Şənbə, 27 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Çinin kommunist mənzərəsi: Müəmma, yoxsa iqtisadi çevrilmə?

Bu gün Çindəki mənzərə 19-cu əsr Avropa və Amerikasındakı mənzərəyə bənzəmirmi? İndi bunu inqilab adlandırmaq olarmı?..

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 22 fevral 2021-ci il

Çinin daxilindəki vəziyyət hələ də müəmmalıdır. Çinin yüksək istehsal, kapital və texnoloji üstünlüyü nəzərdə tutmuram. Diqqəti cəlb edən əsas məsələ Çində kapitalizmin ən üstün mərhələsində gedən keçən proseslərin Kommunist Partiyası tərəfindən həyata keçirilməsidir. Bu, əsasən zarafata salınan, ironiyalı bir vəziyyət kimi qəbul edilir. Kapitalizmi müdafiə edənlər də bu vəziyyəti məmnuniyyətlə izləyirlər və “Kommunist Partiyalara işimizi gördürəcək qədər güclüyük” deməyə çalışırlar. Bu işi qloballaşmanın təsiri kimi qiymətləndirənlər də var. Qəribə olan isə bu məsələnin müzakirə edilməməsi və normallaşdırılmasıdır.

Təxminən 1950-1980-ci illərdə Çin İnqilabının dünyaya gətirdiyi yeni gözləntiləri və yeni ümidləri xatırlayanlar azdır. Sıradan çıxmış Sovet üslubundakı kommunizmdən məyus olan 68-lərin tək ümidi Mao idi. Hər şeydən əvvəl onun başlatdığı Mədəni İnqilab böyük gözləntilər yaratmışdı. Maoizm qurtuluş hesab olunurdu. Lakin 1970-ci illərdən başlayaraq Çin-ABŞ yaxınlaşması, Maodan sonra hakimiyyətə gələn “cırtdan” Pinqin hərəkətləri və 1990-cı illərdən sonra Çinin sürətlə kapitalistləşməsi insanların gözündəki pərdəni götürdü. Görünür, məsələsi dərindir.

Marksın təsbitləri ilə siyasi və ideoloji şərhləri arasında ciddi bir fərq olduğunu əvvəldən düşünürdüm. Bir tərəfdən, dünyanı başa düşmək istəyənlər üçün çox töhfələr verən, digər tərəfdən isə olduqca sadəlövh, hətta uşaq kimi olduğunu düşünürəm. Digər tərəfdən, marksist partiyaların və təşkilatların “inqilabi” iddiaları daha çox karikatura təsiri bağışlayır. Əksinə, Marksın kapitalist dünya iqtisadiyyatını “yıxmaq”, “dəyişdirmək” əvəzinə, onu tamamlamağı təmsil edən yanaşmalarını daha doğru hesab edirəm. Məsələn, Bakunin və Prudon kimi rəqibləri, fikrimcə, daha inqilabçıdırlar. Onlarla müqayisədə Marks reformist, hətta kompromisçi olaraq qalır. Gəlin səbəblərinə nəzər salaq.

Gəncliyində Prudonçu təsirlərdən qurtulub, saf bir maarifçi olan Engelsin təsiri altına düşən Marks kapitalizmi “bəşəriyyətə ağır baha başa gəlsə də, tarixin inkişaf etmiş bir mərhələsi” kimi qəbul etməyə başlamışdı. Feodalizm kapitalizm qarşısında geridə qalmış bir mərhələ idi. Sərt qaydalara əsaslanan feodalizmlə nisbətdə, kapitalizm əməyi maaşla istismar edən bir sistem olsa da, tarixən inkişaf etmiş bir modeldir. Aralarındakı əsas fərq maaşdır. Birincisi ibtidai, digəri mədəni istismardır. Üstəlik, kapitalizm iş gücünü toplayan bir sistemdir. Bu, mütəşəkkil inqilabi fəaliyyət üçün də imkanlar hazırlayırdı. Marks kapitalizmi inqilabi çevrilmənin təməlini qoyan tarixi bir fürsət olaraq gördü və kapitalizmi tarixin gördüyü ən böyük “şər” olaraq qınayan digər sosialistlərə şiddətlə qarşı çıxdı. Bu qızıl fürsəti görə bilməyənlər isə zəif düşüncəli, acınacaqlı romantiklər idilər.

Marks, son vəziyyətdə sosialist deyil, kommunist olduğunu yazdı. Sosializm ideal olaraq gördüyü kommunist mərhələyə keçməzdən əvvəl, lazımi bədəllərin ödənildiyi bir keçid dövrü oldu. Proses ağrılı olsa da, buna dəyirdi. Proletariat diktaturası adı altında istehsalçı qüvvələrin inkişafına mane olan bütün “zərərvericilər” ortadan qaldırılacaq, yüksək texnologiya və istehsal gücü təmin edildikdən sonra bolluq sistemi olan kommunizmə keçid olunacaq və zehni əməklə bağlı tarixi ziddiyyət yüksək bir avtomatlaşdırma yolu ilə aradan qaldırılacaq, hər kəs ehtiyaclarına görə təmin ediləcək və beləliklə, dünya bir cənnət olacaqdı.

Bunlar bizə Marksın, əslində inqilabçı deyil, “transformator” olduğunu göstərir. Anarxist Bakuninin girişdiyi mübahisələr onun nə qədər “mühafizəkar” olduğunu göstərmirmi? “Şər qüvvə olan kapitalizmi bütün qurumları və təşkilatları ilə birlikdə məhv etmək”dən danışan Bakuninə “bunu nə ilə əvəz edəcəyini bilmədən məhv etmək əsl anarxizm səfalətidir” cavabını vermişdi.

Bir sözlə, yaşadığımız dünya hər zərrəsinə qədər kapitalist bir dünyadır. Həqiqi sosializmlər isə onun kritik daşıyıcılarından birini təşkil edirlər. Çin təcrübəsi də bu baxımdan təəccüblü deyil. Bizə kapitalist düşüncə daxilində çox anlaşıqlı bir mənzərə təqdim edir.

Məgər kapitalizmin dinamikası əməyin basdırıldığı ən mərkəzi quruluşlarla ən yüksək mərhələyə çatmırmı? Bu gün Çindəki mənzərə 19-cu əsr Avropa və Amerikasındakı mənzərəyə bənzəmirmi? İndi bunu inqilab adlandırmaq olarmı?

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Çin kommunizm Marks

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

MN: Elxan İbrahimov vəzifəsinin icrasını davam etdirir - Yenilənib

Xəbərdarlıq - Hava qeyri-sabit keçəcək, qar yağacaq

Azərbaycan Rusiyanın təzyiqləri qarşısında duruş gətirə biləcək?

Xərçəngə tutulmamaq üçün 8 qidadan imtina etməlisiniz - Siyahı

“65 yaşında pensiya çıxan şəxslər 6 il pensiya alacaqlar” - Ekspert

Kəmaləddin Heydərovun qardaşı monopolistdir – FHN iş adamlarına niyə mane olur?

ABŞ gecə saatlarında İranın hərbi obyektlərini vurdu

Yeni hərbi bölmələr yaradılır - Prezident açıqladı

Hərbiçilərin maaşları ilə bağlı rəsmi açıqlama

İlham Əliyev iranlı jurnalistə irad bildirdi: “Dediyinizin arxasında durmalısınız”

Ən çox oxunanalar