Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq Qarabağın ingiliscə yazılış forması dəyişdirilir

Dağlıq Qarabağ sözü hazırda rus dilinin təsiri altında ingiliscə “Nagorno-Karabakh” kimi yazılır, amma bu sözün belə variantda yazılışı düzgün deyil.

Bunu Trend-ə Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ rus dilində “Nagorniy Karabakh” kimi yazılır. Bu toponim ingilis dilində də səhv olaraq, rus dilinin təsiri altında “Nagorno-Karabakh” kimi təqdim edilir.

B.Məhərrəmli əlavə edib ki, artıq təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilən “Azərbaycan dilində olan coğrafi adların rus və ingilis dillərinə milli transliterasiya qaydaları”na əsasən, Dağlıq Qarabağın ingilis dilində də “Daghlig Garabagh” kimi yazılması təklif edilir. Yuxarı Qarabağ sözünün isə “Upper Garabagh” kimi deyil, “Yukhari Garabagh” kimi yazılması təklif edilib:

“Toponimin adı qorunub saxlanılmalıdır. Buna görə də Dağlıq Qarabağ toponiminin təklif edilən formada yazılması düzgün olardı”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar