Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cümə xütbələrində narkomaniya ilə bağlı mövzulara toxunmaq təklif edilib

"Azərbaycan ərazisində fəaliyyət göstərən televiziya və radiolar ayda 90 saatdan az olmayaraq narkomaniya ilə mübarizə çərçivəsində müvafiq maarifləndirici sosial çarxlar hazırlayıb “prime-time” deyilən saatlarda təqdim etməlidir".

PİA.az-ın məlumatına görə, bunu Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

O bildirib ki, qanunvericiliyə bununla bağlı dəyişiklik edilməli, televiziya və radiolar üzərində öhdəlik qoyulmalıdır: “Bununla bağlı MTRŞ-ya hər ay hesabat verilməlidir. Eyni zamanda dini qurumlar cümə xütbələrində, moizələrdə narkomaniya ilə bağlı mövzulara toxunmalıdır. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun Milli Məclisdə qəbul edildi. Həmin qanunun hazırlanmasında mən İşçi Qrupun rəhbəri kimi çıxış edirdim. Onun icrasının monitorinqini keçirdik və məlum oldu ki, həmin qanunun icrası cəmi 7 % təşkil edib. Bu çox pis haldır. Bu gün narkomaniyaya gedən yol tütün məmulatlarının istifadəsindən başlayır. Azərbaycanda elə gənc yoxdur ki, tütündən istifadə etmədən narkotik vasitədən istifadə etsin. ÜST-ün də bu sahədə statistik məlumatları var. Bu statistikalar ciddi statistikadır. Müvafiq komitələr arasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun işləməməsinin səbəblərini biz araşdırmalı, dinləmələr keçirməliyik. Bu gün narkomaniya probleminin kökündə bu qanunun işləməməsi durur. DİN bu qanunun işləməməsi ilə bağlı yaranan problemlərlə üz-üzə gəlib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar