Cümə, 24 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

COVID pasportunu rüşvətlə almaq istəyənlərə xəbərdarlıq

Vaksinasiya prosesində neqativ hallara yol verilir.

PİA.az xəbər verir ki, bununla bağlı “ASAN radio”ya bir neçə fakt daxil olub. Bildirilir ki, vətəndaş tibb işçisinə müəyyən ödəniş müqabilində peyvənd sertifikatı ala bilir. Belə ki, guya vətəndaş “prosesdə” iştirak edir, lakin peyvənd bədənə vurulmur.

Səhiyyə Nazirliyindən “ASAN radio”ya bildirilib ki, nəzarət kameraları, vətəndaş şikayətləri və bənzər müraciətlər nəzərə alınaraq vaksinasiya prosesinin şəffaflığı daimi diqqətdə saxlanılır.

“Bir daha xəbərdarlıq edilir ki, hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.

Azərbaycanda rüşvət almaq kimi rüşvət vermək də cinayətdir. Bu səbəbdən baş vermiş neqativ hallarda hər iki tərəf məsuliyyət daşıyır. Vətəndaşlardan xahiş olunur ki, şahid olduqları neqativ hallarla bağlı səhiyyə qurumlarına və hüquq mühafizə orqanlarına məlumat versinlər”, - deyə nazirlikdən bildirilib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Mübariz Mənsimovu bu dəfə qardaşı məhkəməyə verdi: dələduzluqda ittiham edir...

“Balalarını rusca oxudanlar, çox peşman olacaqsınız” - Bir statusun rezonansı...

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Lerikdə yoxlamalara başladı: Rövşən Bağırov həbs oluna bilər

Ermənilər şokda: Türkiyəyə məxsus şəxsi təyyarə İrəvana endi - Foto

Sensasiya: Vladimir Jirinovski ermənilərə dəstəyi dayandırmaq çağırışı etdi

1 əsrdir yaşayış olmayan evə girdi - inanılmaz mənzərə ilə üzləşdi - Foto

Eldar Mahmudovun bandasının üzvü “Azərsu” da məxfi şöbəyə rəhbərlik edir

İlham Əliyevə müraciət: “Qubadlıda yanğınlar olur, yararlı evlər dağıdılır”

Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib

Ən çox oxunanalar