Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çində yayılan virus dünya iqtisadiyyatını çalxalayır

Neftin qiyməti düşür, birjalar ucuzlaşır

Yeni ölümcül virusun qlobal iqtisadi təsir xofu dünyada nefti ucuzlaşdırıb. Bazar ertəsi neftin qiymətləri iki faizdən çox düşüb.

Çində yayılmış epidemiyadan artıq 80-dək ölən var, yoluxanların sayı 3 minə yaxınlaşır. “Frans Pres” təhlilçilərə istinadla yazır ki,bu virusun yaratdığı böhran 2003-cü ildə Asiya bazarlarını silkələmiş SARS virusu qədər pis ola bilər.

Koronavirusun yayılması Çinin xəstəliyin episentri olan, 11 milyon nəfərin yaşadığı Vuhan şəhərini qapatmasıyla sonuclanıb. Pekin daxil bir sıra digər şəhərlərlə bağlı isə sərt səyahət qadağaları qoyulub. Bu arada Çində Yeni İl bayramı qeyd olunur, yüzmilyonlarla adam ölkə boyunca səyahət edir, milyardlar xərcləyir.

Hökumət bazar günü axşam bayram tətilini uzatmaq, məktəbləri yanvarın 30-dək bağlı saxlamaq qərarı verib.

AxiCorp şirkətindən Stephen Innes xəbərdarlıq edib ki, Çinə və dünyaya iqtisadi şok nəhəng ola bilər. Onun sözlərinə görə, qlobal iqtisadiyyata ən böyük təhdid təkcə xəstəliyin qlobal səyahət vasitəsilə sürətlə yayılması ilə əlaqədar deyil.

“Çinin nəhəng sənaye və istehlak mühərriklərinə iqtisadi şok sürətlə digər ölkələrə də yayılacaq və bu qloballaşma ilə əlaqədar gücləndirilmiş ticari və maliyyə əlaqələri vasitəsilə baş verəcək”,– o bildirir.

Onun sözlərinə görə, 2003-cü ildə SARS dünyada inkişaf etmiş bazarlara daha az təsir göstərib, bu dəfə isə dünyanın qalan hissəsi epidemiyanın zərbəsini daha çox hiss edə bilər.

Çində Yeni il bayramına görə bir çox regional bazarlar bağlı olub. Ancaq açıq olan Tokio bazarında iki faiz ucuzlaşma qeydə alınıb. Banqkokda üç faizədək düşüş isə ölkənin səyahət sektoruyla bağlı narahatlıqla əlaqələndirilir. Mumbay, Vellinqton, Manila və Cakartada da ciddi itkilər yaşanıb.

pia.az


Etiket: Çin virus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar