Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çingiz Hüseynzadə: "Yaponiyada medal qazanmaq elə də asan deyil"

“Əlbəttə, 30 iyul bizim üçün əhəmiyyətli gün idi. İlk medalımızı qazandığımız üçün xoşbəxtik. Bu münasibətlə Azərbaycanın bütün idmansevərlərini təbrik edirəm”.

PİA.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan cüdoçusu İrina Kindzerskayanın (+78 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanması barədə danışarkən deyib.

Onun sözlərinə görə, Olimpiada Yaponiyada keçirildiyindən, cüdoda medalların əksəriyyətini yerli idmançılar qazanıblar:

“Çox təəssüf ki, Azərbaycan cüdoçuları Tokio-2020-də Yaponiya cüdoçuları ilə görüşməli olublar. Təmsilçilərimizin qarşısını alanlar əsasən yerli tatami ustaları olub. Burada təəccüblü heç nə yoxdur. Yaponiyada cüdo növündə medal qazanmaq elə də asan deyil. Bu baxımdan, Kindzerskayanın bürünc medal qazanmasının özü də çox böyük uğurdur. Elə onun çəkisində də olimpiya çempionu adını yaponiyalı Akira Sone qazandı. Kindzerskaya isə yarımfinalda ona uduzdu. Ümumiyyətlə, cüdoçularımızın çoxu çempionlara uduzub”.

Azərbaycan cüdoçularının çıxışını çox da uğursuz saymadıqlarını söyləyən MOK rəsmisinin fikrincə, Yaponiyada medal qazanma şansı çox az idi:

“Bunu biz öncədən də bilirdik. Əsas idman növlərimiz hələ qabaqdadır. İnanıram ki, bu olimpiadada da gözəl nəticələr göstərə biləcəyik”. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar