Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha soyuqqanlı…

Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası

Zəngəzur məsələsinin gündəmdə olması ərazi iddiası, aqressivlik deyil, siyasi təzyiq vasitəsidir. Biz qonşularla sülh şəraitində yaşamaq istəyirik, iqtisadi və insani münasibətlərin yaranmasında, kommunikasiya xətlərinin açılmasında, logistik əlaqələrin bərpasında maraqlıyıq.

Biz Ermənistanla dinc qonşuluq etməyə hazırıq, amma rəsmi İrəvan buna hazırdırmı?! Sabah Dağlıq Qarabağın statusu məsələsini tək rəsmi İrəvan yox, Moskva, Paris, Vaşinqton qaldırsa nə olacaq?!

ATƏT-in Minsk qrupu yerindəcə qalıb, heç yerə itməyib, rəsmi Moskvanın bizim regionda tək söz sahibi olması istəyinin qarşısını həm də Minsk qrupu formatı ala bilər: biz işimizi doğru qursaq, Moskva ilə Qərb arasında münaqişə və fikir ayrılığından istifadə edə bilərik. Rusiyanın Qarabağ məsələsində tək söz sahibi olması yalnız bizi yox, Qərbi də narahat edir. Sabah Rusiya qoşununun ərazimizdən çıxarılması məsələsində məhz Paris və Vaşinqton bizə kömək ola bilər.

Amma Minsk qrupunun təhlükəli yanları da var – status məsələsi. Biz özümüzü aldatmayaq, bu məsələ masaya gətiriləcək, müəyyən təzyiqlər olacaq, bu təzyiqlərin amortizasiyası üçün iki vacib yol var: daxildə çoxsəsli parlament (həm də güclü vətəndaş cəmiyyəti) və paralel olaraq Zəngəzura qaçqınların qayıtması, buna zəmanət məsələsi – başqa yol görmürəm.

Biz ağılla, doğru siyasi ritorika ilə hər dəfə Zəngəzur deyəndə Ermənistanın status məsələsində israrından vaz keçməsi şansı artır. Bəli, biz Ermənistana ərazi iddiası etmirik, amma Qərbi Azərbaycan türklərinin öz ata-baba yurduna qayıtması üçün son sülh müqaviləsində hüquqi baza yaradılmalıdır. Əgər əvəzində Ermənistan Bakı, Sumqayıt, Gəncəyə ermənilərin qaytarılması məsələsini qaldırsa, buna da razılıq verməliyik. Çünki demoqrafik üstünlük bizdədir, yaxın 25-30 ildə də tam bizdə olacaq. İqtisadi, insanı münasibətlərin bərpasından da sonda udan biz olacağıq.

Daha soyuqqanlı olmağı və strateji düşünməyi öyrənməliyik…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar