Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çində sakinlərinin sayı bir milyon olan 93 şəhər var

Çində urbanizasiya prosesinin sürətlənməsi nəticəsində sakinlərinin sayı bir milyon olan şəhərlərin sayı 93-ə çatıb.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, Çində iqtisadi islahatların həyata keçirildiyi son 40 ildə bu cür şəhərlərin sayı 4 dəfədən çox artıb. Ciansu və Şandon vilayətlərinin hər birində 10 şəhərin sakinlərinin sayı 1 milyondan çoxdur. Çinin ən böyük iqtisadi vilayəti olan Quandonda isə 8 belə şəhər var. Onların 7-si dünyada ən sıx urbanizasiya zonası olan Mirvari çayının deltasında yerləşir. Təkcə iri iqtisadi mərkəzlər olan Quancou və Şencen şəhərlərinin ümumi əhali sayı 30 milyona yaxındır.

Çinin Ev Tikintisi, Şəhərlərin və Kənd Rayonlarının İnkişafı Nazirliyinin statistikasına əsasən, ölkədə hazırda 6 meqaşəhər (sakinlərinin sayı 10 milyondan çox olan), 10 böyük şəhər (5-10 milyon nəfər) və 14 şəhər (3-5 milyon nəfər) var.

Qeyd edək ki, əhalisinin sayı 1,4 milyard nəfər olan Çin bu göstərici üzrə dünyada birincidir. Ölkə əhalisinin təxminən 60 faizi şəhərlərdə məskunlaşıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar