Bazar, 25 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Cüdoçumuz Asiya açıq kubokunda bürünc medal qazanıb

Cüdo üzrə Asiya açıq kuboku yarışına start verilib

Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya açıq kuboku yarışına start verilib.

Pia.az APA-ya istinadən xəbər verir ki, əvvəlcə 60, 66 və 73 kq çəki dərəcələrində mübarizə aparan kişi cüdoçular tatami üzərinə çıxıblar.

Beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçusu Yaşar Nəcəfov yalnız bir görüşdə uduzaraq, bürünc medal qazanıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Tacikistan idmançısı Dövlətəli Nəzərəliyevi məğlub edib.

Qeyd edək ki, Aktau turnirində 11 ölkədən 175 cüdoçu mübarizə aparır. Asiya kuboku yarışına iyulun 19-da yekun vurulacaq.

pia.az


Şərh yazın.

loading...