Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“COVID-19 xəstələrinə elektron qolbaqların tətbiqi həkimlərin yükünü azaldacaq”

Son günlərdə bəzi Avropa ölkələrində koronavirus xəstələrinin karantin qaydalarını pozmasının qarşısını almaq məqsədilə yeni texnoloji vasitələrdən istifadə edilir. Bu yoluxma sayında artım dinamikasının azalmasına təsir göstərib.

Belə ki, COVID-19 xəstələrinin karantin rejimini pozaraq cəmiyyət arasında infeksiyanın yayılmasına şərait yaratması narahatlığa səbəb olur.

Bu kimi halların qarşısının alınması üçün Belçikada, Cənubi Koreyada və bir sıra digər ölkələrdə COVID-19 xəstələrinə nəzarət etmək məqsədilə elektron qolbaqlardan istifadə edilir.

Bu yoluxma sayının azalması ilə yanaşı pandemiya dövründə əsas yükü öz üzərinə götürən tibb işçilərinin və polislərin də yükünün azalması deməkdir.

Çünki ev şəraitində müalicə alan koronavirus xəstələrinin əksəriyyəti nə həkimlərin təlimatlarına ciddi riayət edir, nə də polislərin tövsiyələrinə.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən həkim infeksionist İlahə Vəliyeva deyir ki, belə bir sistemin tətbiqi müsbət nəticələr vəd edə bilər:

“Əlbəttə koronavirus xəstələrinə ciddi nəzarət edilməsi istiqamətində bu tədbirlərin görülməsi yaxşı olardı. Onların icazəsiz yaşayış yerini tərk etmələri, digər şəxsləri yoluxma təhlükəsi ilə qarşı-qarşıya qoyur. Bu sistem tətbiq edilərsə, bu kimi halların qarşısı alınar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar