Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çirkab suları daşıyan şirkət Təhsil Nazirliyinə dəftərxana ləvazimatları satacaq

Təhsil Nazirliyi dəftərxana, təsərrüfat ləvazimatları və müxtəlif kartriclərin satın alınması məqsədilə “Epsilon Servis” MMC (VÖEN- 1304532881) adlı şirkətə 22 min 597 manat 95 qəpik ödəyəcək.

Yeniavaz.com xəbər verir ki, “Epsilon Servis” MMC Təhsil Nazirliyinin elan etdiyi tenderin qalibi olub.

Məlumat üçün bildirək ki, Təhsil Nazirliyinə dəftərxana ləvazimatları (qələm, kağız, pozan və s.) satan şirkət bir il əvvəl Bakının Xəzər rayonunun Türkan qəsəbəsində fəaliyyət göstərən E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi üçün "Çirkab suların daşınması" xidməti göstərib.

Onu da qeyd edək ki, “Epsilon Servis” ilə bənzər adda olan “Anar Servis” adlı şirkət də dövlət qurumlarına həm çirkab suların daşınması xidməti göstərir, həm də dəftərxana ləvazimatları satır.

Adları qeyd olunan şirkətlər barəsində açıq internet resurslarında hər hansı bir məlumata rast gəlmək mümkün deyil. Rəsmi məlumatlarda “Epsilon Servis” MMC-nin 08.06.2016-cı ildə dövlət qeydiyyatına alındığı, nizamnamə kapitalının 200 manat olduğu qeyd olunub. Hüquqi ünvanı Yasamal rayonu, 8-ci keçid, ev 11 -da yerləşən şirkətin qanuni təmsilçisi Yəhyayev Rahim Məmmədhənifə oğludur.

“Epsilon Servis” MMC ilə eyni gündə - 08.06.2016-cı ildə qeydiyyata alınan “Dostluq Konsaltinq” MMC adlı şirkət də 6 nömrəli Respublika xüsusi internat məktəbi üçün "Çirkab suların daşınması" xidməti göstərib.

“Anar Servis” MMC isə “Dostluq Konsaltinq” MMC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 187, mənzil 79 – da qeydiyyata alınıb. Hər iki şirkətin qanuni təmsilçilərinin soyadı da eynidir - “Dostluq Konsaltinq” MMC -nin qanuni təmsilçisi Miriyev Famil, “Anar Servis” MMC-nin qanuni təmsilçisi isə Miriyeva Nailə.

Maraqlıdır ki, “Dostluq Konsaltinq” MMC ilə eyni ünvanda, eyni nizamnamə kapitalı ilə, qanuni təmsilçisi də eyni şəxs olan daha bir şirkət - “Dostluq Servis” MMC də qeydiyyatdan keçib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar