Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“CNN Türk”də şərh: “Cəbhədə zəifdirlər, mərmiləri mülki şəxslərə atırlar” - Video

Türkiyənin “CNN Türk” kanalı Ermənistanın humanitar atəşkəsi pozması barədə süjet təqdim edib.

Xəbərdə işğalçı Ermənistanın Gəncədə mülki vətəndaşlara qarşı raket hücumunun səbəbləri politoloqlar tərəfindən müzakirə olunub. 

Gürsel Tokmakoğlu qeyd edib ki, Ermənistan ordusu cəbhədə zəif olduğu üçün belə addım atıb: “Cəbhədə zəifdirlər, orada müqavimət göstərmədikləri üçün mərmiləri mülki şəxslərə atırlar”.

Abdullah Ağar bildirib ki, ermənilər növbəti dəfə soyqırımı törətmək eşqinə düşüblər: “90-cı illərdə Qarabağda etdiklərinin bir bənzərini reallaşdırmaq istəyirlər. Yəni, müharibənin dəhşətindən uzaq olan və buna müqavimət göstərməyən mülki şəxsləri qorxuya, təşvişə salmaq istəyirlər”.

Güngör Yavuzaslan isə söyləyib ki, Ermənistan mülki şəxsləri vurmaqla Azərbaycanı təxribata sövq edir: “Ermənistan bunu qəsdlə edir. Ermənilər Azərbaycanın onların öz ölkələrinə hücum etməyini istəyir. Beləliklə, üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMK) ilə müqaviləsini reallaşdırmaq niyyətindədir. Bununla da, bölgəyə rus əsgərlərinin sülh məqsədilə gəlməyini istəyir”.

Coşkun Bağbuğ vurğulayıb ki, Ermənistan Qafqaz bölgəsini problemli bir region kimi dünyaya təqdim etmək niyyətindədir: “Ermənistanın hücum etməkdə məqsədi gərginliyi daha da artırmaq istəməsindədir. Niyyəti bölgəni beynəlxalq problemli bir əraziyə çevirməkdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar