Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha iki qazimizə dəstək işlərinə başlanılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları İkinci Qarabağ müharibəsində yaralanmış daha iki qazimizlə - Rüstəmov Sübhan Yusif oğlu (Oğuz) və Tarverdiyev Məlik Malik oğlu (Xaçmaz) ilə bağlı sosial dəstək işlərinə başlayıblar.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "Report"a verilən məlumata görə, S.Rüstəmovun ailəsi ilə görüşən nazirlik əməkdaşları qazinin istəyinə və əmək bacarığına uyğun olaraq onun üçün özünüməşğulluq proqramı çərçivəsində təsərrüfat yaradılmasını qərara alıblar.

M.Tarverdiyevin ailəsi ilə görüş zamanı qazi özünüməşğulluq proqramına cəlb olunmaq istədiyini bildirib. İstəyinə uyğun olaraq onun üçün iaşə xidmət sahəsi yaradılması üçün qeydiyyata alınıb, müvafiq sənədləşdirmə işləri aparılıb.

Hər iki ailəyə ünvanlı sosial yardım almaq üçün müraciət proseduru, müvafiq qanunvericilik barədə də məlumat verilib, sosial vəziyyətlərinin diqqətdə saxlanacağı bildirilib. S.Rüstəmovun və M.Tarverdiyevin əlilliyinin qiymətləndirilməsinin aparılacağı və əlillik təyin olunduğu halda onlara hər ay sosial ödənişlər veriləcəyi də qeyd edilib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar