Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çoxmənzilli binalardakı mənzillərə çıxarış verilməsi davam etdirilir

Çoxmənzilli binalardakı mənzillərə çıxarış verilməsi davam etdirilir
Bakı şəhərində istismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillərə mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi davam etdirilir.

PİA.az xəbər verir ki, bu gün "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsi, 124 ünvanında növbəti səyyar sənəd qəbulu keçiriliv və sakinlərdən 32 mənzilə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər qəbul edilib.

Növbəti sənəd qəbulu isə iyulun 25-də, saat 11:00-dan 17:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 99 ünvanında keçiriləcək.

Mənzillərin İqtisadiyyat Nazirliyinin müvafiq strukturunda səyyar qeydiyyatı ölkə prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli fərmanı ilə müəyyən edilmiş vəzifələrin icrası çərçivəsində həyata keçirilir. Fərman imzalandığı gündən indiyə qədər istismarına icazə verilmiş, müxtəlif mənzil-tikinti kooperativlərinin (MTK) inşa etdiyi 279 yaşayış binasında 22 322 mənzilə elektron çıxarış verilib. Bununla yanaşı, Bakıda istismarına icazə verilmiş 44 yaşayış binasını inşa edən şirkətlərin təşkilati-hüquqi formanı əvvəlcədən düz seçməməsinə görə həmin yaşayış binalarındakı mənzillərin sənədləşdirilməsində fasilə yaranmışdı.

Binaların sadələşdirilmiş şəkildə istismara qəbulu ilə bağlı dövlət başçısının müvafiq fərmanının tələblərinə əsaslanaraq və vətəndaşların mənafeyi nəzərə alınaraq məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən inşa olunmuş binalardakı mənzillərə MTK-larda olduğu kimi, mövcud sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyata alınması qərara alınıb. Bununla da,16 595 mənzilə mülkiyyət sənədlərinin verilməsinə şərait yaradılır. Bakıda istismarına icazə verilən yeni binalardakı mənzillər çıxarışla təmin olunduqdan sonra isə proses Xırdalan, Yevlax və Gəncə şəhərlərində davam etdiriləcək. Hazırda bu şəhərlərdə istismarına icazə verilmiş, lakin mənzilləri mülkiyyət hüququnu təsdiq edən sənədlə təmin edilməyən 4 yaşayış binası mövcuddur. Qeyd edilən binalardakı mənzillərin çıxarışla təmin edilməsinin bu ilin sonunadək tambaşa çatdırılması planlaşdırılır. Prosesin daha çevik və vətəndaşlar üçün rahat formada keçirilməsi məqsədi ilə əvvəlcədən elan olunmuş ünvanlarda, müəyyən edilən qrafik üzrə sənədlərin səyyar qəbulu mütəmadi olaraq keçiriləcək.(Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar