Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinli həkimlər Azərbaycana gəlir

Çinin koronavirusla mübarizə sahəsində ixtisaslaşmış həkimləri ölkəmizdə pandemiya ilə mübarizəyə cəlb ediləcək.

Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib

Ə.Əsədov bildirib: “Sizin və hörmətli Mehriban xanımın göstərişi ilə Türkiyə, Rusiya və Kubadan olan böyük təcrübəyə malik tibb mütəxəssislərindən ibarət heyətin Azərbaycana gətirilməsi və xəstəxanalarda bizim həkimlərlə birgə işləməsi təşkil olunub. Həmçinin Çin Xalq Respublikası Hökuməti ilə aparılmış danışıqlara və müraciətimizə müvafiq olaraq Çinin bu sahədə ixtisaslaşmış həkimləri və ekspertlərindən ibarət tibbi heyət ölkəmizdə pandemiya ilə mübarizəyə və bizim həkimlərlə təcrübə mübadiləsinə cəlb ediləcək.

Sizin həkimlərin əməyinə və fədakarlığına daim yüksək qiymət verməyinizin ifadəsi olaraq imzaladığınız Sərəncama əsasən koronavirusla əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə onların əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavə müəyyən edilib. Mart-iyun ayları ərzində bu tədbirlərdə iştirak edən işçilərin əməkhaqları dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına təmin olunub. Ümumiyyətlə, koronavirus pandemiyasının qarşısının alınması və onunla mübarizə üçün səhiyyə sahəsinə 250 milyon manatdan artıq vəsait ayrılıb”.

pia.az 


Etiket: Həkim


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar