Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

COVID-19-un insan orqanizminə sonrakı fəsadları

Belçika və Niderland alimlərinin apardığı araşdırmalar göstərib ki, koronavirus infeksiyasını yüngül formada keçirmiş hər üç nəfərdən biri dörd ay və daha artıq müddətə xəstəliyin fəsadlarından əziyyət çəkir. Ona görə də bu tədqiqatı aparan alimlər koronavirusu xroniki xəstəlik kimi tanımaq qərarına gəliblər. Onlar hesab edirlər ki, koronavirusdan müalicə almış adamların orqanizmində sonradan davam edən fəsadlara "xronki koronavirus infeksiyası" diaqnozu qoymaq lazımdır.

PİA.az novator.az-a istinadən bildirir ki, Belçika və Niderland alimləri öz tədqiqatları zamanı koronavirus infeksiyasını yüngül formada keçirmiş 1837 nəfərin xəstəlik tarixçəsini araşdırıblar. Pasiyentlərin orta yaş həddi 47 olub. Onların demək olar hamısı infeksiyadan üç ay sonra yorğunluqdan, əzələ zəifliyindən, yuxusuzluqdan şikayətlənib.

Gazeta.ru Böyük Britaniyanın "Mirror" qəzetinə istinadla yazır ki, Britaniya və Amerika alimləri də koronavirus xəstəliyi keçirmiş insanların səhhətində sonradan mənfi halların baş qaldırdığını müəyyən ediblər. Bəlli olub ki, COVİD-19 infeksiyasına yoluxmuş pasiyentlər sağalandan bir ay sonra diqqətin yayınması, ürək əzələlərinin iltihabı, böyrəyin zədələnməsi, başgicəllənməsi kimi hallarla, habelə sidik ifrazında və cinsi orqanlarda problemlərlə qarşılaşırlar. Hətta bəzi pasiyentlərin yarım ilə yaxındır işə və normal həyata qayıda bilməməkdən gileyləndiyi aşkarlanıb.

Britaniya və Amerika alimləri koronavirusdan sağalmış adamlarda sonradan ürəkkeçmə, insult və qıcolmanın da ola biləcəyini söyləyiblər.

Gazeta.ru yazır ki, Tokiodakı "Hirahata" klinikasının həkimi Koiti Xiraxatu COVİD-19-un sonrakı fəsadlarını infeksiyanın özündən daha təhlükəli sayır. Koiti Xiraxatu bildirib ki, COVİD-19-a yoluxmuş insanların 30%-i yataq xəstəsinə çevrilib; cəmi bir dəfə yüksək hərarəti qalxmış və ya virusu simtomsuz keçirmiş şəxslərin isə 97%-i sonrakı dövrlərdə özündə zəifləmə hiss edib.

Koiti Xiraxatunun sözlərinə görə, koronavirus xəstəliyi keçirənlərin təqribən 87%-i depressiyadan, 83%-i beyin dumanlanmasından şikayətçidir. Şikayətlər sırasına baş və bədən ağrısı, tənəffüz çatışmazlığı, yuxusuzluq, iştahsızlıq kimi hallar da daxildir. Eyni zamanda koronavirusdan sağalmış bəzi insanlar saçlarının tökülməsindən gileylənib.

Yaponiyalı həkim COVİD-19-un yüngül formasının 40-50 yaş arası insanların 80%-də ciddi fəsadlara yol açdığını vurğulayıb. O, bu fəsadlardan ən çox qadınların əziyyət çəkdiyini qeyd edib.

Rusiyanın təhlükəli infeksiyalar üzrə mütəxəssisi, immunoloq Vladislav Jemçuqov Gazeta.ru-ya deyib ki, koronavirus infeksiyası nəticəsində qan dövranı pozulur, bu isə ömrü gödəldən faktordur. Jemçuqov virusun əsasən qan-damar sistemini, xüsusilə bütün orqanlardakı damarları sıradan çıxardığını bildirib.

Rusiyalı həkim xatırladıb ki, aorta - böyük qan dövranının ən böyük arterial damarları, qan-damar sisteminin əsas arteriyası deməkdir. Aorta divarlarında bədənin bütün orqan və toxumalarını arterial qanla təchiz edən, insan həyatında mühüm rol oynayan çoxlu kiçik damarlar var. İmmunoloq hesab edir ki, aorta divarlarında bədəni qanla təchiz edən damarların zədələnməsi böyrəyə, qara ciyərə, ürəyə, beyinə, sinir sisteminə ciddi ziyan vura bilər.

ABŞ-ın Robert Vud Conson Universiteti xəstəxanasının həkimləri isə bildiriblər ki, COVİD-19 təkcə daxili orqanları sıradan çıxarmır, birləşdirici toxuma xəstəliklərinə də səbəb olur.

İnsanda dörd qrup toxuma var: epiteli toxuma, birləşdirici toxuma, əzələ toxuması və sinir toxuması. Birləşdirici toxuma - rüşeymin mezoderma adlanan orta rüşeym vərəqindən əmələ gəlir və demək olar ki, bədəndə olan bütün orqanların tərkibində var.

2019-cu ilin sonlarında üzə çıxan koronavirus infeksiyasına indiyədək dünyada 92 milyondan çox adam yoluxub, onlardan 1 milyon 972 mindən çoxu vəfat edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar