Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağılmış Masallı məktəbi - Fotolar

Məktəbin dam örtüyü yararsız olduğundan yağıntı suları məktəbin içinə tökülür

Şagirdlər yağıntı suları altında, soyuq, ala qaranlıq sinif otaqlarında dərs alırlar.

Bu il böyük dramaturq, şair, yazıçı Cəfər Cabbarlının 120 illik yubiley ilidir. Dahi ədibin adını əbədiləşdirmək üçün respublikanın müxtəlif şəhər və rayonlarında onun adını daşıyan kinostudiya, küçələr, kitabxanalar, məktələr var. Belə məktəblərdən biri də Masallı rayonunda yerləşən Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbdir.

1981-ci il də istifadəyə verilən məktəb vaxtı ilə həmin dövr üçün regionun ən yaxşı məktəblərindən sayılırdı. Mərkəzləşdirilmiş istilik sistemi, qapalı voleybol zalı, akt zalı, emalatxana, bufet, hərbi dərslər üçün kabinet, müasir labaratoriyalar bir vaxtlar göz oxşayırdı. İstifadəyə verildiyi vaxtdan 38 il keçməsinə baxmayaraq heç vaxt əsaslı təmir edilməyən məktəb hazırda çox bərbad vəziyyətdədir. Akt zalı, idman zalı yararsız, labaratoriyalardan, bufetdən isə əsər-əlamət yoxdur.

Ərkivan qəsəbəsinin tam qazlaşdırılmasına baxmayaraq, bu məktəbdə sinif otaqları hələ də odun sobaları ilə qızdırılır. Əslində isə xarici və daxili fasadda olan suvağın tökülməsi, divarların çatlaması, pəncərə şüşələrinin qırıq və ya heç olmaması, döşəmənin dağılmasına görə sinif otaqları isinmir. Məktəbin dam örtüyü yararsız olduğundan yağıntı suları məktəbin içinə tökülür. Şagirdlər yağıntı suları altında, soyuq, ala qaranlıq sinif otaqlarında dərs alırlar. Bu səbəblərdən qış aylarında şagirdlər tez-tez xəstələnir, dərsə davamiyyətdən geri qalırlar.

Bir neçə valideyn məktəbin təmirə ehtiyacı olmasını ictimayiləşdirilmək məqsədi ilə Asiya.az-a müraciət edib. Valideynlər bildiriblər ki, “Övladlarımızı bu cür qəzalı, istismara yararsız məktəbdə təhsil almasından narahatıq. Dəfələrlə məktəbin keçmiş və indiki direktoruna, Masallı Rayon Təhsil Şöbəsinə məktəbin təmiri ilə bağlı şikayət etsək də bu şikayətlər müsbət həllini tapmır”.

Onlarla qəsəbə sakini isə 3 oktyabr tarixində məktəbin təmiri ilə əlaqədar imza toplayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Təhsil Naziri Ceyhun Bayramova ərizə ilə müraciət ediblər.

Qəsəbə sakinləri yazdıqları müraciətlərdə, Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin illərdir ki, əsaslı təmirə ehtiyac olduğunu və tezliklə bu iş üçün müvafiq sərəncam verilməsini xahiş ediblər.

Məsələ ilə bağlı Asiya.az-ın əməkdaşı məktəbin direktoru Mənijə Yəhyayeva ilə əlaqə saxlayıb. M.Yəhyayeva bildirib ki: “Məktəbin təmiri ilə bağlı Masallı Rayon Təhsil şöbəsinə məlumat verilib. Təhsil şöbəsindən bizə bildiriblər ki, məktəb plandadır, gələcəkdə təmir ediləcək”

Masallı Rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov Asiya.az-a verdiyi açıqlamada bildirdi ki: “Adı çəkilən məktəblə bağlı Təhsil Nazirliyinə müraciət edilib. Nazirlikdən verilən məlumatda göstərilir ki, gələcək illərdə təmir ediləcək məktəblər sırasında Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbinin də adı var”.

Məktəbin bərbad vəziyyətini əks etdirən fotoşəkilləri təqdim edirik:

pia.az


Etiket: Masallı məktəb


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar