Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinin koronaya qalib gəlməsinin sirri - Məhəllə Komitələri

ABŞ və Avropanın Covid-19 pandemiyasına görə viran qaldığı bir vaxtda Çinin bu virusu necə dayandırdığı hər kəsə maraqlı gəlir. Atlantikçilərin cavabı isə həmişəki kimidir: “Məlumatları gizlədirlər”..

Adnan Akfırat

“Aydınlık” qəzeti, Türkiyə, 3 aprel 2020-ci il

“Amerika röyası”nın çöküşündən ən çox əziyyət çəkən Atlantik mediası da “Çin qovalayan” kimi davranmağa başlayıb. ABŞ-da 240.000 insanın öləcəyi hesablanarkən, Çindəki fabriklərin 95%-nin açılması onları dəli edir. “Bloomberg”, “CNN” və “New York Times” Çin əleyhinə material hazırlayır və Nevzat Çiçəyin “Independent Türkcə” və Ruşen Çakırın “Medyascope” kimi təxribatçı saytları da bunu şişirdir. Təəssüf ki, TRT-dən belə bunun üçün istifadə edirlər.

Çini və Si Tsinpinini ləkələyən sui-qəsd nəzəriyyələri Whatsapp, Facebook və Twitter-dən həqiqəti axtaran beyinlərə ötürülür. Üstəlik, sui-qəsd nəzəriyyələrinin altında da professorların imzaları var.

Əslində, Çinin uğurunun sirri çox sadədir: elmin gücü, xalqçı-ictimai dövlət və təşkilatlanmış cəmiyyət. Çinin bu uğurunda əsas amil cəmiyyətin mütəşəkkil olması və nizam-intizamlı hərəkət etməsidir. Bunu təmin edən isə Çindəki ən aşağı idarəetmə vahidi olan məhəllə komitələridir. Əslində, bu, xalqın hökumətdəki iştirakı üçün birbaşa vasitədir.

“Global Times”ın yazıçılarından olan Vanq Venven 31 martda yazdığı məqalədə qonşuluq komitələrinin necə işlədiyini izah edir:

“Mağazadan gələrkən binanın qapısında maskamı taxdım və qolumu düzəltdim. Qapıdakı maskalı işçi: “Yaşayış sənədinizi göstərin və temperaturunuzu ölçməyə icazə verin”, deyərək xəbərdarlıq etdi. Bu tətbiq son 2 ay ərzində Pekində gündəlik vərdiş halına gəlib. Heç kim də bundan narahat deyil. Bu, şəhəri və məhəlləni koronavirusdan qorumaq üçün vacibdir və hər kəs bunu çox yaxşı şəkildə tətbiq edir. Əgər kiminsə hərarəti varsa və özünü narahat hiss edirsə, küçəyə çıxmır və xəstəliyi yaymır”.

Binaların yerləşdiyi məhəllələrin girişində komitələr var və hər gün 24 saat orada gözləyirlər. Növbədə iştirak edənlərin də hamısı könüllülərdir. Qapıdan keçən hər kəsin hərarətini ölçürlər və xəstəliyin girməməsi və ya çıxmaması üçün var gücləri ilə çalışırlar. Pekində, fevralın dondurucu soyuqlarında belə bu rejim nizamlı şəkildə işlədi.

Məhəllə Komitələri Çinin virusa qarşı mübarizəsinin ən çətin günlərində insanların himayədarına çevrildi. Bu Qonşuluq Komitələri yeni bir infeksiya dalğası ehtimalına qarşı ölkənin ən vacib müdafiə xəttidir. Pandemiya dayandırılsa belə, hələ də ərazinin girişlərində temperaturu ölçməyə davam edirlər.

Maonun hədiyyəsi

Məhəllə Komitəsi 1950-ci illərdə şəhər təşkilatları kimi fəaliyyətə başlamışdılar. Bunlar Sosialist Çinin qurucusu olan Mao Tsedunun təklifi ilə xalqın özünüidarəetmə orqanları olaraq təsis edilib.

Çin Xalq Respublikasının qurulmasından bir aydan da az müddət sonra, yəni 23 oktyabr 1949-cu il tarixində Hanqzou şəhərinin Şanqyanqşi küçəsində qeydiyyata alınan 200 insan ölkənin ilk məhəllə komitəsinin başçısını seçmək üçün səs vermişdi.

1980-ci illərin sonlarında Çinin bütün şəhərlərində qonşuluq komitələri yaradıldı.

Komitə üzvləri 3 il müddətinə qeydiyyatda olan sakinlər tərəfindən seçilir. Seçilən rəhbər və katib yerli hökumət tərəfindən təsdiqlənir. Əvvəllər təqaüdçülər bu vəzifələrə seçilirdisə, indi doktorluq dərəcəsi olan rəhbərlər belə var. Ən aşağı təhsili olan şəxs universitet məzunudur. Bir çox gənc müxtəlif layihələrə cəlb olunur. Ən vacib qaynaq isə qeydiyyatdan keçmiş könüllülərdir.

Məhəllə Komitəsinin vəzifələri aşağıdakılardır:

- yerli sakinlərə konstitusiya, siyasət və qanunlar haqqında təlim keçmək;

- şöbə və bina ödənişləri və sənədlərin möhürlənməsi;

- sakinlərin qanuni hüquqlarının dəstəklənməsinə kömək etmək;

- ictimai malların qorunmasına rəhbərlik və qulluq etmək;

- icma tədbirlərinin və birgə əyləncələrin təşkili;

- aşağı səviyyəli mübahisələrdə vasitəçilik etmək;

- ictimai təhlükəsizliyə kömək etmək;

- ümumi sahələrdə gigiyena ilə məşğul olmaq;

- yaşlılara və əlillərə qayğı, gənclərin təhsili və sosial təminat hüquqlarının inkişafı;

- vətəndaşların ehtiyac və təkliflərini hökumətin diqqətinə çatdırmaq.

Komitə sədri bütün işlərə və əlaqələndirməyə cavabdehdir. Hər komitədə də bir vitse-prezident var. Komitə üzvlərinin hər biri müəyyən bir sahəyə cavabdehdir. Bu vəzifələrə təyin olunanlar dövlət idarəçiliyi, sosial rifah və dəstək üçün təlim alıblar.

90-cı illərdə zəiflədi

Məhəllə komitələri sistemi 1992-2002 illərdə tətbiq olunan sürətli zənginləşmə nəticəsində zəiflədi və effektivliyini itirdi. Bu illər ərzində isə iqtisadi cinayətlər artmış və şəhərlərdə asayiş pozuntuları olmuşdu. O illərdən bəri mənzillərin pəncərələrində olan dəmir barmaqlıqlar keçmişin xatirəsi kimi qalıb. 

Bu illərin iqtisadi inkişaf modeli ixraca əsaslanan böyümə idi. 11-ci Beşillik Planla daxili bazara əsaslanan inkişaf modeli qəbul edildikdə məhəllə komitələri də yenidən canlandı.

2006-cı ildən başlayaraq Çin Kommunist Partiyası məhəllə komitələrini inkişaf etdirməyə üstünlük verir. İqtisadi modellə ictimai demokratiya arasındakı əlaqə isə başqa bir məqalənin mövzusudur.

Dərin xalq sevgisi

Si Tsinpinin Çin Kommunist Partiyasının Baş Katibi seçiləndən bu yana baza təşkilatlarını inkişaf etdirmək üçün çox səy göstərib. Lider Si yerli təşkilatları Çin sosializminin əsası kimi təsvir edir. Tsinpinin 5 mart 2014-cü ildə Milli Xalq Məclisinin və Çin Xalq Siyasi Məşvərət Konfransının illik iclasında Şanxay nümayəndə heyəti ilə debatında qeyd edib:

“Əgər təməl möhkəm deyilsə, yer sarsılar və dağlar hərəkət edər. Sosial idarəetmədə əsas diqqət şəhər və kənd icmalarına yönəldilməlidir. Dövlət xidmətləri və idarəetmə imkanları inkişaf etdikdə cəmiyyət daha sabit olur. Çindəki real sabitlik bazada işləyən yoldaşlarımızdan asılıdır”.

Çin Kommunist Partiyasının Baş Katibi də yerli təşkilatlara müraciət edir: “İlk prinsip xalqa yaxın olmaqdır. Tədqiqat apararkən onlarla dərin bir yaxınlığımız olmalıdır. İctimai narahatlıqlar bizim narahatlığımız olmalıdır. İnsanların yaxasını buraxmayan çətinliklərlə mübarizə aparmalı və sarsılan ümidlərini reallaşdırmaq üçün səy göstərməliyik. Yalnız bundan sonra daha yaxşı işlər görə bilərik. Xalqla yaxın olduqda onlar daha səmimi cavablar verirlər və xalqın rifahı üçün daha çox səy göstərdiyimiz zaman onların daha çox güvənini qazanırsınız. İkincisi, məsələlərə perspektivindən baxmaq lazımdır. Kütləvi iş apararkən Partiyanın ictimai mənafeyə xidmət etdiyi və onları öz adından idarə etməsi üçün qurduğu etibarlı siyasi mövqeyini daima qorumalıyıq. Xalqı ilk sıraya qoyduqda və kütləvi xəttə bağlı qaldıqda yaxşı bir kütləvi iş aparmaq elə də çətin olmaz. Üçüncüsü isə xalqın maraqlarıdır. Xalqın maraqlarını səmərəli şəkildə dərk etməli, qorumalı və inkişaf etdirməliyik. İslahatları dərinləşdirdikdə, inkişaf etdirdikdə və sabitliyi qoruduqda xalqın maraqları hər zaman üstünlük təşkil edəcək. Həmişə insanların, xüsusən də vəziyyəti çox ciddi olanların dərdlərini xatırlamalı və çətinliklərini həll etməyə çalışmalıyıq”.

Epidemiyaya qarşı səfərbərlik

Məhəllə Komitələri on illərdir ki, xalqın daxilindən gəlir və ən kiçik inzibati qurumlarının nizam-intizamla idarə olunmasını təmin edirlər. Komitələrin 50 ildən çox davam etmiş təşkilati təcrübəsi koronavirus təhlükəsi ortaya çıxdığı zaman səfərbər edilib. Həmçinin ictimaiyyətə böyük səfərbərlik qabiliyyətlərini nümayiş etdirmək imkanı verib.

11 milyonluq Uhanda karantin dövründə əhalinin 98%-ni sağlamlıq yoxlamasından keçməsini təmin edən böyük nizam-intizamın və əmək səfərbərliyinin sirri bu Məhəllə Komitələridir. Evdən çıxmayan insanların gündəlik ehtiyaclarını da bir-bir təmin edirdilər. Uhandakı bir çox bina köhnədir, liftləri də yoxdur. Məhəllə komitələri və könüllülər olmadan bu pilləkənlərdən ləvazimatlarıı danışmaq mümkün olmazdı.

Szyansu əyalətindəki məhəllə komitələrinin fəaliyyəti Çin mətbuatında öz əksini tapıb. Bütün əyalət əhalisinin əsas sağlamlıq və gigiyenaya vəziyyətini yoxlamaq üçün hər qapını döyüblər. Xəstələnmə ehtimalını nəzərə alaraq bu əziyyətli işi icra etdikləri üçün hər kəs onları tərifləyib. Məhəllə komitəsi rəhbərləri gündə yüzlərlə telefon danışığı qəbul etdiklərini qeyd edirlər.

Nəticədə, Məhəllə Komitələri Çin vətəndaşlarına və millətə mənsubiyyət və etibar hissi qazandırır. Məhz bu məhəllə komitələri köməyə ehtiyacı olduqda insanların müraciət edə bildiyi bir dost-tanış rolunu oynayan və əsas yükü daşıyan qurumlardır. Məhəllə Komitələrinin vaxtında diqqətli və sədaqətli iş aparması nəticəsində xalqın fiziki məsafəni qoruması təmin edildi və insanların mənfi hərəkətləri minimuma endirildi. Beləliklə də, virusun yayılmasının qarşısı alındı.

Gördüyünüz kimi, təşkilatlanmış xalqı məhv etmək asan deyil.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar