Şənbə, 19 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Çirkli pulların yuyulması”-nın tarixi    

 Son zamanlar KİV-də tez-tez eşitdiyimiz “çirkli pullarin yuyulması” terminin mənasını bilsək də çox az adam bu teriminin yaranma tarixini və ya niyə məhz “pulun yuyulma”-sı adlandırıldığın bilimir

 “Çirkli pulların yuyulması” termini yaranması 1920-1930-cu illlərdə ABŞ-ın Çikaqo şəhərində qanqster cinayətkar qruplaşmasını nəzarətdə saxlayan Al Kaponenin fəaliyyəti ilə bağlıdır. Al Kapone öz mafiya şəbəkəsindən əldə etdiyi milyonları leqal pula çevirməli idi. Bunu necə edə bilərdi? Axı həm xüsusi xidmət, həm də vergi orqanları onu fəaliyyətini daim nəzarətdə saxlayırdı.

Məsələ ondadır ki, o zaman Amerika cəmiyyətində evdə paltar yumaq dəbdə deyildi. Bu səbəbdən, Al Kapone Çikaqoda ucuz qiymətə camaşırxanalar şəbəkəsi açır. Camaşırxanalara bir gün ərzində nə qədər müştərinin gəlib-getdiyini izləmək mümkünsüz idi. Belə olan halda çamaşırxanalarda istənilən qədər müştəri sayı qeyd etməklə gəliri yüksək göstərərək vergi orqanlarına şişirdilmiş gəlirlər haqqında hesabatlar təqdim edilirdi. Həmçinin nəzərə almaq lazimdırki mafiya şəbəkəsinin əldə etdiyi gəlirlər əsasən kiçik əskinaslı pullar idi. Beləliklə mafiyanın kazino, şantaj, adam oğurluğu, alkoqol içkilərin satişından gələn qeyri-qanuni gəlirləri camaşırxanalarda “yuyulub” leqallaşırdı.

Lakin 1931-ci ildə vergi orqanları bu maxenasiyanın üstünü aça bildilər və Al Kapone Federal məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrum edildi. Maraqlıdırki məhkəmədə mafiya başçısını etdiyi cinayətlərə görə deyil məhz 388.000 dollar məbləgində vergidən yayinmaya görə ittaham etmişdilər.

Meyer Lanski – Amerikada yəhudi mafiyasının məşhur simalarından biri olmaqla həmçinin 1950-1960 illərdə “mafiyanın mühasibi” və “mafiya şeflərinin şefi” kimi tanınırdı. Lanski Mayami və Las-Veqasda kazino biznesinə nəzarəti əlində saxlayırdı və ilk dəfə olaraq bank yoli ilə qeyri qanuni əldə edilmiş gəlirlərin “yuyulması” sxemini fikirləşmişdir.

Lanksi İsveçrə banklarında anonim hesablar açraraq həmin hesaba iri məbləğlə vəsait qoyurdu. Bundan sonra həmin banklardan kredit götürərək onları öz gəlirinin əsas mənbəyi kimi göstərir. Nəticədə borclar həmin anonim hesablardakı pullar hesabına ödənilirdi. Beləliklə, qeyri qanuni yolla əldə edilmiş – çirkli pullar banklar vasitəsilə “təmizlənərək” qanuni pullara çevrilirdi. Lakin bu sxem Amerika xüsusi xidmət orqanları tərəfindən tapıldıqdan sonra Lanski “qanundan kənar” elan edildi. 1972-ci ildə onu Paraqvaya gedərkən Rio-de Jeneyro hava limanında federal təhqiqatlar bürosunun əməkları həbs etdilər. Lanskinin Amerikada vergidən yayınma maddəsinə görə məhkəməsi oldu lakin təqsiri sübuta yetirilə bilmədi və azadlığa buraxıldı.

Mətbuatda “çirkli pulların yuyulması” termini ilk dəfə 1973-cü ildə Britaniyanln The Guardian nəşrində “Uoterqeyt qalmaqalı” haqqında yazıda istifadə olunur.

Məlumat üçün qeyd edim ki, Azərbaycanda «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» qanun layihəsi 2009-cu ilin fevral ayında qəbul edilib. Çirkli pulların yuyulmasına qarşı mübarizəni isə Mərkəzi Bankın yanında Maliyyə Monitorinqi Xidməti həyata keçirir.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Çirkli pullar

Şərh yazın.

loading...

Ən çox oxunanalar