Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çirkli hava ölümə aparır

Mütəxəssislər həyəcan təbili çalır...

Mütəxəssislər dünyada havanın çirklənməsinin artacağı təqdirdə , 1952-ci ildə Londonda 12000 insanın ölməsi ilə nəticələnən faciənin yenidən yaşanacağını proqnozlaşdırıb.

PİA.az medicina.az-a istinadən bildirir ki, İstanbul Texniki Universiteti (İTÜ) müəllimim Dr. Hüseyin Toros və iqlim fəalı Patricia Mallam, dünyada təsirini artıran havanın çirkliliyi ilə əlaqədar yeni açıqlamalar verib.

Toros, lazımi tədbirlər görülməsə, Londonda minlərlə insanın, əsasən də uşaqların və qocaların ölümünə səbəb olan ölümcül hava çirklənməsinin gələcəkdə böyük şəhərlərin də taleyi ola biləcəyini söyləyib. Ötən əsrdə havanın keyfiyyətinin aşağı düşməsini xatırladan Toros, "planlaşdırılmamış şəhərləşmə, sənayeləşmə, qalıcı yanacaqlı nəqliyyat vasitələrinin sayının artması və keyfiyyətsiz yanacaq istifadəsinin, xüsusilə qışda hava çirkliliyinə səbəb olduğunu bildirib.

"Hər il 7 milyon insan hava kirliliyi səbəbindən ölür"

Toros, havanın çirkliliyini insan fəaliyyəti və təbii hadisələr nəticəsində atmosferə atılan çirkləndiricilər səbəbiylə havadakı zərərli maddələrin artması olaraq təyin edib.Çirklənmə canlıların həyatına mənfi təsir göstərən və iqtisadi itkilərə səbəb olan ciddi bir problem olduğunu söyləyən Toros, çirklənmənin fiziki ziyanlarının olduğunu söyləyib. Belə ki, hər 10 insan dan 9-u kirli hava ilə tənəffüs alır.

Hava çirkliliyinin insanlarla yanaşı digər canlılara da zərər verdiyini vurğulayan Toros, təxminən bir milyona yaxın heyvan və bitkinin məhv olmaq təhlükəsi altında olduğunu qeyd edib.

Tədbir görülməsə ekosistemlər çökəcək!

İqlim dəyişikliyi ilə havanın çirklənməsi arasındakı əlaqəni qeyd edən Mallam, maddələrin qlobal istiləşməyə böyük təsir etdiyini vurğuladı.

Mallam, hava çirkliliyinin quraqlıq və daşqın kimi təbii fəlakətlərin tezliyini və gücünü artırdığını, canlıların növlərin çoxalmasının qarşısını aldığını və epidemiyalara səbəb olduğunu vurğulayıb. Onun sözlərinə görə, karbon tullantılarını azaltmaq üçün ölkələr dərhal heç bir tədbir görməsə, bütün ekosistemlər çökə bilər.

O həmçinin, hökumətlərin qalıcı yanacaq sənayesinə verdiyi bütün dəstəyi dərhal dayandırmalı olduğunu və hamı üçün 100 faiz bərpa olunan enerjiyə bərabər şəkildə keçmə qərarı almalı verməli olduqlarını vurğulayıb. Mallam səlahiyyətli şəxslərə "Bütün yeni kömür, neft və qaz layihələrini dayandırın" çağırışını edib.

pia.az


Etiket: çirkli hava

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar