Bazar, 26 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Con Bolton: “Əfqanıstan dünyanın problemidir, İrandakı partlayışların arxasında isə İsrail dayanır” - Müsahibə

Sabiq Milli Təhlükəsizlik müşaviri: “Tramp çevriliş planlaşdırmağı və ya bu planı həyata keçirməyi bacarmaz. 6 Yanvar hadisəsi ABŞ üçün faciəvi və çox kədərli bir gün idi, amma demokratik nizama və ya konstitusiyaya təhlükə yaratmadı”...

İsa Nehari
“Şarku'l Avsat” qəzeti, 29 iyul 2021-ci il

ABŞ -ın keçmiş prezidenti Donald Trampın çəkişməli hakimiyyəti dövründə Con Bolton İrana qarşı olan ən sərt Respublikaçılardan biri idi. Buna görə də, Şimali Koreya liderinə dözsə belə, iranlılara səbr göstərməyəcəyi bildirilirdi. 1960 -cı illərdə “mollaların hökmranlığını” devirmək üçün qurulan Xalq Mücahidləri Hərəkatının aparıcı tərəfdarlarından olan Boltonun 2018-ci ildə ABŞ Milli Təhlükəsizlik müşaviri təyin edilməsi Tehran üçün böyük bir kabus idi. İran müxalifətinin konfranslarında daimi çıxış edən Bolton təxminən 4 il əvvəl bu konfranslardan birində 2019-cu ildə Tehran rejiminin süqutunu qeyd ediləcəyini xəbər verdi.

ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Bolton “Independent Arabia”ya verdiyi müsahibədə İran rejiminin süqutu ilə bağlı proqnozunun niyə hələ də baş tutmadığını və nəyin dəyişdiyini izah edib. ABŞ PUA-sının vurulması və Tehranın Vaşinqtonun müttəfiqlərinə qarşı düşmənçilik praktikasına cavab olaraq İrana hava zərbələri endirməyi prezident Trampa necə təklif etdiyini izah edən Bolton Trampın bu təklifə əhəmiyyət vermədiyini, bunun əvəzinə ona qarşı daha sərt olduğunu və daha sonra onu ABŞ-ı Yaxın Şərqdə yeni bir müharibəyə sürükləməkdə günahlandırdığını qeyd edib.

“Independent Arabia”nın xəbərinə görə, Bolton keçmiş və indiki ABŞ administrasiyalarının İraq, Suriya və Yəməndəki qaynar münaqişə bölgələri ilə bağlı mövqelərini də açıqlayıb. “Strateji bir səhv” olaraq gördüyü ABŞ ordusunun Əfqanıstandan çıxarılması qərarını tənqid edən Bolton Çin təhdidinə diqqət etməyin ABŞ-ın Yaxın Şərqdəki maraqlarına heç bir zərər verməməli olduğunu vurğulayıb. Müsahibədə Bolton ABŞ baş qərargah rəisinin prezident Trampın 2020-ci il prezident seçkilərindən sonra hakimiyyəti sülh yolu ilə təhvil verməməsi ilə bağlı narahatlığından, həmçinin keçmiş prezidentin bir dövlət çevrilişi həyata keçirib-keçirməyəcəyindən də danışıb.

Tramp İran rejimini dəyişməyi düşündümü?

Amerikalılar İranın Vaşinqton və müttəfiqlərinə qarşı fəaliyyətini dayandırmaq üçün Boltonun hərbi müdaxilə etməyə meyilli olduğunu düşünürlər. Bolton açıq şəkildə rejim dəyişikliyini Tehrandakı teokratiyanı devirmək üçün bir həll yolu olaraq görür. Uzun müddətdir ki, Tramp Boltonu dinləməməklə öyünür və onu ABŞ-ı yeni bir müharibəyə sövq etməkdə günahlandırır.

Bolton ABŞ-ın İrana maksimum təzyiq strategiyasının Tehranın davranışlarını idarə etmək üçün yetərli olacağını düşünmədiyi üçün Tramp administrasiyasının İranla münasibətlərində rejim dəyişikliyi siyasəti yürütməsini istəyirdi. Ancaq Bolton 2017-ci ilin yayında Milli Təhlükəsizlik Müşaviri vəzifəsinə təyin olunmazdan əvvəl Trampı fikirlərini qəbul etməyə və İransız bir Yaxın Şərq reallığı yaratmağa sövq edirdi. Bolton 2017 -ci ilin yazında İran müxalifətinin Parisdə təşkil etdiyi konfransa qatılan minlərlə insana “Rejimin məğlubiyyətini 2019 -cu ildə Tehranda birlikdə qeyd edəcəyik” deyərək, ABŞ-ın İran rejiminə qarşı olan bir prezident seçdiyini vurğulayıb.

Bolton rejimi devirəcəyindən niyə bu qədər əmin olması və indi nəyin dəyişməsi barədə suala belə cavab verib: “Bunun belə olacağını gözləmirdim. 1979-cu ildə Xomeynini hakimiyyətə gətirən inqilabın 40-cı ildönümündə dedim ki, məqsəd rejimi devirməkdir”.

O vaxt ABŞ-ın birtərəfli qaydada anlaşmadan çıxması və İrana qarşı birtərəfli sanksiyaların təsirli olub-olmayacağı ilə bağlı bəzi şübhələr olsa da, Bolton deyirdi: “Tramp administrasiyasının 2015-ci ildə İranla imzalanan nüvə razılaşmasından geri çəkilməsi düzgün istiqamətdə atılan bir addım idi. ABŞ-ın İrana qarşı iqtisadi sanksiyalarını yenidən tətbiq etməsi rejimin özünə çox dağıdıcı təsir göstərdi”.

Tramp administrasiyasının rejim dəyişikliyi siyasəti üzrə təzyiq etməyi düşünüb -düşünmədiyi barədə Bolton deyib:

“Xeyr, ancaq bir neçə ildir ki, mənim mövqeyim bu yöndədir. Amma Tramp bunu nəzərə almağa hazır deyildi. Digərləri isə uzun müddət iqtisadi təzyiq göstərməyin kifayət edəcəyinə ümid edirdilər. Bəlkə də kifayət edərdi. Amma Avropa Birliyinin (Aİ) nüvə anlaşmasına riayət edib -etməməsindən asılı olmayaraq, İranın sazişin şərtlərini pozacağından narahat idim və indi də narahatam”.

Bolton sanksiyaların ABŞ-ın keçmiş adminstrasiyası tərəfindən qurulan icra mexanizmləri sayəsində rejimə mənfi təsir göstərdiyini təsdiqləsə də, sanksiya siyasətinin kifayət etmədiyini qeyd edib: “Tehrandakı mollalar gücləri olduğu müddətcə öz mövqelərini dəyişməyəcəklər”. İran xalqının istədiyi hökuməti seçməsinə imkan yaratmaq üçün AB-ni rejim dəyişikliyi siyasəti qəbul etməyə çağıran Bolton İbrahim Rəisinin prezident seçilməsini qınayıb və onu “vətəndaş və insan hüquqlarını pozan rəsmi qatil” ki xarakterizə edib.

İranda qərar verən yalnız Ali Rəhbər və bir neçə nəfər olduğu üçün yeni prezident seçilməsinin İran rejiminin siyasətini dəyişməyəcəyini düşünən ABŞ-ın keçmiş Milli Təhlükəsizlik müşaviri: “Tehran rejimi ən azı bir neçə il daha rahatlığa qovuşmayacaq. Hazırda Xuzistan və ölkənin digər bölgələrində böyük su çatışmazlığı şəraitində rejimin əsl simasını və hökumətin hələ də uğursuz olduğunu görürük”, deyə qeyd edib.

ABŞ diplomatı İran rejiminin uranı zənginləşdirməkdə və nüvə başlıqları daşımaq üçün ballistik raketlər inkişaf etdirməkdə davam etdiyini də qeyd edib.

İranda baş verən partlayışlar

İsrailin İranın nüvə obyektlərini hədəf almaq üçün bir çox mümkün hərbi planlar qurması ilə bağlı yayılan söz-söhbətlər barədə də Bolton belə cavab verib: “Bunları dəstəkləyirəm. Əslində, Natanz Nüvə Təsisatı kimi, hazırda İran obyektlərini hədəf alanlar var. İranın nüvə proqramı ilə əlaqəli olduğu düşünülən digər obyektlərə də təxribat hücumları haqqında xəbərlər gəlir”.

İranın nüvə obyektlərində baş verən partlayışların və yanğınların sayının artmasının bunların təsadüfən baş vermədiyini göstərdiyini düşünən ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri hadisələrin arxasında kimlərin durduğunu belə açıqlayır:

“Bu hadisələrin arxasında israillilər dayanır. Ərəb dünyasından başqa aktyorlar da iştirak edə bilər. Deyə biləcəyim tək şey: Uğurlar, davam edin!”.

2019-cu ilin gərginliyi

Təxminən 2 il əvvəl ABŞİran arasındakı gərginliyin fonunda o vaxt iki ölkə arasında müharibənin ehtimalının olub -olmadığı barədə suala Bolton: “ABŞ İranın bir Amerika PUA-sını vurduğunu iddia etdi. Deyilənə görə, Hörmüz Boğazı ətrafında neft tankerlərinə qarşı təxribat hücumları həyata keçirildi və Səudiyyə Ərəbistanındakı neft infrastrukturu hədəf alındı. Bununla yanaşı ABŞ-ın Husilər vasitəsilə Səudiyyə Ərəbistanı və BƏƏ-dəki sivil nöqtələrə hücum edilməsinə qarşı lazımi addımlar atmalı olduğunu düşünürəm”, deyə cavab verib.

İranın İraqdakı şiə milislərindən istifadə edərək ABŞ-ın obyektlərinə hücumlarının Səudiyyə Ərəbistanı və BƏƏ-nin maraqlarını hədəf alan təxribat hücumları ilə üst-üstə düşdüyünü vurğulayan Bolton bu hücumların, xüsusilə ABŞ-a qarşı edildiyini bildirib. İran İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələri Komandiri Qasım Süleymaninin ABŞ-ın hava zərbəsi nəticəsində öldürüldüyünü, bunun isə İrandan qisas almaq üçün kifayət etdiyi söyləyib. Başqa şəxslərin də aradan qaldırılmasının mümkün olduğuna işarə edən Bolton: “Rejim etdiklərinin cavabsız qalacağını hiss etdikcə İran təhdidi də bir o qədər artacaq”, deyə bildirib.

Sözlərini təsdiqləmək üçün Bolton əlavə edir ki, Tramp İrana hava zərbələri barədə onu dinləsəydi, 2019-cu ilin sentyabr ayında Səudiyyə Ərəbistanında iki neft obyektini hədəf alan hücumlar da baş verməzdi.

Amerikalı diplomat sözlərinə belə davam edib:

“Birləşmiş Ştatlar iranlıların düşmən hücumlarını dəf etsəydi, daha sakit və daha ağlabatan birini seçmək mümkün olardı və ABŞ-ın imkanlarının öz imkanlarından qat-qat artıq olduğunu başa düşərdilər”.

Əks hücumların məqsədinin İranla konfliktə girmək deyil, qarşısını almaq olduğunu vurğulayan Bolton: “Tehran rejimi başa düşməlidir ki, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki mülki hədəflərə PUA-lar və raketlərlə hücum etməməli olduğunu başa düşməlidir. Bunlar terrorçu bir dövlətin hərəkətləridir”.

Bolton: “Ümid edirəm ki, maksimum təzyiq siyasəti uğurlu olacaq. Dediyiniz kimi, uzun müddət sonra uğur qazanmaq mümkün ola bilər. Ancaq rejimin davranışını müvəqqəti dəyişdirmək üçün kifayət deyil. Zənnimcə, rejimin özünü dəyişdirmək və İran xalqının hansı hökuməti istədiyini seçməsi üçün bir yol tapmalısınız”.

Bolton İranın nüvə sahəsində nəinki təhlükə yaratdığını, hətta rejimin hakimiyyətdə qaldığı müddətdə “terror və ənənəvi düşmənçilik təhdidlərini” davam etdirəcəyi barədə xəbərdarlıq verib: “1979-cu ildə baş berən İran inqilabı hələ də öz gücünü qoruyur. Bu, ideoloji bir inqilabdır. Yalnız bir dini həyat tərzindən ibarət deyil, həmçinin öz ideologiyasını da inkişaf etdirib. Hələ uzun müddət də ideologiyasını şiddətlə müdafiə edə bilər”.

Vyanadakı nüvə razılaşmasının gələcəyi

Vyanada İbrahim Rəisinin prezident seçilməsinin kartların yenidən bölüşdürülməsi ilə nəticələnməsindən sonra Bolton: “Bayden adminstrasiyası İranın təhdidlərinə və mövcud pozuntularına məhəl qoymadan 6 ay güzəştə getdi. Məncə, onlar (Bayden administrasiyası rəsmiləri) prezident Həsən Ruhaninin müddəti bitməmiş və Cavad Zərif xarici işlər naziri postunu tərk etməmiş buna nail olmağa çalışmışdılar”, deyərək ABŞ -ın hazırkı adminstrasiyasını tənqid edib.

Bolton seçilmiş prezidentin 3 avqustda vəzifəyə başlamazdan əvvəl verdiyi açıqlamalarda danışıqlara artıq davam etmək istəmədiyini deməsini də vurğulayıb: “Sonuncu dəfə ABŞ-da bir İran vətəndaşına qarşı edilən sui-qəsd cəhdi ilə İranın terrorçu davranışlarının davam etdiyinin nümunələrini gördük. Bu, bir neçə il əvvəl iranlıların ABŞ-a zərbə vurmaq istədikləri zaman edilən başqa bir sui -qəsdə bənzəyirdi. Bu, rejimin həqiqi üzünü və nüvə proqramı ilə bağlı öhdəliklərinə niyə etibar edilə bilməyəcəyini göstərən davranışdır”.

Yeni terror təşkilatlarının yaranması

ABŞ prezidenti Co Baydenin Əfqanıstanla bağlı “Əfqanıstan ABŞ -ın problemi deyil” ifadəsinə toxunan Bolton: ““Taliban” tərəfindən nəzarət edilən bir ölkədən gələn terror təhlükəsi səbəbiylə Əfqanıstan bütün dünyanın problemi olacaq” deyib.

Amerikalı diplomat xəbərdarlıq edir ki, ölkəsi və NATO qüvvələri üçün tərcüməçi işləyən çoxlu əfqanlara sığınacaq vermək düzgün addımdır, lakin bu, həm də Əfqanıstan hökumətinin kövrəkliyini əks etdirir.

Con Bolton sözlərinə belə davam edir:

“Gözlənilən nəticə Əfqanıstan hökumətinin və “Taliban”ın ölkə ərazisinin çox hissəsinə və ya hamısına nəzarəti ələ alması deyildi. Çünki bu, oradakı “Əl-Qaidə” və İŞİD üzvlərinin “Taliban”la əlaqə saxlayacağı və Əfqanıstanın terror aktları üçün terrorçuların yenidən sığınacağı və bazası olacağı mənasına gəlir. Daha pisi isə odur ki, Əfqanıstanda əlçatmaz bölgələrin mövcudluğundan istifadə etmək istəyən, terrorçuların təlim keçdiyi və ABŞ, Avropa və Yaxın Şərq ölkələrini təhdid etməyə başlayan yeni terror təşkilatlarının ortaya çıxması olacaq”.

ABŞ-dakı AB və müttəfiqləri üçün 21-ci əsrin ən böyük təhdidinin Çindən gəlməsi fikrini dəstəkləyən keçmiş ABŞ rəsmisinə görə, ABŞ öz qlobal məsuliyyətləri ilə yanaşı, Pekinə və digər bölgələrə də diqqət yetirməli və digər bölgələrə də laqeyd yanaşmamalıdır.

AB-ni Çinin yaratdığı təhdidlərə diqqət yetirməsi və Yaxın Şərqdəki mövcud təhdidlərə və strateji maraqlara məhəl qoymaması üçün tənqid edən Bolton Vaşinqtonun həm Çinlə, həm də digər bölgələrlə eyni anda mübarizə apara biləcəyini vurğulayıb.

Trampın Suriyanın şimal-şərqindən çəkilmək qərarından ən çox Türkiyə faydalanıb

Boltonun Milli Təhlükəsizlik Müşaviri olaraq çalışdığı Respublika idarəsi Trampın Amerika qüvvələrini Suriyanın şimal-şərqindən çıxarmaq qərarı ilə Demokrat Obama administrasiyasının İraqda etdiklərinə bənzər bir addım atıb. Bəs bu hərbi geri çəkilmə Rusiyaya qələbə qazandırdı?

Bolton bu suala belə cavab verir:

“Düşünürəm ki, ABŞ-ın geri çəkilməsi Türkiyəyə digərlərindən daha çox qələbə qazandırdı. Bu səhv idi. Çünki bu, Ərdoğana istədiyini verdi. Birinci Dünya Müharibəsi və Osmanlı İmperatorluğunun süqutundan sonrakı tarixə nəzər saldıqda, türklərin uzun müddət Suriya-Türkiyə sərhədindəki bölgənin Türkiyənin hakimiyyəti altında qalmalı olduğuna inandıqlarını görə bilərik”.

ABŞ rəsmisinə görə, qüvvələri geri çəkmək qərarı Suriyanın şimal-şərq bölgəsini ruslar və iranlılar üçün açdı. Bu da Əsəd rejiminin güclənməsinə kömək etdi.

Bolton Suriyanın şimal-şərqindən çəkilməyin ABŞ düşmənlərinin bu bölgədə ciddi üstünlük qazanmasına imkan verən “axmaq və məqsədsiz bir səhv” olduğunu vurğulayıb. Amerikalı diplomat əlavə edib ki, Suriyanın şimal-şərqi artıq ABŞ ordusu və müttəfiq qüvvələrinin olduğu vaxtdakı kimi sabit deyil.

Suriya böhranının həlli İran probleminin həllindən başlayır”

ABŞ-ın İŞİD-i daimi olaraq ortadan qaldırmaq istədiyi təqdirdə, Bəşər Əsəd rejiminə münasibətini dəyişib-dəyişməməsi ilə bağlı sualı cavablandıran keçmiş ABŞ rəsmisi: “Problemi Əsəd yaradır. İranRusiya Əsəd rejimini dəstəkləyir. Tehrandakı əsas problemə qayıtsaq, Suriyadakı vəziyyət tamamilə fərqli olacaq. Ruslar dəniz və hava bazalarının Suriyada qalmasını və qalmalarına imkan verəcək bir rəhbərin olmasını istəyirlər. Bunun ABŞ-ın maraqlarına uyğun olduğunu düşünmürəm, ancaq Suriyada sabitliyi bərpa etməyin mümkün yolu budur. Bu, ancaq İranla əlaqəsi olmayan birinin hakimiyyətdə olması halında baş verə bilər”, deyib.

Tramp və Baydenin Yəmən haqqında anlamadığı şeylər

ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Bayden administrasiyasının Yəməndəki savaşı sonlandırmaq siyasətini tənqid edərkən, Tramp administrasiyası son günlərində Husiləri Xarici Terror Təşkilatları siyahısına əlavə etməsi qərarından başqa Yəmən böhranı ilə bağlı bir addım atmadı.

İranlıların Səudiyyə Ərəbistanı, BƏƏ və Körfəz Əməkdaşlıq Şurası (GCC) ölkələrinin həyətlərində olmalarını strateji baxımdan əhəmiyyətli hesab etdiklərini ifadə edən Bolton: “Tramp administrasiyasının bunu anladığını və ya buna uyğun hərəkət etdiyini düşünmürəm. Təbii ki, eyni şey Bayden administrasiyası üçün də keçərlidir”, dedi.

Yəməndəki humanitar böhranı ən qısa zamanda həll etməyin yollarından birinin ölkədə sabitliyi bərpa etmək üçün Səudiyyə Ərəbistanı və BƏƏ-nin Husilərə qarşı apardığı müharibəni başa çatdırmaq olduğunu vurğulayan ABŞ diplomatının sözlərinə görə: Yəməndəki humanitar böhranın mərkəzdə olması başda iranlılar və Husilər olmaqla, bəzi partiyaların qida çatışmazlığından məqsədlərinə çatmaq üçün bir silah kimi istifadə etmələri, əhalini təcrid etmələri və onlardan qalxan kimi istifadə etmək üçün girov götürmələri idi. Bu isə heç kəs üçün qəbuledilməz deyil. Hamının bildiyi kimi, Husilər İrandan təhsil və maliyyə dəstəyi almasaydılar, böyük bir təhlükə ola bilməzdilər”.

Bolton sözlərinə belə davam edir: “Keçmiş prezident Əli Abdullah Salehin dövründə də Yəmən insan hüquqları cənnəti deyildi. Ancaq sabit idi və insanların gündəlik həyatları vətəndaş müharibəsindən təsirlənmədi. Amma bu, Husilərin və iranlıların beynəlxalq müharibə qaydaları ilə oyun oynamamaq üçün mülki əhalini girov götürə biləcəyi bir mühit yaratdı”.

Con Bolton Bayden administrasiyasının Səudiyyə Ərəbistanına və BƏƏ-yə silah satışını dondurmaq qərarının risklərini və ABŞ müttəfiqlərinin bu boşluğu doldurmaq üçün Rusiyaya və ya Çinə müraciət etməsi ehtimalını qiymətləndirərkən: “ABŞ-ın silah satış qaydaları ilə məşğul olmağın əsəb pozan bir şey olduğunu bilirəm, lakin bu satışların həyata keçirilməsinə böyük dəstək var”, deyə qeyd edir. Rusiya və Çinin çox şərt irəli sürmədiyi üçün cəlbedici alternativ kimi görünə biləcəyini söyləyən Bolton burada iki məqamı önə sürür. İlk olaraq, Çin silahlarının ABŞ -dan oğurlanmış nüsxələr və pis istehsal olunan məhsullar olması bağlı xəbərdarlıq verən Bolton Pekin və ya Moskva ilə müqavilə bağlamağın siyasi bir dəyəri olduğunu və bununla məşğul olmağın daha asan olduğunu vurğulayıb. İkinci olaraq isə Pekin və ya Moskva ilə anlaşma imzalamağın siyasi bir bədəli olduğunu deyib və bu məsələdə ABŞ-la məşğul olmaq digər alternativ təminatçılarla məşğul olmaqdan daha asan olduğu üçün Bolton Körfəz ölkələrini ABŞ silahlarına yönəltməyə çağırıb.

Üç dövlətli həll yolu

Keçmiş ABŞ rəhbərliyinin Fələstin-İsrail münaqişəsi ilə bağlı siyasətinin keçən may ayında son hərbi gərginliyə zəmin hazırladığına dair şayiələrə cavab olaraq keçmiş milli təhlükəsizlik müşaviri bunları deyib: “Bunun doğru olduğunu düşünmürəm, çünki konkret bir dəlil yoxdur. Amma əsl problem İranın silahla təmin etdiyi “Həmas” terror qruplaşmasıdır. İranın təhrikinə son qoysanız, bir çox problemin həllini tapa bilərsiniz”.

İordan çayının qərb sahili, Qəzza və Şərqi Qüdsdə müstəqil bir Fələstin dövlətinin qurulmasını nəzərdə tutan iki dövlətli bir həll üçün ümidini itirdiyini söyləyən Bolton Qəzza Zolağının yenidən Misir hakimiyyəti altına girməsinə imkan verən, İordan çayının qərb sahilindəki suverenliyi İordaniya və İsrail arasında bölüşdürən “üç dövlət həll yolu” təklif edib.

Alternativ təklifi ilə bağlı Bolton: “Bəli, bu təklif müxtəlif səbəblərə görə çoxları tərəfindən qəbul edilmir və bunun səbəbini anlayıram. Amma digər təkliflərə də açığam. Uzun müddətdir ki, iki dövlətli həll yolunu həyata keçirməyə çalışırıq və heç bir irəliləyiş yoxdur. Buna görə də, müəyyən məqamlarda siyasətçilər alternativlərə də baxmalıdır. Buna görə də, alternativ olaraq üç dövlətli bir həll yolu təklif etdim”, deyir.

ABŞ Mayk Pensə borcludur

Boltonun Trampın siyasətinə etiraz edərək ABŞ Milli Təhlükəsizlik Müşaviri vəzifəsindən istefa etdiyi hər kəsə məlumdur. Ancaq son zamanlar mətbuata verdiyi müsahibələrdən birində Trampın köməkçisi Mayk Pens də, xüsusən səlahiyyət müddəti bitmədən əvvəl Tramp ilə arasının yaxşı olmadığını hiss etdirib. Görəsən, Pens də istefa verməyi düşünüb?

Bolton buna belə cavab verir:

“Bunun cavabını bilmirəm, çünki 2019-cu ilin sentyabr ayının sonunda işimdən istefa etdim. Ancaq bilirsiniz ki, keçmiş vitse-prezident adminstrasiyadakı hər kəsdən fərqli idi. O, seçilmiş bir məmur idi. Trampın Ağ Evin Qərb qanadında istefa verə bilməyən yeganə müşavirinin vitse-prezident olduğunu deyib zarafat edərdik. Pens prezidentlə vitse-prezident arasındakı sıx əlaqənin əhəmiyyətini başa düşürdü. Prezident müavinin vəzifəni götürməsini tələb edən bir vəziyyət yarandıqda tam hazır olmalı olduğunu artıq başa düşmüşdü”.

Bolton sabiq vitse-prezident Pensin 4 il Trampın yanında olduğunu və Tramp üçün, ABŞ-ı doğru yolda saxlamaq üçün dünyanın bilmədiyi çox şey etdiyini vurğulayan Bolton: “Amerika xalqı ona borcludur”, deyə qeyd edir.

“Tramp çevriliş planı edəcək gücdə deyil”

ABŞ-ın keçmiş prezidenti Tramp 2024-cü ildə ikinci dəfə prezidentliyə namizəd olmaq niyyətində olduğunu bildirsə də, Bolton Trampın namizəd olmayacağını düşünür. Trampın bunu seçkilərə qədər davamlı olaraq səsləndirəcəyini söyləyən Boltonun sözlərinə görə: “Çünki Trampın həyatda istədiyi tək şey məğlub olmamaqdır. O da bilir ki, bundan 4 il sonra prezidentliyə namizəd olsa belə, uduzacaq. Tramp gündəmdə qalmaq üçün namizəd olmaqdan danışmağa davam edəcək. Ancaq arxa planda, həqiqətən də etmək istədiyi şey Respublikaçılar Partiyasında böyük dəstəyə sahib olan Florida qubernatoru Ron Desantis kimi bir çox potensial namizədlər arasında Respublikaçılar Partiyasının kralı olmaqdır. Ancaq bunun üçün hələ çox tezdir və qarşıda bir çox namizədi görəcəyik”.

“Məncə, Tramp çevriliş planlaşdırmağı və ya bu planı həyata keçirməyi bacarmaz. 6 Yanvar hadisəsi ABŞ üçün faciəvi və çox kədərli bir gün idi, amma demokratik nizama və ya konstitusiyaya təhlükə yaratmadı”.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Seyid Həsən Amulidən növbəti cəfəng açıqlama - Video

Təbriz imam-cüməsi də Amiliyə qoşuldu: "Azərbaycan rəsmilərinə xatırladıram ki..."

Şamaxının icra başçısının dəbdəbəli villasının görüntüləri yayıldı - Foto

Bakıda məktəb direktorundan biyabırçı çıxış - Video

Kərəm Həsənovun bacısı falçıya verdiyi pulun yarısını aldı - 400 min manat...

Rusiya sülhməramlılarından böyük və ciddi addım: Xəritəni tamamilə dəyişdilər - Fotolar

FHN-in sabiq şöbə müdiri məhkəmə zalında həbs edilib

Müğənni Şəhanə Şamilovanın qətlinin təfərrüatı məlum oldu

Bakıda şagirdlərin gözləri qarşısında polislə vətəndaş arasında insident - Video 

Rayonlara gedənlərin nəzərinə: Yeni qadağa- 1 noyabr tarixindən etibarən ...

Rusiya sülhməramlılarından böyük və ciddi addım - Xəritə dəyişdirildi - Foto

Ən çox oxunanalar