Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinin Yaxın Şərqdə artan hərbi gücü: ABŞ müttəfiqlərinin "əllərini kəsməyə" çalışır

Cek Detş

“Əl-Monitor”, 19.08.2019

Pentaqonun açıqlamasına görə, Donald Tramp administrasiyasının Rusiyadan hava hücumundan müdafiə sistemini satın alması ucbatından Türkiyəni “F-35” proqramından çıxarmaq addımı Çin texnologiyasını alan Yaxın Şərq ölkələrinə də təsir edə bilər.

Ağ Evin Çi ixracını yeni tariflərlə təhdid etməsindən sonra ABŞ fond bazarı bu həftə gerilədiyi üçün Müdafiə Nazirliyi müttəfiqlərinə xarici silah satin alınması ilə bağlı xəbərdarlıqlarını davam etdirib.

“Birləşmiş Ştatlar tərəfdaşlarının terrorizmlə mübarizə, regional talançıları yaxalamaq və Yaxın Şərqdə sabitliyi təşviq etmək üçün potensialını yaxşılaşdırmağa sadiq qalır”. Bunu müdafiə nazirinin Yaxın Şərq üzrə köməkçisinin müavini Mik Malroy bildirib. “Ancaq nazirliyin Türkiyəni “F-35” proqramından çıxarmaq qərarından göründüyü kimi, ABŞ texnologiyasını qorumaq üçün də sərt qərarlar qəbul etməyə hazırıq”.

Müdafiə naziri Mark Esper Çinin hərbi girişə və bazalara getdikcə artan qlobal cəhdləri ilə əlaqədar narahatlıqların artması fonunda, Asiya-Sakit Okean ölkələrinə səfərə çıxıb. Pentaqon Pekinə iqtisadi cəhətdən bağlanmağın ABŞ-ın müdafiə əlaqələrinə mane ola biləcəyini müttəfiqlərinə başa salmağa çalışır.

Malroy “əl-Monitor-a bildirib: “Bu o deməkdir ki, Rusiya və ya Çin silahlarının alınması silahlarımızın əməliyyat təhlükəsizliyini təhdid edir”

“China Power” Agentliyinin illik hesabatında Pekinin 2013-2017-ci illəri arasında Yaxın Şərqə 10 milyard dollar dəyərində silah satdığı bildirilir. Bu, Pentaqonun müttəfiqlərinə, xüsusilə Çin silah platformaları satın alması barədə xəbərdarlığını aktuallaşdırır.

Türkiyənin “S-400” sistemini alması Pentaqonda“F-35”-in radar texxnologiyasının oğurlanması qorxusunu yaradıb, üstəlik, Çinə sərmayə qoyan müttəfiqlərinin “əllərini kəsmək” məcburiyyətində qoyub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hava hücumundan müdafiə batareyaları almaq qərarı Konqres və Türkiyəyə qarşı sanksiyalar tətbiq etmək istəməyən Trampın yollarını ayırıb. Tramp iyun ayında Barak Obama administrasiyasının rəqib “Patriot” sistemini Ərdoğana verməməsini tənqid edib. Halbuki keçmiş ABŞ rəsmiləri Ankaranın ABŞ-ın texniki sirlərinə nəzarət tələblərinin çox olduğunu söyləyiblər.

Türkiyə “S-400” çatdırılmasından bir neçə həftə əvvəl Rusiya silah sistemlərinin böyük alışlarına avtomatik tətbiq olunan ABŞ sanksiyalarından yayınmaq üçün Konqresdə lobbiçilik edib.

Pentaqon dəfələrlə Çinin Yaxın Şərq silah bazarının daha böyük bir hissəsini ələ keçirməsi, xüsusilə də ABŞ-ın müttəfiqlərə satmaqla məhdudlaşdığı dronlar kimi texnologiyaya satdığı barədə xəbərdarlıq edib.

Malroy “əl-Monitor”a detib: “ABŞ Çinin düşməni olaraq təyin olunmur, ancaq Çin liderlərinin ABŞ və tərəfdaşlarımızın, müttəfiqlərimizin bölüşdüyü dəyərlərə əsaslanan qlobal nizama meydan oxuduğunu görürük”.

Tramp rəhbərliyi gəlirli investisiya sövdələşmələrində ABŞ müttəfiqlərini, o cümlədən İsrail kimi uzunmüddətli Amerika tərəfdaşlarının qılığına girməyə çalışan Çinin “Bir kəmər-Bir Yol Təşəbbüsü”nə vahid təpki vermək üçün mübarizə aparır.

Ötən həftə ABŞ və Çin rəsmiləri Pentaqonda bir araya gəlib, Vaşinqton və Pekini rəqabət edən super güclər kimi təsvir edən Pekinin “Ağ kitab”ını müzakirə ediblər.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar