Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dağlıq Qarabağ münaqişəsi yoxdur, Ermənistan-Azərbaycan müharibəsi var”

Rusiyalı politoloq: “Ermənistanın bank sistemi Rusiyanın kriminal pullarının xaricə çıxarılması üçün “paltaryuyan maşındır””

Rusiyalı politoloq Oleq Kuznetsov AYNA-ya müsahibəsində Tovuz döyüşlərindən sonra danışıqlar prosesinin necə inkişaf edəcəyi, Nikol Paşinyanın siyasi niyyətləri, Rusiyanın iki ölkə arasında müharibə vəziyyətinə müdaxilə edib-etməyəcəyi barədə danışıb.

- Bir çox ekspertlər hesab edirlər ki, Tovuzdakı qarşıdurma danışıqlar prosesini tamamilə "öldürdü". İndi belə bir şəraitdə tezliklə müharibə gözləmək olarmı?

- İyulun 12-16-da Tovuzda dövlət sərhədində baş verənlərin danışıqları “öldürdüyünə” inanan ekspertlərlə tamamilə həmrəyəm. Qarabağdan 100 kilometr aralıda, Azərbaycanla Ermənistan arasındakı ərazi mübahisəsi və qarşılıqlı iddialar üzrə baş verən o günlərin hadisələri tamamilə açıq və aydın şəkildə göstərdi ki, konkret olaraq, Dağlıq Qarabağ münaqişəsi yoxdur, ancaq otuz ildən çoxdur davam edən bir Ermənistan-Azərbaycan müharibəsi var. Və bu müharibədə hələ ki, Ermənistan təcavüzkardır, Azərbaycan isə təcavüzün qurbanı.

Bu gündən və əbədi olaraq, Azərbaycanda yaşayan erməni azlığının öz müqəddəratını təyinetmə hüququ barədə deyilən bütün siyasi müzakirələri bir kənara qoymaq, unutmaq lazımdır. Çünki Ermənistanın məqsədi Qarabağın sahibi olmaq yox, Azərbaycanın bir dövlət olaraq və azərbaycanlıların bir millət olaraq fiziki olaraq məhv edilməsidir. Alman faşistləri 1941-ci ildə SSRİ-yə hücum edərkən oxşar fikirlərlə silahlanmışdılar. Buna görə də Qarabağ uğrunda müharibə Azərbaycan üçün Böyük Vətən və Azadlıq müharibəsidir.

Hər şeyi izah edən daha bir faktor var. Qarabağın işğalının davam etməsi və Ermənistan-Azərbaycan dövlət sərhədində təxribatların həyata keçirilməsi üçün Rusiya və Serbiyadan silahlar "Dağlıq Qarabağ Respublikası" adlandırılan Stepenakertdəki kukla işğal rejimi tərəfindən deyil, Ermənistan Respublikası Müdafiə Nazirliyi tərəfindən alınır və bu silahlar təkcə Qarabağda deyil, həm də Tovuzda işə salınır. Nəticə budur: Dağlıq Qarabağ münaqişəsi heç vaxt olmayıb, ortada Ermənistan-Azərbaycan müharibəsi var. Ermənilər üçün Qarabağ çoxdan məqsəd yox, Azərbaycanın məhvi üçün bir şüardır və bunu açıq şəkildə etiraf etmək istəməyənlər siyasi cəhətdən kasad olanlardır.

- Ermənistan ilə Rusiya arasında münasibətlər hazırda idealdan uzaq bir səviyyədədir. Bu, Rusiyanın müharibə vəziyyətində Ermənistanı dəstəkləməkdən kənarlaşması üçün şərait yaradırmı?

- Rusiya ilə Ermənistan arasındakı münasibətlərin xarici görünüşü nə olursa olsun, başa düşmək lazımdır ki, bu ölkələr arasındakı münasibətlər təkcə ümumi siyasi maraqlarla xarakterizə olunmur. Rusiyanın hazırkı siyasi elitası Ermənistanı heç vaxt yalnız bir sadə səbəbə görə dəstəkləməkdən imtina etməyəcək. Buradakı məqam ruslar və ermənilərin tarixi ənənələrinin davamında və xristian həmrəyliyində deyil, sırf merkantil maraqlarla bağlıdır. Ermənistan bank sistemi Rusiyada rüşvət, dövlət büdcəsini yemək və digər fırıldaqçılıqla qazanılan kriminal pulları qanuniləşdirmək üçün bir vasitədir və ya sadə şəkildə desək, “paltaryuyan maşın”dır. Ermənistan bankları vasitəsi ilə Rusiyadan kriminal aktivlər xaricə çıxarılır və bu kanalın əhəmiyyəti daha da artacaq, çünki Rusiyada iqtisadiyyatın deofşorizasiyası siyasəti davam etdirilir.

Əgər əvvəllər bunu deyək ki, Kipr, Malta və ya Lüksemburq vasitəsilə etmək daha asan və qanuni idisə, indi Rusiyadan Avropaya və Şimali Amerikaya kölgə kapital axınının yeganə yolu Ermənistan olacaq. Buna görə də ilk Azərbaycan tankı İrəvan həndəvərlərində görünənə qədər bu dəstək davam edəcək. Əgər 1988-1994-cü illər Qarabağ müharibəsi zamanı Avropanın kriminal kapitalı Rusiya iqtisadiyyatına Ermənistan üzərindən yatırıldısa, indi proses tərsinə gedir. Elə bu proses də Ermənistanı şimaldan hərbi-siyasi dəstək verilən bir vasitəçi statusuna salır.

- Nikol Paşinyanın Ermənistanı Qərbə yönəltmək istədiyi barədə də fikirlər var. Müasir geosiyasi şəraitdə o, bunu necə bacaracaq?

- Paşinyanın qərbyönümlü siyasətçi olduğuna və Corc Soros Fondu tərəfindən daimi dəstəkləndiyinə qətiyyən inanmıram. Bu tezis bir dəfə Rusiya mətbuatı tərəfindən irəli sürüldü və Azərbaycan mətbuatı tərəfindən Kremlin xeyrinə olaraq, daimi müzakirə mövzusuna çevrildi. Əslində, Paşinyan sosial dibdən gələn hər bir acgöz populist kimi öz gücünə yalnız özünü maddi zənginləşdirmə mənbəyi kimi əhəmiyyət verir. Buna görə o, ölkədə denasifikasiya keçirmir və faşist Njdeyyə sitayiş kultunu inkişaf etdirməyə davam edir. Çünki onun müasir varinatına çevrilərək, sparapet - ali rəhbər və ya fürer olmaq istəyir.

Bu gün Ermənistan getdikcə daha çox Şimali Koreyaya bənzəyir. Fərq yalnız ondadır ki, Şimali koreyalıların beynində çuçxe, ermənilərin başında isə çexakron və ya çexakrontutyun ideyaları hakimdir. Ermənilər çoxdan "Ermənilər üçün Ermənistan" şüarı altında monoetnik bir dövlət yaratmaq üçün öz xüsusi yollarını seçiblər və onilliklərdir ki, bu yolla sistemli, metodik və məqsədyönlü şəkildə hərəkət edirlər. Şərti olaraq Qərbin və şəxsən Sorosun bununla əlaqəsi yoxdur. Nə qədər ki, ermənilər özlərini ermənilərin xüsusi antropoloji irqi – armyanoid kimi tanıyırlar, onlar Qərb şablonlarına görə nə liberal, nə demokrat, nə də azadlıqsevər olacaqlar. Bunun əksini düşünən hər kəsə Aleksandr Puşkinin "Qızıl balıq nağılı"ndakı sözləri ilə cavab verilə bilərəm: "Sən nə qədər sadəlövh və axmaqsan"...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar