Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çində yaşayan azərbaycanlı idmançının həyatı təhlükədədir - Fotolar

Çində doktorantura təhsili alan azərbaycanlı idmançı Sadiq Həsənov ağır xəstəlikdən əziyyət çəkir.

Bu barədə azvision.az -a açıqlama verən idmançının yaxınları bildiriblər ki, onun yeganə istəyi ölkəyə qayıtmaqdır:

"Sadiq idmanın müxtəlif döyüş növləri üzrə dəfələrlə yerli və xarici ölkə çempionu olub. Hazırda Vətəndən uzaqdadır və səhhətində ciddi problem yaranıb. Sadiq professional idmançı kimi Çin Respublikasında kino çəkilişlərinə də dəvət alıb. Onun bu sahədə istedadı üzə çıxdığı üçün onlarla döyüş filmlərinə çəkilib. Əcnəbi ölkədə təhsillə yanaşı, idman sahəsində əldə etdiyi uğurlarla Azərbaycanımızın bayrağını zirvələrdə dalğalandıran Sadiq Həsənov hazırda bir aydan çoxdur ki, Pekində özəl "Ditan hospital"da ağır xəstəlikdən müalicə alır. Sağlamlığı çox kritik vəziyyətdədir, bir neçə dəfə komaya düşüb. Beyin nahiyəsində olan kəskin iltihabdan müalicə olunsa da, vəziyyəti günbəgün pisləşir. Mütəxəssislər onun Türkiyədə və ya Vətəni Azərbaycanda müalicə olunmasını daha uyğun sayırlar. Çində müalicə effektsizdir və maddi baxımdan çox baha başa gəlib. Ağır durumda olan xəstəni Çindən yalnız xüsusi ambulans təyyarə ilə gətirtmək, yaxud da onu bu ölkədən yola düşən zaman müşayiət edən bir nəfər nəzarətçi ilə göndərmək olar. İkinci halda müşayiət həmin şəxsin (azərbaycanlı tələbə, yaxud iş adamı-red.) Çinə yenidən qayıtmasına rəsmi icazə alınmalıdır. Azərbaycana onlarla mükafat gətirən idmançımızın həyatı təhlükə altındadır. Bu müqəddəs Ramazan bayramında istedadlı gəncimizin həyatını xilas etmək üçün ilk növbədə Azərbaycana gətirilməsinə böyük ümid bəsləyirik. Müalicəsini ailə üzvləri davam etdirəcəklər".

Qeyd edək ki, Sadiq Həsənov ali təhsilini Sumqayıt Dövlət Universitetininin tarix fakültəsində alıb. 2010-cu ildən Azərbaycan Uşu Federasiyasının fəal üzvüdür. Uzun illər idmanın döyüş növləri- Kinqboks, Tayboks və Uşu-sanda ilə məşğul olub. Bu döyüş növləri üzrə dəfələrlə ölkə çempionu olub, yüksək mükafatlar qazanıb. 2010-2015-ci illərdə Uşu üzrə Azərbaycan çempionatının qalibi olub. O 2016-2019-cu illərdə Çin Xalq Respublikasında Azərbaycanı bir neçə idman növlərində layiqincə təmsil edib. Hazırda Azərbaycan Uşu Federasiyasının idmançısı kimi təhsilini davam etdirir və Çinin Pekin İdman Universitetində doktoranturada oxuyur.

Xatırladaq ki, Sadiq Həsənov təhsilinin magistratura pilləsini də bu universitetdə alıb və 2018 -ci ildə məzun olub. Sadiq Həsənov Çində təhsil almağa müsabiqə yolu ilə seçilib və bu ölkəyə dövlət xətti ilə göndərilib. Çində idman təhsili ilə yanaşı həm də Çin dilinin dərinliklərini öyrənə bilib, təhsilini də hazırda çin dilində alır. Dörd xarici dil bilən Sadiq Həsənov idmanın bir neçə sahəsi ilə yanaşı, eyni zamanda "body-fitness"lə ilə də məşğul olub, ayrı-ayrı yarışlarda uğurla çıxış edib.

Çində universitet tələbələri arasında keçirilən fitnes-model yarışının qalibi olan həmyerlimiz dəfələrlə birincilik qazanıb. O, Pekində keçirilən "Beijing Students Fitness Model contest" yarışmasının da qalibi olub və "Ən istedadlı yarışçı"adına layiq görülüb.

pia.az 

Fotolar




Etiket: İdmançı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar