Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çindən yola düşən daha bir blok qatar Azərbaycana çatıb - Foto

Abşeron Logistika Mərkəzində "Sian-Bakı" konteyner blok qatarının qarşılanma mərasimi keçirilib

Mərasimdə İqtisadiyyat naziri Şahin Mustafayev, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, Sian şəhəri Xalq hökumətinin vitse-meri Qao Qao, Şansi vilayətinin Kommersiya Departamentinin direktor müavini Tan Yuntanq iştirak ediblər.

Layihə bu ilin aprel ayında Pekində 2-ci "Bir kəmər, bir yol" Forumunda "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri C.Qurbanovun iştirakı ilə qurumun törəmə şirkəti olan "ADY Konteyner" MMC və Çinin "Xi'an Continental Bridge International Logistics Co. Ltd" arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə əməkdaşlıq çərçivəsində baş tutub. Hər iki şirkət 2019-cu ildə 30 konteyner qatarı (2460TEU) buraxmağı planlaşdırır.

Mərasimdə çıxış edən nazir Ş.Mustafayev Azərbaycan-Çin münasibətlərinin inkişafından danışıb, Prezident İlham Əliyevin 2015-ci ildə Çin Xalq Respublikasına tarixi səfərini qeyd edib. Nazir Azərbaycanın Çinin təşəbbüsü olan "Bir kəmər, bir yol" layihəsinə ilk qoşulan ölkələrdən olduğunu vurğulayıb. Bu ilin altı ayı ərzində Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artdığını qeyd edib. Çinlə həm siyasi, həm iqtisadi, həm də nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov çıxışında blok qatarları ilə yüklərin çatdırılma müddətinin qısaldılması istiqamətində görülən işlərdən, dəmir yolunda aparılan islahatlardan danışıb. Əlverişli coğrafi mövqeyə malik, "Böyük İpək yolu"nun üzərində yerləşən Azərbaycanın Transxəzər Beynəlxalq Nğqliyyat Marşrutunun əsas iştirakçısı olduğunu qeyd edib. Ölkəmizin üzərindən keçən yüklərin həcminin daha da artması istiqamətində atılan addımlardan söz açıb.

Qeyd edək ki, "Sian-Bakı" ilk blok qatarı 21 ədəd 45 futluq və 15 ədəd 40 futluq konteynerdən ibarətdir.(Trend)

pia.az


Etiket: Çin Azərbaycan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar