Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Consonun Rotşildlə ortaqlığı: İngiltərə seçkilərinə Pentaqon nəzarət edir?

Tramp Pentaqonun tələb etdyi “Avropa Birliyini çökdürmək” planını həyata keçirmək istəyini elan edib...

Ergün Diler 

“Takvim” qəzeti, Türkiyə, 19 dekabr 2019-cu il

Dünyadakı vəziyyəti daha yaxşı başa düşmək üçün bu dəfə də üzümüzü İngiltərəyə tutmalı və oradakı vəziyyəti başa düşməliyik. Çünki İngiltərə həmişə önəmli olub.

Boris Consonun görəcəyi işlər və izləyəcəyi yol çox vacibdir. Bu halda ağla gələn ilk sual budur: Görəsən, İngiltərədə Boris Consonun güclü şəkildə seçkiləri qazanmasını və ABŞ prezidenti Donald Trampın onu mesajla təbrik etməsini necə başa düşməliyik?

Prezident Trampın və Consonun Rotşild ailəsi ilə necə yaxın olduğu bizə məlumdur. Consonun 10-cu sıraya yüksəlməsi Ceykob Rotşildin planı idi. Devid Kameron da, Tereza Mey də ailənin tələblərinə qarşı çıxmazdı, amma bunun üçün bağlılıq andı da içməmişdilər.

Tramp Pentaqonun tələb etdyi “Avropa Birliyini çökdürmək” planını həyata keçirmək istəyini elan edib. Lakin Avropa Birliyi çökərkən yenə Pentaqonun ortaqlıq etdiyi kraliça II Elizabet yaxında oyundan kənarda qalacaq. Taxta çıxacaq olan şahzadə Çarlzla birlikdə Conson Avropa Birliyini tamamilə Rotşild ailəsinə təslim edəcək. AB üzvü ölkələrin ümumi xarici borcdan Rotşildə 39% borclu qalması da planlanmış bir addım idi.

İzləyənlər daha yaxşı bilər, Avropa Birliyinin maliyyə quruluşu tamamilə Rotşild ailəsinin nəzarətindədir. Əslində, ABŞ-ın maliyyə nəzarəti də Rotşild ailəsi ilə idarə edilirdi.

Rotşild ailəsi bütün nizamı idarə edirdi. Lakin həm dünyada, həm də Türkiyədəki vəziyyət 2013-cü ildə pozulub. 17-25 dekabr və Gezi hadisələri bunun imzası idi.

Rokfeller ailəsi ilə yaranan böhran Rotşild ailəsinin Vaşinqtondakı təsirini azaldıb. Təbii ki, burada Rokfellerin Pentaqonla etdiyi ortaqlıq çox önəmlidir. Rokfeller bəzi ailələri də yanına alaraq meydan oxuyub. Yəni oyunu özlərinin quracağını elan edib.

Tramp hər nə qədər Pentaqonun Avropa Birliyini yıxmaq planını dəstəkləsə də, daha sonradan onların tələblərini tətbiq etməyəcək. Bunu ən yaxşı Rokfeller və Pentaqon bilir. İmpiçment prosesinin başladılmasının əsas səbəbi də budur. Təbii ki, digər tərəfdən də, Tramp meydan oxuyan bir addım atıb. Prezidentin Rokfeller ailəsinin iki önəmli üzvünü Ağ Evə dəvət etməsi, lakin onlarla görüşməməsi Pentaqonun impiçment prosesini sürətləndirməsinə səbəb olub. Yəni Tramp açıq şəkildə Rokfeller ailəsinə meydan oxudu.

ABŞ-ı bu gün super gücə çevirən ailə Ağ Evdə təcrübəçi yerinə qoyulub. Trampın impiçment prosesi uğurla tamamlanmasa belə, 2020-dən əvvəl mütləq şəkildə onun namizədliyinə mane olmağı planlaşdırırlar. Çünki anketlərdə Trampın 2020-ci ilin favoriti olduğu açıq şəkildə görünür.

Respublikaçılar içində Londonun idarə etdiyi önəmli bir qrup Trampa 2020-ci ildə zəfər qazandırmaq üçün çox çalışırlar. Avropada isə Trampla Conson Avropa Birliyinin Aralıq dənizində və Yaxın Şərqdəki təsirinə son qoyacaq. Bəs əgər Tramp tələbləri tətbiq etməsə, Pentaqon necə bir yol izləyəcək?

Tam da bu nöqtədə Avropanın ən güclü ordusuna sahib olan Türkiyə məsələyə daxil olacaq. İngiltərə ilə Türkiyə Yaxın Şərq və Aralıq dənizində güclü bir razılaşma əldə edəcəklər. Pentaqon bu vəziyyəti gördüyü üçün Türkiyəni də hədəf almaq istəyəcək.

İngiltərənin “The Times” qəzeti, yəni mərkəzi sağın qəzeti ile solun “The Guardian” qəzeti Türkiyə məsələsində ortaq manşetlər yazmağa başlayıb. “The Times”ın baş redaktoru Mördakdır və Pentaqonla ortaqlıq edir. Ona görə də, “The Times”ın indiki mövqeyi başadüşüləndir. Lakin “The Guardian”ın sahibi kimi görünən “The Scott Trust”la “The Times” qəzeti ortaq məxrəcə gəldi? Səbəbi olduqca sadədir: Consonun seçkilərdə qalib gəldiyi gecə Londonda 10 nömrədən cəmi 7 km məsafədəki bir evdə toplantı keçirilib. Bu toplantıda bu gün Pentaqonun beyni hesab edilən keçmiş generallar, Mördokun ən çox güvəndiyi müşavirləri və “The Scott Trust”ın önəmli üzvləri görüşüb. Pentaqonun bu iki media qurumundan konkret tələbləri vardı. Bir sağdan, digəri isə soldan olan bu iki qəzeti eyni masada görüşdürən və media siyasətlərini ortaq məxrəcə gətirən generallar onlardan Türkiyə əleyhinə manşet yazmalarını tələb edib.

Gözlənilən nəticə əldə olunub. Hər iki qəzet də hər gün Aralıq dənizi manşetində Türkiyəni hədəf alıb və ingilis hökumətinin Türkiyəyə dərs verməsini istəyib. Həmçinin, ingilis xalqının Aralıq dənizində Türkiyəni istəmədiyini də bildiriblər. Çünki Pentaqon Türkiyə ilə İngiltərənin Aralıq dənizində ortaqlıq etməsinə mane olmaq istəyir.

Yəni bütün problem bundan ibarətdir. Lakin İngiltərə Aralıq dənizində və Yaxın Şərqdə çox vaxt itirib. Ona görə də, İngiltərənin Yaxın Şərqdəki yerinə keçən də Fransa oldu. Bu gün Fransanın Yaxın Şərqdə güclənməsi İngiltərənin ən böyük problemidir.

Hər nə qədər Makronun Rotşild ailəsi ilə yaxın olduğunu görsək də, Trampla necə düşmən olduğu da ortadadır. Çünki Makron ailənin Fransada güclənməsini təmin elə bilmədi. Fransız dövləti Makrona bu məsələdə mane olub. Ona görə də, Makron bir də Fransanın prezidenti ola bilməyəcək.

İngilislərin Kipr Yunan Qrupu üzərində yeni işlərə başladığını bilirik. Boris Consonun 1 ay əvvəlki əmri ilə Aralıq dənizində yeni planlar tətbiq olunacaq. Türkiyə ilə də yaxın münasibətlər qurmaq üçün önəmli addımlar atacaq. Bu, Pentaqonu narahat edən bir vəziyyətdir. Məsələn, birdən Bəşər Əsəd İngiltərəni öz ölkəsinə dəvət etsə, heç yaxşı olmazdı. Hətta münasibətləri gərgin kimi görünən Rusiya belə buna duruma qarşı çıxmaz. Çünki İngiltərə hər zaman böyük və effektiv bir oyunçu olub. İndi isə ortaqlıq pozulduğu üçün qarşısında ABŞ-ı və Vaşinqtonu yaradan şirkətlər var. Görək nə baş verəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar