Yaponlarla birgə

Qazax şəhərindən 20 km şimal-qərbdə - Daş Salahlı kəndindən təxminən 3 km qərbdə Avey dağın şərq ətəyində yerləşən Damcılı düşərgəsində Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən növbəti tədqiqatlara başlanılıb

PİA.az Teleqraf.com-a istinadən xəbər verir ki, tədqiqatlar 2015-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Mədəniyyət Nazirliyi və Tokio Universteti arasında bağlanmış memoranduma əsasən aparılır.

Tədqiqatların məqsədi Cənubi Qafqazda, əsasən də Azərbaycan ərazisində neolitdən (Yeni Daş dövründən) əvvəlki dövrlərdə (mezolitdə və paleolitdə) Orta Kür hövzəsində ovçu-yığıcıların sosial-iqtisadi həyatı, Ön Asiya ilə genetik bağlı neolit cəmiyyətləri ilə yerli mezolit cəmiyyətləri arasında olan mümkün münasibətlər haqqında dərin məlumat əldə etməkdir.

Qeyd edək ki, 1953-cü ildə arxeoloqlar Sergey Zamyatnin və Məmmədəli Hüseynov tərəfindən Damcılı mağarasında ibtidai icma dövrü düşərgəsi aşkar olunub. 1956-1957-ci illərdə M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyasının apardıqları arxeoloji qazıntı işləri zamanı mağarada ibtidai insanlar tərəfindən hazırlanmış 7 minə qədər daş məmulatı və ovlanmış heyvanların 2 mindən çox qalıqları tapılmışdı. Damcılı mağara duşərgəsindən aşkar olunmuş daş məmulatların texniki və tipoloji xüsusiyyətlərinə görə M. Hüseynov onları orta və üst paleolit, mezolit və neolit dovrlərinə aid edib.

2016-2018–ci illərdə Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının Damcılı mağarasında apardığı qazıntılar nəticəsində orta paleolitdən başlayaraq altı mədəni təbəqə aşkar olunub. Hazırda əvvəlki qazıntı sahəsinin genişləndirilməsi VI təbəqədə və daha alt hissədə qazıntıları davam etdirməyə imkan verəcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar