Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

COVID-19-dan vəfat edən qadının 4 min manatlıq brilyant sırğaları oğurlandı - Foto

Cəlilabad rayon Mərkəzi Xəstəxanasında ötən ilin noyabr ayında koronavirusdan (COVİD-19) dünyasını dəyişən 1955-ci il təvəllüdlü Xuraman Salmanovanın brilyant sırğaları oğurlanıb.

Bu barədə Qaynarinfo-ya mərhumun oğlu Rəşad Salmanov məlumat verib. O iddia edib ki, anası vəfat edən günü xəstəxanada qulağından sırğalar çıxarılaraq seyfə qoyulub:

“Sırğaların bazar dəyəri 4 min manat idi və atam anama hədiyə etmişdi. Xəstəxanadan bizə brilyant sırğaların əvəzinə pul təklif edildi və biz bundan imtina etdik. Sonra deyildi ki, sırğalar axtarılır və tapılan kimi qaytarılacaq. Biz də verilən vədlərə inandıq və bir neçə ay gözlədik”.

Rəşad Salmanov məslə ilə bağlı Cəlilabad rayon Polis İdarəsinə də müraciət etdiklərini bildirib:

“Polisdən bizə cavab olaraq deyildi ki, hadisənin üzərindən çox vaxt keçdiyindən bunun tapılması mümkün olmayacaq”.

Məsələ ilə bağlı Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elnur Azadxanov bildirib ki, xəstəxanada itmiş hər hansı bir əşyaya görə rəhbərlik məhsuliyət daşımır:

“Biz xəstəxanaın girişində də yazıb yapışdırmışıq. Xəstəxanya daxil olarkən qiymətli əşyalarınızı, pul əskinaslarınızı yaxınlarınıza təhvil verin. Məlum hadisəyə gəldikdə, bu məsələ hüquq-mühafizə orqanlarının səlahiyyətində olan haldır”.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar