Çərşənbə, 03 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“COVID-19-da Çin təqsirkardır” – Britaniya hökumətinin rəyi

Böyük Britaniya hökuməti yeni koronavirusun Çinin Uhan şəhərindəki bir laboratoriyadan təsadüfən sızdığını iddia edib...

Strateq.az “Mail on Sunday”-ə istinadla xəbər verir ki, əksər mütəxəssislər bu ehtimalı nəzərdən keçirirlər. Onlar virusun Çinin Uhan şəhərində canlı heyvanların satıldığı bir bazardan yayılması və xəstəliyin heyvanlardan insanlara keçməsinə inanırlar.

Baş nazir Boris Consonun hökumətindəki səlahiyyətlilər bunun ən çox ehtimal olunan izahat olduğuna əmindirlər. “Virusun təbiətinə əsasən [zoonotik nəzəriyyəyə] etibarlı alternativ bir fikir var, – deyə hökumətin yüksək vəzifəli məmurlarından biri bildirib. – Bəlkə də Uhanda bu laboratoriyanın olması təsadüfi deyil”.

Uhana yaxın ərazidə iki elmi laboratoriya var: Viroloji İnstitut və Uhan Xəstəliklərə Nəzarət Mərkəzi. Hər iki obyekt xəstəliyin keçən ilin sonlarında başladığı güman edilən heyvan bazarından 10 mil məsafədədir.

ABŞ-dakı bəzi elm adamları da təsadüfi laboratoriya sızmasının mümkün bir izah olduğunu düşünürlər. Bu barədə “Washington Post” qəzetinin köşə yazarı David İqnatius hələ ötən həftə bir məqalə yazıb.

İqnatiusun istinad etdiyi bioloq Rutgers Universitetinin Vaksman Mikrobiologiya İnstitutunun professoru Riçard Ebraytdır. O, Uhandakı virusları araşdıran bir çox tədqiqatçının infeksiyaya qarşı “minimal qorunma”sı olduğunu bildirib.

Riçard Ebraytın sözlərinə görə, mövcud dəlillərlə “laboratoriya sızmasını istisna etmək üçün heç bir əsas yoxdur”.

Boris Conson hökuməti Çinin koronavirusla əlaqəli ifadələrinin doğruluğunu şübhə altına almağa başlayıb. Ötən həftə İngiltərə rəsmiləri Çin dövlətinə qarşı sərt ifadələr işlədib.

Martın 29-da Böyük Britaniyanın böyük millət vəkili Maykl Qov da BBC-də Çinin rəsmi virus izahına şübhə ilə yanaşdığını söyləyib. “Çində ilk koronavirus hadisəsi ötən ilin dekabr ayında təsbit edilib, lakin hesabatlarda onun miqyası, mahiyyəti, yoluxucu olması ilə bağlı aydınlıq yox idi”.

Keçən həftə İngiltərə Parlamentinin Xarici İşlər Komitəsinin hesabatı Çin hökumətini virusun yayılması ilə bağlı dezinformasiya yaymaqda ittiham edib.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısının 200 minlik yeyintisi aşkarlandı

Nizami Rayonu İcra başçısının oğlu Milli Məclisdəki işini itirdi

Vahid Əhmədov bu dəfə Elman Rüstəmovun "bostanına daş atdı"

Bir oğurluq xalçaya villa alan xanım səfir kimdir? - Foto, Video

Bu yerlərdə maskadan istifadə edilməlidir - Siyahı

Nazir zərərlə işləyən qurumların adını açıqlayıb

Prezident vergi güzəştləri ilə bağlı qərarı təsdiqlədi

Dərslər tədris ilinin sonunadək dayandırıldı - Sərəncam

"Ev 500 min manata tikilibsə, o demək deyil ki, qiyməti də o qədərdir"

loading...

Ən çox oxunanalar