Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çoxlu vitamin qəbul etmək koronavirusdan sağaldır?

Kovidə yoluxduqdan sonra immuniteti möhkəmlətmək üçü təyin olunan əlavə vitamin və minerallar, BAD-lar xəstəliyin ağırlaşmasının qarşısını almır, çox zaman xəstəliyin gedişini dəyişmir.

Pandemiya başlayandan bir çox həkimlər, eləcə də mətbuat C vitamini, D vitamini, bəzi vitamin qarışımlarının, sinkin guya koviddən sağaltması barədə açıqalmalar yaydı. Xəstələr test müsbət çıxan kimi vacib dərmanları qoyub, üstünlüyü yüksək dozada vitaminlərə verdilər.

Cəmiyyətdə belə fikir formalaşdı ki, microelement və vitaminlər immuniteti möhkəmlədir. Lakin zaman keçdikcə kovidin müalicəsində vitaminlərin və əlavələrin effektivliyinin olmaması sübut olundu.

ABŞ-ın Toledo Universitetinin alimləri bu məsələyə dəqiq aydınlıq gətirmək üçün 26 elmi araşdırmanın nəticəsini təhlil edib.

Ümumilikdə 5600 nəfər xəstəxanada yatan kovidli xəstənin tibbi məlumatları əhatə olunub.

Araşdırma zamanı yüksək dozada vitaminin, sinkin, selenin ağırlaşma və ölüm göstəricilərini azaltmadığı meydana çıxıb.

Vitamin və minerallar xəstələrin İVL aparatına qoşulmasının belə qarşısını almayıb.

Ona görə də çox vitamin içsəm koviddən sağalacam fikri mifdir.(bakupost)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar