Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağ yəhudisindən azərbaycanlılara xəyanət – Nəşr ediləcək kitabda nələr yazılıb?

Moskvada 44 günlük müharibədə həlak olanların xatirəsinə həsr olunmuş xeyriyyə gecəsi və milliyyətcə dağ yəhudisi olan yazıçı Həmid Əmirovun “Cənnətdə göz yaşları” kitabının təqdimat mərasimi keçirilib.

Erməni mediası xəbər verir ki, kitab 44 günlük müharibədən, “erməni xalqının dərdi, haqsızlıq və xəyanət”dən bəhs edir. Kitabın müəllifinin adını və dağ yəhudisi olduğunu biləndə bunun təxribat xarakterli xəyanət olduğunu başa düşmək olar.

Yənudilərin Azərbaycana və xalqımıza qarşı hörmət və sevgisini bir xain zədələyə bilməz. Birinci Qarabağ müharibəsi qəhrəmanı, yəhudi Albert Aqarunovun adı dillər əzbəridir. 44 günlük Vətən müharibəsində İsrailin dəstəyi, köməyi heç nə ilə əvəz olunmaz. Həmid Əmirov kimi satqınlar isə həmişə olub və olacaq, biz isə onları görməzdən gəlməyə davam edirik.

Müəllif yazır ki, bu kitabı heç kim çap etmək istəmirdi. Bəli, çünki hər kəs artıq həqiqəti yaxşı bilir, provakasiyaya getmək istəmir.

“Açığını desəm, mənim üçün çox çətin idi… həm emosional, həm də intellektual. Amma ən çətini odur ki, nəşriyyatla münasibətimi korladım.
Nə kitablarımı çap etdirmək istəmirlər, nə də başqa nəşriyyatlarla əlaqəm yoxdur. Kitablarımın çap olunub-olunmayacağını, yeni nəşriyyat və ya sponsor tapacağımı bilmirəm, amma ilk nəşr bütün çətinliklərə baxmayaraq, yanvarın 24-də satışa çıxacaq! Mən də materialı toplamaqda mənə kömək edən hər kəsə böyük təşəkkürümü bildirmək istəyirəm! Hamıya salam və xeyir!”, – Əmirov yazıb.

“Bizdən müəllifə biganəliyə, həqiqətə, dərdimizə görə təşəkkür etmək istəyirik! Kitab çox güclü yazılıb”, – bunu Mina Xaçatryan deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar