Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

COP29.az vebsaytı istifadəyə verilib

2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının rəqəmsal məlumat platforması bugündən artıq istifadəyə verilib...

APA xəbər verir ki, platforma Konfransa hazırlıq prosesində COP29 Sədrliyinin gündəlik fəaliyyəti ilə bağlı məlumatları, tədbirə hazırlıq işləri və eləcə də tədbir iştirakçıları və medianı maraqlandıran bütün təşkilati məqamları özündə əks etdirəcək.

Qeyd olunmalıdır ki, vebsaytın mövcud versiyası üzərindən Azərbaycanın COP29-a ev sahibliyi çərçivəsində aparılan işlər, danışıqlar prosesinə dair önəmli xəbərlər və ölkənin ali rəhbərliyinin iqlim fəaliyyəti ilə bağlı irəli sürdüyü başlıca təşəbbüslər iki dildə yerli və beynəlxalq ictimaiyyətin nəzərinə operativ şəkildə çatdırılacaq.

İrəliləyən dövrdə isə, COP29 Sədrlik mandatı Azərbaycana təqdim olunduqdan sonra, iştirakçı tərəflərin istifadəsi üçün nəzərdə tutulmuş pavilyon məlumatları, qonaqlama, e-viza, akreditasiya, qidalanma, tədbir məkanında naviqasiya və digər xidmətlərlə bağlı müvafiq platformalar https://cop29.az/en vebsaytı üzərindən təqdim olunacaq.

Azərbaycanın yaşıl keçid strategiyasını və COP29 Sədrliyinin əsas gündəliyini tərənnüm edən internet saytı istifadəçilər üçün məlumatın əlçatanlığı və onları maraqlandıran suallara asan cavab tapmaları prioriteti ilə ərsəyə gətirilmiş, sadə və interaktiv formada dizayn edilib. Yerli və qlobal istifadəçilər üçün nəzərdə tutulmuş qeyd edilən e-xidmətlər operativ məlumatları və əlaqədar platformalara birbaşa keçidi təmin edəcək.

COP29-un vebsaytına https://cop29.az ünvanından daxil olmaq mümkündür.

Poliqon.info


Etiket: COP29 COP29.az


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Zelenski: Tərəfdaşlar Rusiyanın müharibədə uduzmasından qorxurlar...

Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Ən çox oxunanalar