Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dağlıq Qarabağa Livan ermənilərinin yerləşdirilməsi beynəlxalq hüququn pozulmasıdır” - Hayko Lanqner

Almaniya hökuməti Ermənistan-Azərbaycan sərhədində iyul ayında baş verən gərginliyə baxmayaraq, güman edir ki, ErmənistanAzərbaycan arasında “danışıqlar aparmaq arzusu artır” və Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərinə ehtiyatlı optimizmlə baxır.

“2018-ci ildən 2020-ci ilin iyul ayına qədər ağır və böyük çaplı silahların istifadəsi getdikcə nadir hala gəlib və yalnız bir neçə atəşkəs pozuntusu qeydə alınıb. Ölənlərin və yaralananların sayı da azalıb”, - “Der Tagesspiegel” nəşrinin ixtiyarında olan məlumata görə, Almaniya Xarici İşlər Nazirliyinin Dövlət Katibi Migel Berger solçu parlament qrupunun sorğusuna cavab olaraq belə yazıb.

M. Bergerin sorğuya cavabında qeyd olunur ki, “iyul döyüşlərinə qədər gözə çarpan hala gələn və dialoqa hazırlığın artması ilə xarakterizə olunan proses davam edib”

“Almaniya inkişafa dəstəyi stimullaşdırıcı addımlarla uyğunlaşdıra bilər”

ErmənistanAzərbaycan Sovet İttifaqı dağılandan sonra Dağlıq Qarabağ uğrunda mübarizə aparırlar. Beynəlxalq hüquqa görə, bölgə Azərbaycana məxsusdur, lakin ermənilər tərəfindən nəzarət olunur.

2020-ci ilin iyulunda ermənilər və azərbaycanlılar Dağlıq Qarabağdan şimal istiqamətində yerləşən bölgədə bir-birlərinə atəş açıblar.

Federal hökumətin verdiyi məlumata görə, 12-15 iyul 2020-ci il tarixlərində beş erməni və 12 azərbaycanlı əsgər və hər tərəfdən bir mülki şəxs öldürülüb (redaktorun qeydi - Ermənistanın rəsmi məlumatına görə, erməni tərəfində mülki itkilər olmayıb).

Almaniya Ermənistan üçün ən vacib donor ölkələrindən biridir. 1992-ci ildən Almaniya Federativ Respublikası bu inkişafa 750 milyon avrodan çox pul xərcləyib.

Üç milyon əhalisi olan Ermənistan üçün bu, ABŞ-dan sonra adambaşına düşən ən yüksək yardım hesab olunur.

“Sülh prosesinə gəldikdə, federal hökumət öz potensialından çox aşağı səviyyədə davranır”, deyə müəllif və “Solçu” fraksiyasında Cənubi Qafqaz üzrə ekspert olan Hayko Lanqner bildirir.

“Almaniya Ermənistana vəsait ayrılmasını sülh siyasətinə hazırlığı ilə bağlaya bilərdi”, deyə Lanqner qeyd edir.

Livandan olan ermənilər Dağlıq Qarabağda?

Münaqişə tərəfləri 2007-ci ildə razılaşdırılmış əsas Madrid prinsiplərini də həyata keçirməlidirlər: Ermənistan azərbaycanlı məcburi köçkünlərin geri qayıtması üçün Dağlıq Qarabağ ətrafındakı ərazilərdən çəkilməli olacaq. Dağlıq Qarabağ bölgəsi üçün isə aralıq status və referendum planlaşdırılır.

Livandan ermənilərin köçürülməsi ilə bağlı məlumatlar da azərbaycanlılar tərəfindən təxribat kimi qəbul olunur.

Yerli mediada yer alan xəbərlərə görə, Beyrutdakı partlayışdan sonra Ermənistan hökumətinin nümayəndələri orada yaşayan erməniləri işğal altındakı Dağlıq Qarabağa dəvət ediblər.

Hayko Lanqner beynəlxalq hüququn pozulmasından bəhs edir ki, bu da əvvəlki təcrübəyə görə Azərbaycanın kəskin reaksiyasına səbəb olmalıdır. (Oxu.az)

Mənbə: “Vestnik Kavkaza”

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar