Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha iki rusiyalı idman şərhçisi Bakıya buraxılmadı - Qarabağa səfər edibvlər...

Daha iki rusiyalı idman şərhçisi Futbol üzrə Avropa Çempionatının Bakıda keçirilən oyunlarını izləmək üçün Azərbaycana buraxılmayıb. Hər iki halda səbəb onların Azərbaycanın vaxtilə işğal altında olan ərazilərinə qanunsuz səfərləridir.

“Matç TV” kanalının şərhçisi Konstantin Geniç ötən gün axşam xəbər verib ki, çempionatın təşkilat komitəsi 2009-cu ildə Qarabağa səfər etdiyi üçün onun akreditasiyasını ləğv edib.

Geniç özünün Telegram-kanalında yazıb ki, UEFA-dan məktub alıb. Məktubda yazılıb ki, o, yoxlamadan keçməyib və nəticədə akreditasiya olunmayıb. Şərhçinin bildirdiyinə görə, daha əvvəl ona Azərbaycandan zəng vurublar və Dağlıq Qarabağa qanunsuz səfəri haqda soruşublar. İdman şərhçisi cavab vermək istəməyib və qanunsuz səfərinə görə üzr istəməkdən də imtina edib.

Daha əvvəl isə onun həmkarı Mixail Mossakovski Uels-İsveçrə oyununu izləmək üçün Azərbaycana buraxılmadığını bildirmişdi. Mossakovskini sərhəddən geri qaytarıblar. Bildirdiyinə görə, sərhədçilər onun pasportundakı erməni möhürünü görəndən sonra belə qərar veriblər.

Məlum olub ki, Mossakovskinin  adı işğal altındakı ərazilərə qanunsuz səfər etdiyi üçün Azərbaycanın qara siyahısındadır.

 Xatırladaq ki, analoji səbəblə bundan əvvəl erməni əsilli rusiyalı idman şərhçisi Nobel Arustamyan da Azərbaycana buraxılmamışdı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar