Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Culfadakı gömrük məntəqəsi 24 saatlıq iş rejiminə keçə bilər

Naxçıvan MR ilə İranın gömrük xidməti nümayəndələri arasında müştərək görüş keçirilib

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Şahtaxtı Gömrük İdarəsində təşkil olunan görüşdə İranın Yol təşkilatının nümayəndələri də iştirak edib.

Naxçıvanın Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli Azərbaycanİran arasında tarixi-mədəni əlaqələrin, eləcə də qarşılıqlı əməkdaşlığa əsaslanan iqtisadi-ticari münasibətlərin önəmini qeyd edib. Vurğulanıb ki, Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci ilin sonunda Tehrana rəsmi səfərindən sonra ikitərəfli münasibətlər, o cümlədən Naxçıvanla İranın yaxın vilayətləri arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub.

Muxtar respublikada gömrük və yol infrastrukturunun müasir şəkildə qurulduğunu, bütün sahələrdə inkişafın təmin olunduğunu qeyd edən Komitə sədri Naxçıvanın tranzit potensialını önə çəkib. Gömrük xidməti nümayəndələri arasında vaxtaşırı keçirilən görüşlərin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyi vurğulanıb.

İran gömrük xidməti nümayəndə heyətinin rəhbəri, Gömrük Administrasiyasının Beynəlxalq Əməkdaşlıq Ofisinin baş direktoru Hüseyn Kaxki və Yol təşkilatının Tranzit və Beynəlxalq Daşımalar Ofisinin baş direktoru Mənüçöhür Salmanzadə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin gömrük işi sahəsini də əhatə etdiyini, qarşılıqlı əlaqələrin gediş-gəlişin və ticarət həcminin artmasına, prosedurların sadələşdirilməsinə və sürətləndirilməsinə imkan yaratdığını qeyd ediblər.

Tərəflər Culfa-Culfa gömrük-sərhəd buraxılış məntəqəsinin 24 saatlıq iş rejiminə keçirilməsinin, Şahtaxtı-Poldəşt gömrük-sərhəd buraxılış məntəqəsinin iş vaxtının 16 saata çatdırılmasının, Bakı-Naxçıvan-Bakı marşrut avtobuslarına tətbiq olunan gömrük nəzarətinin tam sadələşdirilməsinin qarşılıqlı münasibətlərin əyani göstəricisi olduğunu və insanların rahatlığına xidmət etdiyini bildiriblər.

Görüşdə Naxçıvanın tranzit potensialından maksimum istifadə, Naxçıvan Muxtar Respublikasından Azərbaycanın əsas ərazi vahidinə və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin keçidi üçün prosedurların asanlaşdırılması və sadələşdirilməsi, diri heyvanların nəql olunması, o cümlədən gömrük işi sahəsində qarşıya çıxan digər vacib məsələlər müzakirə olunub.

Görüş gündəlikdə duran məsələlərin müzakirəsi və həlli yollarının tapılması üçün qarşılıqlı razılaşmaların əldə olunması baxımından əhəmiyyətli və səmərəli olub.

Şərqi Azərbaycan Gömrüklərinin rəisi, Təbriz Gömrüyünün baş direktoru xanım Orəngi və Qərbi Azərbaycan Gömrüklərinin rəisi, Urmiya Gömrüyünün baş direktoru Bərkabian göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edərək müzakirə olunan məsələlərin və müştərək görüşlərin əhəmiyyətini qeyd ediblər.

Sonra qonaqlar Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsinin infrastrukturu və maddi-texniki bazası ilə tanış olub, müasir rentgen-nəzarət qurğularının iş prinsipi ilə maraqlanıblar.

Pia.az


Etiket: Culfa DGK

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar