Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

COVID-19-dan sağalan həkim Cavid Paşayev evə buraxılıb - Foto

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili Rəşad Mahmudov Tibb Univerisitetinin Tədris Cərrahiyyə Kilinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin yeni növ koronavirusdan (COVID-19) sağalması ilə bağlı “Facebook” hesabında paylaşım edib.

APA-nın məlumatına görə, R. Mahmudov bildirib ki, 36 yaşlı C. Paşayev xəstəliyə qalıb gəlib: “Ən çətin günlərində böyük bir komanda gecə-gündüz demədən sənin müalicəni müzakirə etdi, sənə görə bəzən mübahisə etdi, hətta bəzən dalaşdıq, savaşdıq amma təslim olmadıq. Çünki hamının yeganə hədəfi var idi.... Səni yaşatmaq!”

R. Mahmudov C. Paşayevin sağalmasında ECMO cihazının effektivliyini qeyd edib: "Beləliklə dünyanın qabaqcıl səhiyyələrində hələ də müzakirə olunan, COVID 19-la mübarizədə effektivliyinə şübhə ilə yanaşılan ECMO istifadəsinin ölkəmizdə daha bir uğurlu nəticəsinin sonuna gəldik!"

Qeyd edək ki, xeyli müddətdir COVID-19-dan müalicə olunan C. Paşayev bu gün evə buraxılıb.

Tibb Univerisitetinin Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri, koronavirusa yoluxmuş 36 yaşlı Cavid Paşayev iyulun 13-dən ECMO cihazına qoşulmuşdu. Onun müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

pia.az 


Etiket: Cavid Paşayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar