Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cümşüd Nuriyev Hadı Rəcəbliyə: “Nədən “nankor xalqın” deputatı olmaqdan utanmırsınız?”

“Təcili millətdən üzr istəməlisiniz”: Keçmiş deputatdan Hadı Rəcəbliyə sərt irad...

Sən necə siyasi elmlər doktorusan ki, sənə bu qədər layiq olmadıqlarını verən bir xalqa qarşı şərəfsiz döyüşə girmisən?..

Bu sözləri keçmiş deputat professor Cümşüd Nuriyev Hadı Rəcəbliyə ünvanlandırıb. PİA.az yazını olduğu kimi təqdim edir:

“Hörmətli dostlar!

Hadı Rəcəblinin dediyi sözləri tapıb oxuduqdan sonra qərəra gəldim ki, ona bəzi məsələləri xatırladım.

1.Sənin “nankor” adlandırdığın bu xalqın hesabına Ümummilli Lideri Heydər Əliyevin birinci hakimiyyəti illərində, fəhləlikdən Şəki rayonunun birinci katibliyi vəzifəsinədək, ikinci hakimiyyəti illərində iki dəfə (1995,2000) layiq olmadığın Milli Məclisə dürtülmüsən.

2 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezidentliyi dövründə daha üç dəfə (2005, 2010 və 2015) “nankor xalqın” parlamentinə soxulmusan.

3.Bəyənmədiyin bu xalqın hesabına hələ doğulmayan nəvələrinə belə var-dövlət yığmısan. Halbuki, bu dövlət üçün can qoyanlar, dövlətinə sadiq qaldıqlarına görə bir tikə çörəyə möhtacdırlar. İş belə tapa bilmirlər.

Bəyənmədiyin bu xalqın Prezidenti İlham Əliyev Cənabları 2007-ci ildə səni “Şöhrət” ordeni ilə təltif edib. Amma təəssüf ki, özün şöhrətli ola bilmədin. Sən necə siyasi elmlər doktorusan ki, sənə bu qədər layiq olmadıqlarını verən bir xalqa qarşı şərəfsiz döyüşə girmisən? Sənin məqsədin nədir? Sifarişi hansı dövlətdən almısan? Nədən sən və sənin kimi deputatlar xalq ilə prezident arasında uçurum yaratmağa çalışırsınız? Nədən “nankor xalqın” deputatı olmaqdan utanmırsınız? Nədən prezidentin sədr olduğu iqtidar partiyasının adını batırırsınız?

Hələ bu verəcəyim sualların bir hissəsidir. Təcili millətdən üzr istəməlisiniz!”

Qey edək ki, son zamanlar deputat Hadı Rəcəblinin müxtəlif mövzularda söylədiyi ayrı-ayrı fikirləri cəmiyyətdə haqlı narazılığa və kəskin müzakirələrə səbəb olub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar