Bazar, 05 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Daha bir qurumun əməkdaşlarında koronavirus aşkarlandı

Azərbaycanda koronavirus pandemiyası yayılmağa başladıqdan sonra bir çox qurumlar əməkdaşları arasında COVID-19-a yoluxanların olduğunu açıqlayıb...

PİA.az bildirir ki, Oxu.Az-ın bununla bağlı qurumlar arasında sorğusu davam edir.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən sorğumuza cavab olaraq bildirilib ki, dənizçilər gəmiyə növbəyə getməzdən əvvəl təcrid proseduru əsasında yeni növ koronavirusa (COVID-19) qarşı analizdən keçirlər:

“Son üç sutka ərzində aparılan testlərin nəticəsinə görə dörd dənizçinin analizi pozitiv olub. Həmin əməkdaşlar hazırda karantinə alınıb və özlərini yaxşı hiss edirlər”.

Bildirilib ki, ASCO-da koronavirus pandemiyası ilə əlaqədar qabaqlayıcı tədbirlər 2020-ci ilin əvvəlindən görülür.

Gəmilər və sahil obyektləri mütəmadi dezinfeksiya edilir, əməkdaşlar isə fərdi mühafizə, o cümlədən, dezinfeksiyaedici məhlullarla təmin olunur. Hazırda ASCO-da iş öz ahəngi ilə davam edir, əməkdaşlar fəaliyyətlərini Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri əsasında həyata keçirirlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, əməkdaşlar arasında koronovirus infeksiyasına (COVİD-19) yoluxma halı olmayıb:

“Mövcud tibbi-profilaktik vəziyyəti nəzərə alaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsi fəaliyyətini əsasən məsafədən təşkil edir. Bununla belə, əməkdaşların xüsusi karantin rejimi ilə bağlı müvafiq qaydalarda əksini tapan meyarlara uyğun gələn bir qismi zəruri səbəblərdən işə çıxsa da, birbaşa ünsiyyət tamamilə məhdudlaşdırılıb. Ancaq onlayn proqramlar, elektron poçt, telefon və digər müvafiq vasitələrlə qarşılıqlı əlaqə yaradılır.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq məlumatlarına və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərə uyğun olaraq, fəaliyyətimizin məsafədən təşkil olunması kollektivimizə infeksiyadan daha etibarlı şəkildə qorunmağa və səmərəli işləməyə imkan verir.

İşdən və ya evdən aparılan müzakirələr onlayn qaydada təşkil olunur, zərurət olduqda videokonfranslar keçirilir. Həmçinin məktəb rəhbərləri ilə onlayn müzakirələr aparılır və məktəblilər arasında onlayn müsabiqələr təşkil olunur.

Fəaliyyətin əsasən məsafədən təşkilində əsas məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəliliyinin artırılması, idarə əməkdaşlarına sosial təcrid üçün əlverişli şəraitin yaradılması və onlayn tədris məsələlərinin müzakirəsindən ibarətdir.

Müzakirələrdə məktəblilərin məsafədən tədris prosesində fəal iştirakı üçün mövcud imkanlar araşdırılır, müəllim-şagird ünsiyyətinin davamlılığının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılır. Həmçinin, məktəblilərin elektron tədris resurslarından istifadəyə sövq edilməsi üçün müəllim və valideynlərin üzərinə düşən vəzifələrə nəzər salınır.

Onu da qeyd edək ki, müvafiq qabaqlayıcı tədbirlər görülüb, idarənin inzibati binasında iki dəfə dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır”.

Təhsil Nazirliyindən qeyd edilib ki, koronavirusa yoluxma ilə bağlı onlara hər hansı müraciət daxil olmayıb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: koronavirus


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

XİN-nin “qara qutusu” bülbül kimi ötübmü? - “Qara qutu”nun səs yazısı...

Sabiq deputat: “Özləri villalarında kef məclisi qurursa, xalq onlara niyə inansın?!”

XİN ailə şirkətinə necə çevrilib? - Canəhmədovların sirrli gücü...

Oqtay Əsədov Eldar Mahmudova hansı məlumatları ötürüb?..

Ramiz Mehdiyev Prezident olmaq istəyib? - Deputatdan şok iddia

Həkim: “Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm” – Video

DTX-nın XİN-də keçirdiyi əməliyyatın pərdəarxası... 

8103 SMS icazə sistemində yeni qaydalar - İcazələr belə alınacaq...

İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video

“Nə iynə vurdularsa, ayılmadı” - Etibar Babayevin bacısı

“SSRİ bir ilə bərpa ediləcək” - Azərbaycanlı politoloq

loading...

Ən çox oxunanalar