Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çoxları bu gün də oğurladıqlarını xaricdə yerləşdirməklə məşğuldur - Əli Həsənov kimi...

“İki gün bundan əvvəl KİVDF ilə bağlı yazmışdım. Bu gün elan etdilər ki, KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərli həbs olunub. Özü də söhbət təxminən 5 milyon manat civarında mənimsəmədən gedir. Halbuki, bu sahədə olan yeyintilər on milyonlarla ölçülür. Vüqar Səfərli bu cinayətkar dəstənin onlarla üzvündən biridir. Əli Həsənov başda olmaqla bir çoxları bu gün də oğurladıqlarını xaricdə yerləşdirməklə məşğuldur. Bir çoxları isə rəngini dəyişib artıq Ramiz Mehdiyev və Əli Həsənov dəstəsi ilə mübarizə aparanlar sırasındadırlar”.

PİA.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib

A.İsmayılov qeyd edib ki, Bugünkü elan, sadəcə, gözdən pərdə asmaqdır: “Bu elanla bütün cinayətləri Vüqar Səfərlinin üstünə yıxıb bütün cinayətləri və cinayətkarları ört-basdır etmək istəyirlər. Bu gün də bu dəstənin tam tərkibdə ifşa olunmamaları, oğurladıqları on milyonların dövlətə qaytarılmamasının isə bircə səbəbi ola bilər. Deməli, bu işi araşdıranların özlərinin də qəbahətləri çoxdur və bu dəstə tərəfindən ifşa olunacaqlarını bilib susurlar, yaxud susmağa məcbur edilirlər. Ona görə də bu dəstənin əməllərinin az bir hissəsini elə burada açıqlayıram. Bu cinayətkar dəstə maarifçilik və mətbuat sahəsinə aid olan qiyməti yüz milyonlarla ölçülən yüzlərlə kitab mağazalarını (Azərkitab, Kəndkitab), kitab evlərini, inzibati binalarını, kitab bazalarını, qəzet köşklərini, maarifçilik məqsədi daşıyan təlim, dərnək mərkəzlərini, nəşriyyatlarını, mətbəələrini su qiymətinə dədə malı kimi özəlləşdiriblər, yaxud da satıb pulunu mənimsəyiblər. Ölkədə unikallığı ilə seçilən Respublika Dövlət Kitab Palatasının yerində bu gün restoran yerləşir. XVII-XIX əsrlərə məxsus olan on minlərlə qiymətli kitablar yoxa çıxdı (orada müdir işləmiş cavan adam isə qəflətən rəhmətə getdi), Dərnəgül qəsəbəsində 10 hektarlıq sahəsi olan kitab bazası, dəyəri milyonlarla ölçülən kitablarla birlikdə yoxa çıxdı. Bu siyahını uzatmaq da olar. Bundan başqa, bu cinayətkar dəstə dövlət vəsaiti hesabına tikilmiş yüzlərlə mənzili jurnalistikaya heç bir aidiyyatı olmayan, peşələri reketçilik olan dələduzlara, öz məşuqələrinə, sürücülərinə, ailə üzvlərinə payladılar. 5-10 nəfər layiqli olanlara ev verməklə gözə kül üfürdülər. Dövlət vəsaiti hesabına öz reket dəstələrinə "jurnalistikanın inkişafı" adı altında kef məclisləri təşkil edib "Xəmsə" kimi restoranlar vasitəsi ilə on milyonları mənimsədilər. Bunların sifarişi ilə Dövlət, Vətən nə olduğunu bilən, bu cinayətkar dəstəni ifşa edən insanları təhqir edən öz reket dəstələrinin xaricdə istirahətlərinə dövlətin on milyonlarını xərclədilər. Xaricdə oturub dövlət rəhbərlərini, onların ailə üzvlərini təhqir edən dəstələri də maliyyələşdirən bu murdar dəstə oldu. Müharibənin qızğın vaxtında susanlar, gizlində hərbi formada şəkil çəkdirənlər bu gün TV ekranlarında qəhrəman kimi peyda olublar, 44 günlük müharibədə qazanılmış Şanlı Qələbəni bu gün gözdən salmaqla məşğuldurlar. Bunların ən böyük cinayətləri isə uzun illər xalqın mənəvi, əxlaqi dəyərlərini tapdalamaları, insanlara əxlaqsızlıq, nadürüstlük, satqınlıq, yaltaqlıq aşılamaqlarıdır. Ona görə də bu dəstənin tam tərkibdə ifşa olunmaları tək hüquq mühafizə orqanlarının yox, bütün cəmiyyətin işi olmalıdır. Bu cinayətkar dəstənin onlarla, yüzlərlə qurbanları bu gün də qorxularından susurlar, çünki bunların birliyinə, gücünə bələddirlər. Bunu elə hüquq-mühafizə orqanları da bilirlər. Məhz onların bir çoxu vaxtilə məni bu dəstənin çox təhlükəli olmaları barədə xəbərdar da etmişdilər. Məhz bu dəstənin səyi nəticəsində 3 dəfə məhkum olunmuş, vəkillik peşəsindən məhrum olunmuş şəxsəm və bu gün də təqib olunuram”. (Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar