Azərbaycanın Quba və Qusar rayonlarının bir sıra dağlıq yaşayış məntəqələrinə dünəndən etibarən qar yağır
Qubanın dağ kəndləri - Xınalıq, Qrız, Xaltan və Qonaqkənd ağ örpəyə bürünüb. Ən çox qar Qubanın Xınalıq və Qırız kəndinə yağıb. Kəndlərdə qarın hündürlüyü 14 santimetrə çatıb.
Xaltan kəndindəki dağlarda isə qarın hündürlüyü 4 santimetr təşkil edir, temperatur kəskin dəyişməyib. Qonaqkənd qəsəbəsinə isə az miqdarda qar yağıb.
Həmçinin, Qusarın Ləzə kəndinə də qar yağıb. Qarın hündürlüyü 10 santimetr, temperatur 10 C° təşkil edib.
pia.az