Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Consonun “Brexit”i yenidən müzakirə etmək təklifi rədd edildi – Nələr olacaq?

Politoloq: “Boris Consonun “Brexit”lə bağlı hər hansı addım atmasını gözləmək olmaz. Çünki onun əlində olan imkanlar çox deyil”

“İndi ABŞ-Britaniya müttəfiqliyində müəyyən ziddiyətlər var. Yəni artıq Britaniya zəifləmiş, ABŞ güclənmiş oyunçudur”.

Bu sözləri politoloq İlqar Vəlizadə Avropa Birliyinin Consonun “Brexit”i yenidən müzakirə etmək təklifini rədd etməsini və bunun mümkün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Mühafizəkarlar partiyasının lideri və yeni baş nazir Boris Conson Kraliça II Elizabetin qəbulunda olduqdan sonra rəsmən Böyük Britaniyanın Baş Naziri elan edilib. Günlərdir dünya mediasında Böyük Britaniyanın yeni baş naziri Boris Consonun şəxsiyyəti və siyasi düşüncələri müzakirə olunur. Daha çox “ikinci Tramp” kimi təqdim edilən ingilis baş nazir konkret mövqeyi olmayan, düşüncələri paylaşılmayan və dəlisov bir fiqur kimi təqdim edilir. Nəinki Qərb ölkələrində, hətta İngiltərənin özündə də Consondan kifayət qədər narazı olanlar var.

Avropa Birliyi isə Britaniyanın yeni baş naziri Boris Consonun “Brexit”i yenidən müzakirə etmək təklifini rədd edib. Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker bildirib ki, Tereza Mey höküməti ilə əldə olunan razılaşma ən yaxşı və yeganə mümkün variantdır. Qeyd edək ki, Britaniya Avropa Birliyindən 29 mart 2019-cu ildə çıxmalıydı, lakin daha sonra bu müddət 31 oktyabra qədər uzadılıb.

Qatı “Brexit” tərəfdarı olan Conson bundan sonrakı dönəmdə “Brexit”lə bağlı hansı addımlar ata bilər və “Brexit” Böyük Britaniyanın parçalanmasına da yol aça bilərmi? Həmçinin nəzərə alsaq ki, Avropa Parlamentində də sağ və sol radikalların mövqeləri güclənib, o zaman İngiltərənin “Trampı” olaraq tanıdılan Boris Consonun hökümətinin izləyəcəyi siyasət Avropanın geosiyasi mövqelərinə necə təsir edə bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadəyə müraciət edib.

İlqar Vəlizadə: “Britaniyanın parçalanmasına yolu ancaq Britaniya hökumətinin özü aça bilər”.

Boris Consonun “Brexit”lə bağlı təkliflərinin olmadığını vurğulayan politoloq əlavə edib ki, sadəcə olaraq Consonun danışmaq və vaxt uzatmaq istəyi var. Bunu da Avropa İttifaqı başa düşür və buna görə də yenidən müzakirələrə başlamaq təklifindən imtina etdi:

“Boris Consonun “Brexit”lə bağlı hər hansı addım atmasını gözləmək olmaz. Çünki onun əlində olan imkanlar çox deyil. Eyni zamanda “Brexit”lə bağlı Avropa İttifaqı sərt mövqedə dayanıb və Böyük Britaniyanın Boris Conson başda olmaqla rəhbərliyi də hər hansı kompromistə meyilli deyillər. Buna görə də çox güman ki, kompromistsiz “Brexit” olacaq.

Düşünürəm ki, Brexit”də artıq köklü surətdə nəyisə dəyişmək mümkün olmayacaq. Çünki Avropa Birliyi sərt mövqeyini dəyişmək niyyətində deyil. Həmçinin Boris Consonun “Brexit”lə bağlı təklifləri də yoxdur. Əgər təkliflər olsaydı, Conson onları səsləndirərdi. Sadəcə olaraq Consonun danışmaq və vaxt uzatmaq istəyi var. Bunu da Avropa İttifaqı başa düşür və buna görə də yenidən müzakirələrə başlamaq təklifindən imtina etdi”.

İlqar Vəlizadə: “Brexit”də artıq köklü surətdə nəyisə dəyişmək mümkün olmayacaq. Çünki Avropa Birliyi sərt mövqeyini dəyişmək niyyətində deyil”.

“Brexit” ətrafında yaranmış vəziyyətin Britaniyada separatizmə yol aça biləcəyi fikrini şər hedən politoloq hesab edir ki, Britaniyanın parçalanmasına yolu ancaq Britaniya hökumətinin özü aça bilər. Politoloqunun fikrincə buna baxmayaraq Birləşmiş Krallıqda separatizmə meyllər arta bilər:

Britaniyanın parçalanmasına yolu ancaq Britaniya hökumətinin özü aça bilər. Belə ki, Şotlandiyadakı referendum Britaniya hökumətinin razılığı ilə olub. Amma indiki Britaniyanın siyasi rəhbərliyi yenidən hansısa referendumun keçirilməsini istəməz. Buna görə də düşünmürəm ki, siyasi cəhətdən Britaniyanın parçalanması üçün hansısa zəmin yarana bilər. Amma separatist meyillər arta bilər. Britaniyaya qarşı təksə Şotlandiya yox, eyni zamanda Şimali İrlandiya tərəfindən təzyiqlər artacaq. Yəni bu regionlarda daxili-siyasi durumla bağlı risklər artacaq”.

Tramp və Consonun bənzərlikləri ilə bağlı danışan İlqar Vəlizadə bildirib ki, ABŞ qarşısında zəifliyi bütün aspektlərdə ortada olan Britaniyanın güc mərkəzinə çevrilməsi elə də asan məsələ deyil:

“Tramp, Conson kimi siyasətçilər ölkələrini yenidən güclü dövlət etmək süarı ilə hakimiyyətə gəlirlər. Britaniya çalışacaq ki, vaxtı ilə dünyanın siyasi səhnəsində böyük rol oynayan ABŞ-Britaniya siyasi müttəfiqliyini bərpa etsin. Amma o vaxt bu müttəfiqlik bərabər hüquqlar əsasında qurulmuşdu. İndi ABŞ-Britaniya müttəfiqliyində müəyyən ziddiyətlər var. Yəni artıq Britaniya zəifləmiş, ABŞ güclənmiş oyunçudur. Zəifləmiş oyunçu qismində bu müttəfiqliyə girməyin özü müəyyən risklər gətirir və bu rolnan Consonun razılaşması sual altındadır.

Düşünmürəm ki, Conson ABŞ-ın satiriki rolunda iştirak edəcək. Çox güman ki, Britaniya-ABŞ yaxınlaşma addımları atacaqlar. Amma bu addimların nəticələri dəqiq bilinmir necə olacaq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar