Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dağlıq Qarabağ münaqişəsi Astana formatında həll edilə bilər” - Perincək

Mehmet Perinçək: “Türkiyə, Rusiyaİranın problemə təsiri Minsk Qrupundakı Qərb dövlətlərinin təsirindən daha çoxdur”

Tovuz döyüşləri, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri, regionda yeni hərbi-siyasi ab-hava ətrafında qızğın müzakirələr gedir. AYNA baş verənlərlə bağlı Türkiyənin tanınmış tarixçisi və politoloqu Mehmet Perinçəklə həmsöhbət olub.

- Mehmet bəy, indiki dönəmdə Azərbaycan- Türkiyə münasibətlərini necə dəyərləndirirsiz?

- Türkiyə ilə Azərbaycan Heydər Əliyevin də dediyi kimi, hər zaman bir millət-iki dövlət olaraq qalacaq. Yəni ki, pis gündə də, yaxşı gündə də Türkiyə və Azərbaycan birlikdə olacaq. Azərbaycanın dərdi Türkiyənin dərdi, Türkiyənin problemi də Azərbaycanın problemidir. Son günlər baş verən hadisələrin fonunda isə iki ölkənin hərbi əməkdaşlığı sürətləndirməsi təbii haldır. Ki, bu əməkdaşlıq müdafiə sənayesi baxımından da inkişafa səbəb olacaq. Çünki Türkiyənin son dövrlərdə müdafiə sənayesi baxımından əldə etdiyi nailiyyətlər Azərbaycan üçün də böyük bir şansdır. Bu ilin fevral ayında Türkiyə ilə Azərbaycan arasında imzalanmış müqaviləyə əsasən, Türkiyə çox sayda müdafiə sənayesini hər zaman Azərbaycanın ixtiyarına verməyə hazırdır.

- Bu yaxınlaşmaya Ermənistanın reaksiya maraqlıdır...

- Az əvvəl Türkiyənin müdafiə sənayesi məhsullarını hər zaman Azərbaycanın ixtiyarına verməyə hazır olduğunu qeyd elədim. Bunların arasında piltosuz uçuş apartları da (PUA) var ki, bu, Ermənistan tərəfində böyük qorxuya və əks-sədaya səbəb olub. Hətta, Ermənistan Müdafiə Nazirliyinin son iclaslarının birindən bununla əlaqəli şəkillər yayılmşdı və bu şəkillərdə Türkiyəyə məxsus PUA-lar nümayiş və analiz edilmişdi. Bu da onu göstərir ki, texnologiya, müdafiə sənayesi və digər bu kimi məsələlərdə Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq Ermənistanda ciddi qorxu və narahatlğa səbəb olur.

- Türkiyə və Azərbaycan ordularının sürətli inteqrasiyası barədə nə düşünürsüz?

- Məlum olduğu kimi, Azərbaycan vətəndaşları Türkiyədə hərbi təhsil alır, hərbçiləri müxtəlif təlimlərdə iştirak edirlər. Bu baxımdan da iki ölkə arasında olan ortaq təcrübə iki ordunu bir-birinə daha da yaxınlaşdırır və yaxınlaşdırmağa davam edir. Təbii ki, bütün bunların nəticəsində Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqlik inkişaf edəcək. Ona görə də Türkiyə ilə Azərbaycanın qarşısında daha böyük fürsətlər var.

- Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın da son çıxışlarının birində hər zaman Azərbaycanın yanında olacaqlarını bildirdi və hətta, Rusiyaya bununla bağlı ismarıc da yolladı. Bütün bunlar Türkiyə-Rusiya münasibətlərinə necə təsir edə bilər?

- Aydın məsələdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunmuş Minsk Qrupunun fəaliyyəti heç bir nəticə vermir. Qarabağ problemi həll edilmədikcə də Ermənistan təzyiq siyasətinə davam edir. Yəni, Qarabağ probleminin həll edilməməsi Ermənsitana daha da cəsarət verir. Lakin bununla bərabər, başqa bir məsələ də var ki, o da Astana sazişidir. Astana sazişinə əsasən, Türkiyə, Rusiyaİran Suriyaya imperialist ölkələrin müdaxiləsini əngəlləyib, gücü öz əllərinə alıb və regional problemləri bərabər həll edə bildiklərini göstərib. Ona görə də dolayısı ilə Astana sazişi regiondakı digər probelmlərə də təsir və tətbiq edilə bilər. Ki, bu problemlərin başında da Dağlıq Qarabağ problemi gəlir. Dağlıq Qarabağ problemində Türkiyənin, Rusiyanın və İranın təsiri Minsk Qrupundakı Qərb dövlətlərinin təsirindən daha çoxdur. Çünki həm coğrafi, həm geopolitik, həm də tarixilik baxımından bu ölkələr Dağlıq Qarabağ probleminin həllinə daha yaxındır. Bu baxımdan həm Türkiyə ilə Rusiyanın, həm də Azərbaycanla Rusiyanın inkişaf etməkdə olan istər iqtisadi, istərsə də siyasi münasibətləri Türkiyə-Rusiya-İran üçlüyü çərçivəsində bu problemin həll edilməsini daha mümkün edir.

- Bəs, Türkiyənin Rusiya ilə münasibətlərinin inkişaf etməsi ilə yanaşı, Paşinyanın Qərbə meyl etməsi və Rusiyanın qıcıqlanması bu problemin həllinə daha müsbət təsir göstərə bilər?

- Doğrudur, rəsmi Yeravanla rəsmi Moskvanın arası Nikol Paşiyanın iqtidara gəlməsi ilə soyuqlaşıb. Bilirsiz ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun işğalda olan rayonlardan beşinin Azərbaycana qaytarılması ilə bağlı planı var idi və bunu Serj Sarkisyana qəbul etdirmişdilər. Lakin Paşinyan iqtidara gələndən sonra bunu qəbul etmədi. Təbii ki, bu da Yeravanla Moskvanın münasibətlərinə pis təsir edir və Paşinyanın da qərbyönümlü siyasəti Rusiyada başqa bir tərəfdən ciddi narahatlığa səbəb olur. Hətta, erməni lobbisinin əsas simalarından olan Marqarita Simonyan da Paşinyana sərt etiraz etmiş və Yerevan hökumətinin Rusiyadan dəstək tələbinin qəbul edilməyəcəyini bildirmişdi. Bununla bərabər, Ermənistanda İkinci Dünya müharibəsində nasistlərlə əməkdaşlıq edənlərin heykəllərinin tikintisinə başlanılıb. Bütün bunların hamısı - Ermənsitanın Qərbə meyl etməsi Moskvada narahatlıq yaradır ki, bu da Türkiyə ilə Rusiya arasında Dağlıq Qarabağ probleminin həllində ortaq nəticəyə gəlmək imkanı yaradır.

- Bütün bunlar Ermənistanın həm siyasi, həm də iqtisadi baxımdan zəifləməsinə gətirib çıxara bilərmi?

- Bəli. Dağlıq Qarabağ probleminin həllini tapmaması Ermənistan xalqının da əleyhinədir. Çünki Dağlıq Qarabağ problemi həll olunmadıqca, Ermənistan təcrid olunacaq. Ki, Azərbaycanla bəlli münasibətlər, Türkiyə ilə sərhədlər bağlıdır və s. Bütün bunlar da Ermənistanda ciddi iqtisadi və siyasi problemlər yaradır və yaratmağa davam edəcək. Əslində, Dağlıq Qarabağ problemi həll olunanda, erməni xalqı ən azından qonşuları ilə münasibətlər qurmaq imkanına sahib olacaq. Ona görə də problemin həlli və işğal edilmiş torpaqların Azərbayacana geri qaytarılması erməni xalqının da maraqlarına uyğundur. Ona görə də birinci, məhz ermənilərin bunu tələb etməsi lazımdır. Əks halda, bu təcridolunma prosesi Ermənistanda həm siyasi, həm də iqtisadi problemləri artıracaq.

Hər şeyə rəğmən, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri çox önəmlidir və Türkiyə ilə Azərbaycanın regionda daha ciddi ittifaq yaratmaq potensialları var. Bunu inkişaf etdirmələri də, Dağlıq Qarabağ probleminin həllində birgə addım atmaları da gələcəkdə bu ittifaqı daha güclü edə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar