Cümə axşamı, 29 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Covid-19 və qloballaşma: Pandemiya dünya iqtisadiyyatını təhdid edir...

Görünür, 2022-yə qədər Covid-19 böhranından əvvəlki səviyyəyə qayıtmaq çox çətin olacaq və qlobal iqtisadiyyat pandemiyanın ağır yükü altında əzilməyə davam edəcək...

Erdal Tanas Karagöl
“Yeni Şafak” qəzeti, Türkiyə, 22 sentyabr 2020-ci il

Covid-19-un təsiri nəticəsində iqtisadiyyatların zəifləməsi ən çox beynəlxalq ticarətə təsir edib. 21-ci əsrdə ən çox danışılan mövzulardan biri qloballaşma olub. Ölkələr inkişaf etmək üçün iqtisadiyyatlarını qloballaşma prosesinə inteqrasiya etdirərkən Covid-19 ortaya çıxdıqdan sonra istiqamətlərini dəyişdirmək məcburiyyətində qalıblar. Böyük sərmayə qoyan beynəlxalq şirkətlər yenidən zəiflədiyi üçün onlar da öz bazalarına çəkilməyə başlayıblar.

Bir milyona yaxın insanın həyatını itirdiyi yeni növ koronavirus pandemiyasının bütün dünyaya çox baha başa gəldiyini və dəhşətli bir dönüş nöqtəsinə gəldiyini görürük. Bu, bir çox insanın həyatına mənfi təsir göstərərkən, eyni zamanda, dünyanın bir çox ölkəsindəki sağlamlıq sistemlərini, iqtisadiyyatları və cəmiyyətləri alt-üst edib. Bu gün 200-dən çox ölkəyə və bölgəyə yayılan Covid-19 epidemiyası, təəssüf ki, artıq nəzarətdən çıxıb. Hətta uzun müddətdir ki, dünyada inkişaf etdirilən qloballaşma üçün böyük bir təhdidə çevrilib.

Pandemiyanın ən pis tərəfi isə böhranın sonunda deyil, hələ əvvəlində olmağımızdır. Ümumdünya Səhiyyə Təşkilatının Covid-19 üzrə Xüsusi Nümayəndəsi Devid Nabarroya görə, pandemiya hələ yeni başlayıb və vəziyyət həqiqətən ciddidir. Hələ bu epidemiyanın ortasında belə olmadığımızı və virusun qlobal nəticələrinin yeni başladığını ifadə edən Nabarronun sözlərinə görə, böyük ehtimalla, kasıb və yemək tapa bilməyənlərin sayı iki dəfə artacaq, yüz milyonlarla kiçik müəssisə iflas edəcək və bir çox gənc təhsil imkanlarından uzaqlaşdırıldığı üçün böyük bir iqtisadi daralmaya sürüklənəcəyik.

Dünyanın bu cür qarışdığı bir dövrdə baş verən iqtisadi zəifləmə qaçınılmaz olaraq hər bir ölkəyə xüsusi təsir edəcək. Müəyyən sektorlardakı beynəlxalq itkilərə baxdıqda vəziyyətin dəhşəti daha aydın görünür. Məsələn, yeni növ koronavirus epidemiyasına görə səyahət məhdudiyyəti tətbiq edən və sərhədləri bağlayan ölkələr bu ilin ilk 6 ayında beynəlxalq turist sayında 65% azalma və dünya turizmində 460 milyard dollar itki veriblər. Bu zərər 2009-cu il qlobal iqtisadi böhranında turizmdəki gəlir itkisindən 5 qat daha çoxdur. Bu vəziyyət milyonlarla işçiyə və müəssisə mənfi təsir göstərib.

Yenə də Beynəlxalq Futbol Federasiyalar Birliyinin (FIFA) açıqlamasına görə, koronavirus pandemiyası dünya futboluna təxminən 14 milyard dollara başa gələcək. Turnirlərdə yaranan fasilələr, boş stadionlar və televiziya gəlirlərinin azalması ilə meydana çıxa biləcək bu itkilər dünya futbol federasiyalarına da mənfi təsir edəcək.

Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyası (IFC), problemli kreditlər və iflaslar səbəbiylə Asiya-Sakit okeanı bölgəsində böyük bir maliyyə böhranı olacağı xəbərdarlıq verib. “IFC Asiya”nın vitse-prezidenti Alfonzo Qarsia Mora isə Covid-19 iflaslarının 30% daha artacağını gözlədiklərini bildirib. Onun sözlərinə görə, problemli kreditlərin nisbəti də 2% deyil, 20%-dir, lakin buna kifayət qədər nəzarət olmadığına görə hələlik ortaya çıxmayıb.

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun direktoru (UNICEF) Henrietta For pandemiyanın başlanğıcından bu yana dünyada yoxsulluq səviyyəsində yaşayan uşaqların sayının 15% artaraq 1,2 milyarda yaxınlaşdığını söyləyib.

Dünya Bankının Baş iqtisadçısı Prof. Karmen Raynhart da dünya iqtisadiyyatının Covid-19 pandemiyasına görə düşdüyü bu böhrandan çıxması üçün təxminən 5 il lazım olduğunu bildirib. Bu böhranın ən çox da zəngin ölkələrdə yaşayan yoxsulları vuracağını deyən Raynhart yoxsul ölkələrin daha ağır zərbə alacağını düşünür.

Nəticə olaraq, bütün dünyaya yayılan, milyonlarla insanın ölümünə, iqtisadiyyatın zəifləməsinə və milli təhlükəsizliyin pozulmasına səbəb olan bu pandemiya hələ bir müddət daha qlobal iqtisadiyyata öz təsirini göstərəcək. Elə görünür ki, 2022-yə qədər Covid-19 böhranından əvvəlki səviyyəyə qayıtmaq çox çətin olacaq və qlobal iqtisadiyyat pandemiyanın ağır yükü altında əzilməyə davam edəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Ermənistandan həyəcanlı siqnallar gəlir...”

Erməni milyonçunun Nikol Paşinyana məktubu Ermənistanı silkələdi 

Ermənistanın 3-cü ordu korpusunda üsyan! - Video

Hindli astroloqdan 2021-ci il proqnozu: "Sağ qalmaq üçün kəndə köçün"

Pakistanın Baş naziri müsəlman ölkələrinin liderlərinə müraciət etdi

Dünən Bərdə əhalisnə qarşı törədilmiş vəhşilikdəki rus izi

"Azərbaycan Ordusu Şuşanın yaxınlığındadır" - Qarabağ separatçılarının lideri

Cəbhəyə gələn erməni qadınlarının niyyəti nədir? - Foto

MN: "Döyüşlər Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib"

loading...

Ən çox oxunanalar