Rusiya Elmlər Akademiyasının (REA) Sibir bölməsinin Molekulyar və Hüceyrəvi Biologiya İnstitutunun alimləri yeni növ koronavirusun (COVID-19) qarşısını almaq üçün peyvənd əvəzinə tətbiq oluna bilən süni anticisimlər yaradıblar.
Bu barədə REA-nın Sibir bölməsinin sədri, akademik Valentin Parmon bildirib.
"Molekulyar və Hüceyrəvi Biologiya İnstitutunda süni anticisimlər yaradılıb. Bu anticisimləri peyvənd əvəzinə tətbiq etmək olar", - deyə V.Parmon vurğulayıb.
Alim onu da bildirib ki, süni şəkildə yaradılan anticisimlər koronavirusun müxtəlif mutant variantlarına qarşı təsirlidir. (medicina.az)
pia.az