Məsələ barədə MSK üzvü İlham Məmmədov məlumat verib...
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi üzrə qeydə alınmış namizəd Anar İsayevin səlahiyyətli nümayəndəsi Taleh Əliyevin müraciətinə baxılıb.
İ. Məmmədov bildirib ki, araşdırma zamanı sosial şəbəkələrdə yayılmış görüntülər araşdırılıb və 9 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərinin iradəsini əks etdirmədiyi üzə çıxıb.
MSK 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi üzrə 9 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, bu dairədə lider namizəd Aqil Abbasdır.
pia.az