Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha əvvəl iflic olan dünya təhlükəsizlik sistemi iflas edir – Süleymaninin qətli üzərinə düşüncələr

Süleymaninin öldürülməsi ilə dünyanın təhlükəsizlik sistemi iflic fazasından iflas fazasına keçir və artıq demək olar ki, böyük müharibə qapıları döyür...

Azər Qaramanlı yazır...

Böyük ehtimalla Tramp və digər ABŞ məsulları Qasim Süleymaninin öldürülməsinin bu qədər böyük ajiotaja, hətta siyasi zəlzələyə səbəb ola biləcəyini hesaba qatmamışdılar. Açığı, düşünürəm ki, ABŞ-ın səlahiyyətliləri ortaya çıxan nəticəni hesablaya bilsəydilər, Süleymaninin qətlinə fərman verməzdilər. Çünki nəticə və mənzərə ABŞ-ın maraqları baxımından bərbaddır. Hətta o qədər bərbaddır ki, Benyamin Netanyahu belə, öz sevincini uşaq coşqusu ilə izhar edə bilmir və susmağa üstünlük verir.

Məsələ ondadır ki, Süleymaninin qətlinə qədər Tehran ŞƏRin mərkəzi olaraq görülürdü və bu, Trampa İrana qarşı istədiyi kimi davranmaq imkanı verirdi. Üstəlik, bundan İsrail də yetərincə faydalanırdı. Lakin Süleymaninin qətli ilə vəziyyət bir günün içində dəyişdi. İndi ŞƏRin mərkəzi Vaşinqton görünür və bütün dünyadan gələn (təkcə dünya ictimaiyyətindən deyil, hökümətlərdən də) reaksiyalar Vaşinqtona və Tramp Administrasiyasına qarşıdır. Bu, ABŞ üçün çox əlverişsiz və arzuolunmaz mənzərədir və Ağ Ev həmin mənzərənin içinə yanlış hesab üzündən girdi.

İndi zərərçəkən tərəf İrandır və artıq ABŞ zərərçəkənlərin müdafiəçisi olaraq da görünmür. Bağdad əməliyyatından sonra Tramp və komandası ABŞ-ın qaranlıq üzü olaraq özünü ortaya qoydu və işin acınacaqlı tərəfi odur ki, bu komanda bütün dünyanı ABŞ-a qarşı qoyduğu kimi, Amerika xalqının da böyük hissəsini öz hakimiyyətinə qarşı çevirdi. Halbuki bu günə qədər ABŞ-ın siyasi sisteminin ən önəmli tərəfi amerikalıların istənilən halda öz hakimiyyətlərinə istisnasız inanması idi. İndi bu inam darmadağın görünür və populist Trampın seçilməsiylə onsuz da parçalanan Amerika cəmiyyəti getdikcə daha çox parçalanmaqdadır. Bu isə artıq ABŞ-ın supergüc olaraq gələcəyindən təşviş etməyə əsas verir.

Bəs niyə dünya hökümətləri ABŞ-a qarşıdırlar və onsuz da bütün dünyanın gözündə terrorizmin müdafiəçisi olaraq görünən bir generalın ölümü niyə bütün dünyada bu qədər böyük yanğı yaratdı?

Məsələ ondadır ki, sırf populizm naminə “olduğu kimi görünüb, göründüyü kimi olmağa” çalışan riyakar Tramp dünyaya ABŞ-ın əsil simasını göstərdi və Trampın nümayiş etdirdiyyi sima heç də demokrtaiya, insan haqları, humanizm kimi liberal dəyərlərlə maskalanmayıb. Tramp tipik kolonialist və imperalist olduğunu gizlətmir və seçicilərinin etimadını qazanmaq üçün bu, onun tək güclü kartıdır. “Böyük Amerika” və vətənpərvərlik şüarları riyakar Trampın siyasətdə davam edə bilməsi üçün tək yoldur və bu yoldan kənara çıxmaq onun siyasi karyerasını fəlakətə sürükləyə bilər. Və Tramp şəxsi karyerasının fəlakətə uğramaması üçün ABŞ-ı fəlakətə sürükləyir.

Trampın siyasi fəlsəfəsi bir yandan Amerika cəmiyyətinin bütövlüyünü parçalayır, digər yandan isə dünya dövlətlərinin ABŞ-a qarşı çıxa bilməsi üçün hökümətlərin əlinə çox ciddi əsaslara dayanan dəlillər verir. Bütün bunlar isə Trampın daha dörd il Ağ Evdə otura bilməsi üçün baş verir. Komikdir...

Doğrudan, bir super güc adına və üstəlik ABŞ kimi dağılmaz siyasi ənənələrə sahib olan bir ölkə üçün indi yaranmış mənzərə komikdir və komik olduğu qədər də faciəvidir. Çünki ən pis halda Trampın hakimiyyəti beş ildən sonra sona çatacaq və bu gün ABŞ-ın itirdiklərini bərpa etməsi üçün bəlkə də on illər lazım olacaq. Ən böyük sual isə odur ki, bərpa edə biləcəkmi?

Yuxarıdakı suala bir daha qayıdarsaq və bütün dünyanın gözündə terrorizmin müdafiəçisi olaraq görünən bir generalın ölümü niyə bütün dünyada bu qədər böyük yanğı yaratdı, deyə sorarsaq, açıqca iddia bilərik ki, bu mənzərəni Trampın siyasi fəlsəfəsi yaratdı. Trampın hakimiyyət uğrunda avantüristcəsinə mübarizə aparması və qaydaları nəzərə almadan hər kəsə hücum etməsi regional gücləri ABŞ-a qarşı çıxmağa sürüklədi və bu regional güclər hər bir fürsəti dəyərləndirməyə çalışırlar.

Artıq dünya regional güclərin meydan savaşına dönüb və dünyanın təhlükəsizlik sistemi “Ərəb baharı”nın başlaması ilə iflic olmuşdu. Avropa Birliyi özünün liberal dəyərləri ilə artıq dünyanın təhlükəsizliyinin qarantı deyil və bu qarant öz qüdrətinin əsas təminatçısı olan ABŞ-la ya yollarını ayırmalı, ya da Trampın avantüralarına qarşı dura bilmək üçün həm cürət, həm də qüdrət sahibi olmalıdır. Etiraf edək ki, Çinin, Rusiyanın, İranın, Türkiyənin, Hindistanın və digər çoxlu sayda regional güclərin artan geosiyasi iddaları qarşısında qoca Avropa üçün bu, heç də asan görünmür. Hətta imkansız görünür. Çünki ABŞ Trampa qədər regional gücləri cilovda saxlamağa nail ola bilirdi. Tramp isə bütün qaydaları dağıtmaqla və ABŞ-ın maraqları hər şeydən üstündür deyərək, ticarət və geosiyasi savaşlar aparmaqla, əslində bütün regional gücləri ABŞ-ın nəzatərindən çıxardı. Artıq bu nəzarəti bərpa eləmək imkansız görünür. Daha doğrusu böyük müharibə olmadan imkansız görünür.

Süleymaninin öldürülməsi ilə dünyanın təhlükəsizlik sistemi iflic fazasından iflas fazasına keçir və artıq demək olar ki, böyük müharibə qapıları döyür.

Azər QARAMANLI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar