Bazar ertəsi, 24 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Çinin xarici işlər naziri Azərbaycana gəlir

Nazir mayın 20-dən 27-nə kimi regionda səfərdə olacaq

Çinin xarici işlər naziri Vanq Yi Azərbaycana səfər edəcək.

ONA-nın Çinin Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir mayın 20-dən 27-nə kimi regionda səfərdə olacaq.

Nazir artıq Tacikistan və Qırğızıstana səfər edərək, Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin iclasına qatılıb. Sabah onun Gürcüstana səfəri başlayır. Nazirin proqramına Azərbaycan və Ermənistana səfər də daxildir.

Azərbaycana səfər xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti ilə gerçəkləşəcək.

pia.az


Şərh yazın.

loading...