Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çomağın iki ucu:Rusiyanı COVID-19-a görə ittiham Qərbə, yoxsa Çinə fayda verir?

Nina Xruşşova

“Project Syndicate”, 28.05.2020

Mayın 21-də ABŞ Dövlət Departamenti "Rusiya səhiyyə sistemində dezinformasiyasını aşkar etmə" üçün 250 min dollarlıq qrant elan edib. Rusiyanın Vaşinqtondakı səfirliyi dərhal "çətin qlobal pandemiya dövründə Amerikanın əsl niyyətlərini" göstərdiyini bildirib.

Adətən, Kremlin tərəfini tutmuram. Ancaq Amerikanın siyasi təbəqəsi və mediasının bəzi seqmentlərində rusofobiyanın patoloji hala gəldiyini düşünməyə bilmirəm.

Hələ aprel ayında ABŞ Dövlət Departamenti Rusiyanın, Çin və İranla birlikdə, COVID-19 böhranının gərginləşdiyi bir vaxtda dezinformasiya səylərini gücləndirdiyi xəbərdarlığı edib. Bununla belə, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərindən bəri əsas media orqanları və demokratlar (mənim partiyam) tez-tez şiddətli isterikaya qapılaraq Rusiyaya dil uzadıblar.

Hillari Klintonu əzmək üçün Kreml seçkilərə müdaxilə və son nəticədə, Donald Trampa kömək etsə də, sonrakı araşdırmalar Amerikanın aparıcı KİV-lərində çoxlarının güman etdiyi “açıq-aşkar qəsd" dəlilini tapmayıb.

“New York Times”-ın icraçı redaktoru Din Bake keçən il redaksiya iclasında etiraf edib: "Bir hekayət naminə xəbər otağı qurduq və həqiqətən də yaxşı iş gördük. İndi yenidən toplarlanmalı, fərqli bir hekayət üçün ehtiyatlarımızı yenidən bölüşdürməli və vurğularımızı dəyişdirməliyik".

Başqa sözlə, “New York Times”, digər əsas nəşrlər kimi, hoqqa formalaşdırma ilə məşğuldur. ABŞ məktəblərində jurnalistikadan dərs deyən Uolter Lippmannın dediyi kimi, axı kimsə “yolunu azmış sürünü geri qaytarmalıdır”.

Bu, Rusiya prezidenti Vladimir Putinin cavab verə bilməməsi mənası vermir. Kreml, həqiqətən, Qərb demokratiyalarını sarsıtmağa çalışıb. Evdə vətəndaş azadlıqlarını ləkələyib, Rusiyanın hərbi və təhlükəsizlik qüvvələrini genişləndirərək, Ukrayna, Gürcüstan və Suriyada müharibə aparıb. Hətta 2018-ci ildə İngiltərədə sui-qəsd cəhdindən canını qurtaran keçmiş rus casusu Sergey Skripal kimi siyasi rəqibləri təhdid etmək və ya aradan qaldırmaq üçün xaricə cığır açıb (2006-cı ildə İngiltərədə hədəfə alınan başqa bir casus Aleksander Litvinenko o qədər də şanslı olmayıb).

Lakin ABŞ da digər ölkələrin işlərinə qarışır, odur ki, Kreml daima onu ikili standart tətbiqində ittiham edə bilər.

ABŞ-ın Sovet İttifaqına rok musiqisi və mavi cins şalvar gətirmək səylərini unutmayan Putin üçün müdaxilə vasitəçilərə veriləcək yeganə lazımi cavabdır.

Bundan əlavə, Qərb Rusiyanı öz demokratiyalarını pozmaqda günahlandıranda, Kreml həmişə Qərbin irqçilik və ya bərabərsizlik problemlərini yaratmadığını söyləyə bilər. “New York Times” qəzetində Con Herrmanın 2016-cı ilin avqustunda yadığı kimi, “Facebook”-da virusa yol açan hiperpartizan hekayətlərin bir çoxu RT kimi Kremlə bağlı KİV-lərin boynuna qoyulsa da, Amerikada yaradılıb.

"New York Times"-da "Putinin Amerika elminə qarşı müharibəsi" məqaləsində Kremlin dezinformasiyası “ABŞ-da uşaqlar arasında peyvənd nisbətlərinin azalması və bir zamanlar məğlub xəstəlik sayılan qızılcanın artması ilə üst-üstə düşdüyünə” işarə edilir. Ciddi? Peyvəndlər haqqında sui-qəsd nəzəriyyələri köhnə dövrlərdə də ABŞ-da siyasi diskussiyaların əsas mövzusu olub.

Bütün günahlar Rusiyada olduqda, Putinin hər halda təqsirləndiriləcək davranış tərzi üçün yaxşı səbəbi yoxdur. COVID-19 pandemiyasının ilk aylarında Rusiya Qərb mediasının radarlarından çıxsa da, yenidən diqqət mərkəzindədir.

ABŞ rəsmisindən sitat gətirən “Yahoo News” aprel ayının əvvəlində yazmışdı ki, "Rusiya xüsusi xidmət orqanları, ehtimal ki, ABŞ-ın COVID-19 pandemiyasına cavabını izləyirlər, məqsəd tədarük zəncirinin zəifliyini və digər çatışmazlıqları müəyyənləşdirməkdir”.

Bu, həqiqətən, sürpriz sayılmalıdırmı? Bütün dünya Trampın pandemiyaya ən dəhşətli, qüsurlu cavabının şahidi olub.

Qərb KİV-ləri, eyni zamanda, infeksiya və ölüm nisbətlərini şübhə altına alaraq, Rusiyanın pandemiya ilə bağlı təcrübəsini araşdırmaqla məşğuldur. Mayın 13-də “Bloomberg News” "Ekspertlər koronavirusun niyə rusları öldürmədiyini bilmək istəyirlər" başlığı atıb. Daha sonra başlıq dəyişdirilib: "Mütəxəssislər COVID-19-dan ölümə dair Rusiya statistikasını şübhəyə alır".

Rusiya hakimiyyət orqanlarının açıqlamasına görə, mayın 27-də ölkədə ölənlərin sayı 3968 nəfər olub. Beləliklə, Kreml bu rəqəmləri iki dəfə azaltsa da, Rusiyada 79 min ölüm halı olacaq ki, bu da Böyük Britaniyadan 5 dəfə az, ABŞ-da, Nyu-Yorkda ölənlərin yarısıdır. Buna baxmayaraq, mayın 24-də “Politico Europe”-dakı məqalədə – "Rusiyanın koronavirus böhranı niyə bu qədər pisdir”də “birmənalı izah”lar verilir.

Əlbəttə, ABŞ-da bəziləri Çinə göz dikiblər. Dünyanın qalan hissəsini COVID-19-u "Çin virusu" adlandırmağa inandıra bilmədikdən sonra Tramp rəhbərliyi patogenin Uhandakı laboratoriyada yaradıldığına dair əsassız bir nəzəriyyəyə əl atıb.

Əmin olun ki, bu barmaq işarəsi Rusiyaya da silkələnib.

Putin ABŞ ritorikasını rədd edib və "qarşılıqlı əməkdaşlığa" çağırıb.

Bu yaxınlarda Putini Avropada "yerli hakimiyyətə olan inamı sarsıtmaqda" ittiham edən Avropa Komissiyasının sözçüsü yəqin ki, yanılmır, amma bir çox Qərb xəbər agentliyi də Rusiyaya qarşı eyni şeyi etməkdə ittiham oluna bilər.

Tramp rəhbərliyi və konqresmen respublikaçılar pandemiya ilə əlaqədar Çini günahlandırmaq istədikləri zaman demokratların Rusiya ilə təcrübəsini nəzərə almalıdırlar. Klinton 2016 seçkisini uduzduğuna görə Putinə qeyri-müəyyən şəkildə hücum edilir. Yeni günah keçisi oyunu isə yalnız Çin və Rusiya arasındakı ittifaqı gücləndirəcək.

Yeni beynəlxalq tərəfdaşlıq qurma düşmənçilik toxumu səpməkdən daha yaxşıdır. Mən ABŞ-ın keçmiş prezidenti Riçard Niksonun fanatı deyiləm, amma Sovet İttifaqı ilə Çin arasını vurma təcrübəsi bu gün faydalı ola bilər.

Tərcümə: Strateq.az

pia.az 


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar